Fate Stay Night Heaven S Feel - Wikipedia
Fate/stay night: Heaven's Feel (azərb. Tale/gecə mübarizəsi: Cənnətin hissi) — Tomonori Sudonun rejissorluğu və Yuki Kaciuranın bəstəkarlığı ilə Ufotable studiyası tərəfindən çəkilmiş anime filmi trilogiyası.[1] Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanının sonuncu – 3-cü hekayəsi olan "Heaven's Feel" hekayəsinin adaptasiyasıdır, hadisələrin əsas diqqət mərkəzində Sakura Matodur.
Fate/stay night: Heaven's Feel | |
Birinci filmin posteri. | |
azərb. Tale/gecə mübarizəsi: Cənnətin hissi | |
---|---|
Janr | döyüş, romantika, şəhər fentezisi |
Manqa | |
Yazıçı | Type-Moon |
Rəssam | Task Ona |
Nəşriyyat | Kadokawa Shoten |
Jurnal | Young Ace |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 2 may 2015 — hazırda |
Cildlər | 8 (cild siyahısı) |
Anime | |
Presage Flower | |
Rejissor | Tomonori Sudo |
Prodüsser | Hikaru Kondo |
Ssenarist | Akira Hiyama |
Bəstəkar | Yuki Kaciura |
Studiya | Ufotable |
Digər lisenziyalar | |
Vaxt | 120 dəq. |
Anime | |
Lost Butterfly | |
Rejissor | Tomonori Sudo |
Prodüsser | Hikaru Kondo |
Ssenarist | Akira Hiyama |
Bəstəkar | Yuki Kaciura |
Studiya | Ufotable |
Digər lisenziyalar | |
Vaxt | 117 dəq. |
Anime | |
Spring Song | |
Rejissor | Tomonori Sudo |
Prodüsser | Hikaru Kondo |
Ssenarist | Akira Hiyama |
Bəstəkar | Yuki Kaciura |
Studiya | Ufotable |
Digər lisenziyalar | |
Vaxt | 120 dəq. |
Trilogiyanın birinci filmi olan "Presage Flower" filminin premyerası 14 oktyabr 2017-ci ildə baş tutmuşdur.[2] İngilis dilinə dublajı 5 iyun 2018-ci ildə ABŞ-də buraxılmışdır.[3] İkinci film "Lost Butterfly" 12 yanvar 2019-cu ildə ekranlaşdırılmışdır.[4] Üçüncü və sonuncu film "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxılmışdır.
"Kara no Kyōkai" film seriyasından, "Fate/Zero" və "Fate/stay night: Unlimited Blade Works" anime seriallarından sonra bu trilogiya Type-Moon şirkətinin əsərlərinin Ufotable studiyası tərəfindən çəkiləcək dördüncü anime adaptasiyasıdır.[5][6]
Rollarda
redaktə- Noriaki Suqiyama Şiro Emiya (衛宮 士郎, Emiya Shirō?) rolunda.[7]
- Noriko Şitaya Sakura Mato (間桐 桜, Matō Sakura?) rolunda.[7]
- Kana Ueda Rin Tosaka (遠坂 凛, Tōsaka Rin?) rolunda.
- Ayako Kavasumi Seyber (セイバー, Seibā?) rolunda.
- Yuu Asakava Rayder (ライダー, Raida?) rolunda.
- May Kadovaki İlyasvil fon Ayntsbern (イリヤスフィール・フォン・アインツベルン, Iriyasufīru fon Aintsuberun?) rolunda.
- Masane Tsukuyama Zoken Mato (間桐 臓硯, Matō Zōken?) rolunda.
- Hiroşi Kamiya Şinci Mato (間桐 慎二, Matō Shinji?) rolunda.
- Tetsu İnada Əsl Assassin (真アサシン, Shin Asashin?) rolunda.
Media
redaktəAnime
redaktə"Heaven's Feel" marşrutunun anime adaptasiyası Ufotable studiyası tərəfindən 27 iyul 2014-cü ildə anons edilmiş və Şiro Emiya ilə Sakura Mato personajlarının filmdəki dizaynları yayımlanmışdır.[8] 2016-cı ilin martında studiya animenin trilogiya olacağını açıqlamışdır.[9] Trilogiyanın ilk filminin tema mahnısı Aimer tərəfindən ifa olunan "Hana no Uta" mahnısıdır.[10]
Trilogiyanın ilk filmi "Presage Flower" 14 oktyabr 2017-ci ildə buraxılmışdır və 3 noyabr 2017-ci ildə Aniplex of America tərəfindən Şimali Amerikada ekranlaşdırılmışdır.[11][12] Madman Entertainment ilk filmin 4 noyabr 2017-ci ildə Melburn şəhərində keçirilmiş Madman Anime Festivalında nümayiş etdirmişdir.[13]
Birinci film Almaniyada 2018-ci ilin yanvarında,[14] Fransada 2 fevralda,[15] İtaliyada 13 fevralda[16] nümayiş etdirilmişdir."Presage Flower" üçün DVD buraxılışı 9 may 2018-ci ildə edilmişdir. İngilis DVD/BD buraxılışı 20 noyabr 2018-ci il üçün planlaşdırılıb.
Trilogiyanın ikinci filmi "Lost Butterfly" 12 yanvar 2019-cu ildə, üçüncü filmi "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxımışdır.
