Farrapus Muharibesi - Wikipedia
Farrapus müharibəsi (port. Guerra dos Farrapos) və ya Farropus çevrilişi — Braziliya imperiyasının Rio-Qrandi-du-Sul və Santa-Katarina ərazilərində 19 sentyabr 1835-ci ildən 1 mart 1845-ci ilə qədər olan dövrdə imperiya qüvvələri ilə respulikaçılar arasında baş vermiş müharibə.
Farrapus müharibəsi | |||
---|---|---|---|
Tarix | 19 sentyabr 1836 - 1 mart 1845 | ||
Yeri | Rio-Qrandi-du-Sul və Santa-Katarina vilayətləri | ||
Nəticəsi | Üsyançıların məğlubiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Hərəkatın əsas qüvvələri
redaktəHərəkətin əsas qüvvəsi müzdla işləyən çobanlar idi. Hərakatveriçi qüvvənin əsasını ticari burjuaziya, maldarlıqla məşğul olan şəxslər və hökumətdən narazı siyasətçilər təşkil edirdi ki, olarda muxtariyyat almaq niyyətində idilər. Hərəkatın təşkilatçısı italiyalı immiqrant Tito Libio Dzambekkeri idi. «Respublikalı» qəzeti inqilabçıların əsas mətbu orqanı kimi fəaliyyət göstərirdi. Respublikaçılar imperiyanın və quldarlığın düşməni idilər. Bentu Qonsalbis da Silva hərakat qüvvələrini komandanı seçilir.
Müharibə
redaktə20 sentyabr 1835-ci ildə Riu-Qrandi-du-Sul vilayyətinin paytaxtı Portu-Aleqri tutulur. Bir müddət sonra üsyançılar villayətın içərilərinə doğru irəliləyir. 11 sentyabr 1836-cı ildə Riu-Qrandi Respublikası yaradılması elan edilir. Tanınmayan dövlətin paytaxtı Piratin olur. Ölkənin prezidenti Bentu Don Salvis seçilsədə onun əsir düşməsi ilə vitse prezident Qamıs Jardin müvvəqəti bu vəzifəni yerinə yetirməli olur. Riu Qrandi respublikasında təkcə braziliyalılar deyil həmçinin inqilabçı argentinalı və uruqvaylilar və başqa ölkələrdən gələnlərdə vardı. Onlardan Cüzeppe Qaribaldi 1839-cu ildə respublikaya gələrək donanmaya başçılıq etmişdir.
Juliana Respublikası
redaktəOrdu 1839-cu ildə Santa Katarina bölgəsinə daxil olan üsyançılar Laquna şəhərini tutur və sonradan 24iyulda Julian Respublikasının paytaxtı elan edilir. Ancaq dövlət yalnız 4 ay yaşa bilir. 15 noyabrda imperiya qüvvələri şəhəri tutur. Buna baxmayaraq üsyançılar hələ də Riu Qandi de Sulda möhkəmlənmişdilər.
Müharibənin sonu
redaktə1842-ci ildən üsyançıların vəziyyəti getdikcə pisləşir. Hakimiyyət qüvvələri Santa-Lusidə üsyançılara ağır zərbə vurur. 1843-ci ildə Bentu Qonsalvis prezident vəzifəsindən istefa verir. Onun əvəzinə Qomis Jardin olur. Respublikada imperiya ilə sülh danışıqlar aparma tərəfdarları getdikcə artır. Bundan sonra iki tərəf danışıqlara başlayır. 1 mart 1845-ci ildə imperiya ilə respublika tərəfdarları arasında «qarşılıqlı anlaşma aktı» imzalanır. Nəticəsi Riu-Qrandi Respublikasının qəbul etdiyi bütün qanunlar ləğv edilir. Əvəzində bölgə rəhbərliyinə prezident seçmə hüququ verilir, quldarlıq bərpa edilir. Bununla belə yenidən qul olanlar artıq dövlət qulu statsu alır.
Nəticə
redaktəRequn idarə üsulu demək olar ki tam çökür, Droqu Antoniy Feyro 1837-ci ildə istefa verməli olur. İmperator II Pedro hakimiyyəti tam ələ alır.