Manqa
redaktəTask Onanın rəssamlığı ilə Type-Moon şirkəti tərəfindən istehsal olunmuş manqa adaptasiyası 2 may 2015-ci ildən Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında nəşr olunur. 26 iyun 2015-ci ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən ilk cildi buraxılmışdır.[17] 26 fevral 2020-ci ilə kimi 8 cildi çapdan çıxmışdır.[18]
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 26 iyun 2016[17] | ISBN 978-4-04-103397-5 |
2 | 4 fevral 2016[19] | ISBN 978-4-04-103769-0 |
3 | 3 sentyabr 2016[20] | ISBN 978-4-04-104686-9 |
4 | 2 iyun 2017[21] | ISBN 978-4-04-105647-9 |
5 | 10 oktyabr 2017[22] | ISBN 978-4-04-106094-0 |
6 | 4 avqust 2018[23] | ISBN 978-4-04-107163-2 |
7 | 10 yanvar 2019[24] | ISBN 978-4-04-107164-9 |
8 | 26 fevral 2020[18] | ISBN 978-4-04-109108-1 |
Qəbul
redaktəGəlir
redaktə"Presage Flower" ilk həftəsində Yaponiyada ən çox gəlir əldə edən film olmuşdur. İki gün ərzində filmə baxmağa gələn 247.509 nəfər 413.030.840 yen gəlir gətirmişdir.[25] Ümumilikdə, bütün dünyada 14.156.217 ABŞ dolları (Yaponiyada 13,7 milyon ABŞ dolları)[26] gəlir əldə etmişdir.[27]
Tənqid
redaktəTrilogiyanın ilk filmi "Presage Flower" fanatlar tərəfindən çox bəyənilmişdir. Lakin "Fate" franşizi ilə ilk dəfə tanış olanlar detallar haqqında az məlumatın verilməsindən şikayətçi olmuşdular. Anime News Network anime filminə A dərəcəsi vermiş və ən yaxşı Fate anime adlandırmışdır.[28]
İstinadlar
redaktə- ↑ "Yuki Kajiura Returns to Compose Music For Heaven's Feel Film Trilogy". Anime News Network. April 15, 2016. 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
- ↑ "1st Fate/stay night: Heaven's Feel Film Reveals Full Title, October 14 Premiere". Anime News Network. March 26, 2017. 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ "1st Fate/stay night Heaven's Feel Film's English Dub Debuts in U.S. Theaters on June 5". Anime News Network. April 24, 2018. 2022-06-11 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
- ↑ "2nd Fate/stay night Heaven's Feel Film's Title, 2018 Debut Revealed". Anime News Network. October 13, 2017. November 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2017.
- ↑ "Fate/Stay night's 'Heaven's Feel' Route Gets Film". Anime News Network. July 27, 2014. 2017-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
- ↑ "VIDEO: Ufotable "Fate/stay night" Unlimited Blade and Heaven's Feel Plans Previewed". Crunchyroll. July 27, 2014. November 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
- ↑ 1 2 "Fate/stay night: Heaven's Feel (movie)". Anime News Network. Anime News Network. August 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 7, 2015.
- ↑ "Fate/stay night's 'Heaven's Feel' Route Gets Film". Anime News Network. 27 July 2014. 2017-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ "Fate/stay night Heaven's Feel Film Project Is Trilogy Starting in 2017". Anime News Network. 27 March 2016. 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ "Aimer Performs Theme Song For 1st Fate/stay night: Heaven's Feel Film". Anime News Network. May 6, 2017. 2017-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ "Aniplex USA to Screen 1st Fate/stay night: Heaven's Feel Film Theatrically in U.S." Anime News Network. August 27, 2017. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ "U.S. Theater List, Screening Dates for 1st Fate/stay night Heaven's Feel Film Revealed". Anime News Network. October 5, 2017. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ "Fate/stay night [Heaven's Feel] I. presage flower". Facebook. Madman Entertainment. September 28, 2017. July 13, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ Pep anime. Fate/stay night [Heaven's Feel] I. presage flower - Trailer #02 (OmU). 3 July 2017. 14 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 Oct 2017.
- ↑ "Le film animation Fate/stay night Heaven's Feel diffusé à Paris". 22 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2018.
- ↑ "Fate/stay night: Heaven's Feel 1. – THE MOVIE". 19 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2018.
- ↑ 1 2 "Fate/stay night [Heaven's Feel] (1)". Kadokawa Shoten (yaponca). 26 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
- ↑ 1 2 "Fate/stay night [Heaven's Feel] (8)". Kadokawa Shoten (yaponca). 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2020.
- ↑ "Fate/stay night [Heaven's Feel] (2)". Kadokawa Shoten (yaponca). 26 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
- ↑ "Fate/stay night [Heaven's Feel] (3)". Kadokawa Shoten (yaponca). 26 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
- ↑ "Fate/stay night [Heaven's Feel] (4)". Kadokawa Shoten (yaponca). 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2020.
- ↑ "Fate/stay night [Heaven's Feel] (5)". Kadokawa Shoten (yaponca). 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2020.
- ↑ "Fate/stay night [Heaven's Feel] (6)". Kadokawa Shoten (yaponca). 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2020.
- ↑ "Fate/stay night [Heaven's Feel] (7)". Kadokawa Shoten (yaponca). 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2020.
- ↑ "1st Fate/stay night Heaven's Feel Film Opens at #1". Anime News Network. October 16, 2017. August 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2017.
- ↑ "2nd Fate/stay night Heaven's Feel Film's Teaser Trailer Streamed". Anime News Network (ingilis). May 9, 2018. 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.
- ↑ "Fate/stay night: Heaven's Feel Ch.1 - Presage Flower". Box Office Mojo. June 12, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 30, 2018.
- ↑ "Review: Fate/stay night: Heaven's Feel Presage flower". ANN. 2017-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2018.
Xarici keçidlər
redaktə- fate-sn.com/hf/ — Rəsmi saytı (yap.)
- Fate/stay night: Heaven's Feel (anime) Anime News Network Ensiklopediyasında
- Treyler — YouTube platformasında