Fate Stay Night Heaven S Feel I Presage Flower - Wikipedia
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın[1] ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi.[2] "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır.
Fate/stay night: Heaven's Feel I. presage flower | |
---|---|
| |
Janr | fentezi |
Rejissor | Tomonori Sudo |
Prodüser | Hikaru Kondo |
Əsərin müəllifi | Type-Moon şirkətinin "Fate/stay night" oyunu |
Ssenari müəllifi | Akira Hiyama |
Baş rollarda |
Noriaki Suqiyama Noriko Şitaya Yuu Asakava May Kadovaki Kana Ueda Ayako Kavasumi |
Bəstəkar | Yuki Kaciura |
İstehsalçı | Ufotable |
Distribütor | Aniplex |
İlk baxış tarixi | 14 oktyabr 2017 |
Filmin növü | anime |
Müddət | 120 dəq. |
Gəlir | 19 milyon $ |
Ölkə | Yaponiya |
Dil | yapon |
Sonrakı film | Fate/stay night: Heaven's Feel II. lost butterfly |
IMDb | ID4054952 |
Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur.[3][4] Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır.
Məzmun
redaktəZədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir. Digər döyüşçü isə Şironun məktəbdəki digər tanışı olan Rin Tosakanın xidmətində olan Arçerdir. Rin Şironu Kirey Kotomine adlı rahibin yanına aparır. Şiro orda öyrənir ki, hər bir neçə on il ərzində Fuyuki şəhərində baş tutan Müqəddəs qədəh müharibəsinin 7 iştirakçı ustasından biri kimi seçilib. Bu mübarizədən qalib ayrılan hər arzunu yerinə yetirən Müqəddəs qədəhin sahibi olacaqdır. Hər usta qədim döyüşçü ruhu olan xidmətçisi ilə döyüşür. Şironun ögey atası Kiritsuqu keçmiş müharibədə Seyberin ustası idi.
Şiro və Rin evə qayıdarkən İlyasvil fon Aynzbern adlı bir uşaqla qarşılaşırlar. Onun xidmətçisi Berserker onlara hücum edir, lakin Aynzbern Şironun Seyberi müdafiə etmək üçün risk etdiyini görəndən sonra geri çəkilirlər. Şiro və Seyber Şinci Matonun Rayderin ustası olduğunu və sinif yoldaşları ilə qidalandıqlarını kəşf edirlər. Seyber Rayderi məğlub edir və Şinci babası Zoken tərəfindən ələ salınır. Şiro Sakuranın da müharibədə iştirak edib-etmədiyini soruşsa da, Mato bunu inkar edir.
Şiro Rindən öyrənir ki şəhərdə bir çox sakin xəstələnməyə və ölməyə başlayıb. Xidmətçi Kasterdən şübhələnirlər və onu dayandırmağa qərar verirlər. Şiro Sakuranı razı salır ki, evində qalsın və Seyber onu qorusun. Ryuudo məbədində Soiçiro Kuzuki və onun xidmətçiləri Kaster ilə Assassin əsl Assassin tərəfindən öldürülürlər. Soiçiro məktəbə qayıtmayanda Rin onun Kasterin ustası olduğunu yəqin edir, lakin insanlar ölməyə davam edirlər. Şiro və Rin Kasterin cəsədini kukla kimi idarə edən Zokenlə qarşılaşırlar, lakin peyda olan bir kölgə Kasteri udur. Zoken geri çəkilir. Kölgə Rinə hücum edir, lakin Şiro onu qoruya bilər. Şiro sağalandan sonra Sakura ilə keçmişi barədə söhbət edir və Sakura ondan dayanmasını xahiş edir. Bu zaman Lanser yeni Assassini təqib edəndə bir göldə kölgə tərəfindən udulur. Növbəti gün Sakura Seyberlə Şironun təhlükəsizliyi barədə söhbət edir. Şiro Kireylə görüşür və Lanserin Kireyin xidmətçi olduğunu və öldüyünü öyrənir.
Növbəti gecə Şiro və Seyber Ryuudo məbədinə gedirlər. Assassin onlara hücum edir və Seyberi kölgəyə tərəf çəkir. Bu zaman da Zoken Şiroya hücum çəkir. Seyber kölgə tərəfindən udulur, lakin Rayder Şironu xilas edərək Assassini uzağa çəkir. Şiro məbəddən uzaqlaşaraq kölgəyə tərəf qaçır, lakin kölgə ona zərər vermədən yoxa çıxır. Seyber kölgənin içərəsində ilişib qalır və özünün qaranlıq versiyası ilə qarşılaşır. Rin və Arçer Matonun zirzəməsinə daxil olurlar və hər yerin möhür qurdları ilə dolu olduğunu görürlər. Şiro yaralı şəkildə evə qayıdır və Sakura narahat şəkildə onu qarşılayır.
İstehsal
redaktə"Heaven's Feel" hekayəsi əsasında anime adaptasiyası "Unlimited Blade Works" hekayəsinin anime serialını çəkən Ufotable studiyası tərəfindən 27 iyul 2014-cü ildə anons edilmişdir.[5] 2016-cı ilin martında Ufotable trilogiya çəkəcəyini bildirmişdir.[6] Filmin əsas mahnısı olan "Hana no Uta" Yuki Kaciura tərəfindən bəstələnmiş və Aimer tərəfindən ifa edilmişdir. Mahnı Sakuranın şəxsiyyətinə fokuslanır.[7][8]
Rejissor Tomonori Sudo filmdə Şiro ilə Sakura Matonun arasındakı keçmişi kəşf etmək istədiyini bildirmişdi, çünki onun fikrincə onların münasibəti hekayənin ən vacib hissəsidir. Prodüser Yuma Takahaşi də eyni fikirdə idi və Şiro ilə Sakura arasında romantika səhnələrinin olmasını vacib sayırdı. Takahaşi düşünürdü ki, insanlar filmə yenə baxmaq istəyəcəkdilər.[9] Noriaki Suqiyama personajı ilə yenidən işləməkdən zövq aldığını bildirməklə yanaşı qeyd etmişdi ki, personajı bu hekayədə daha fərqli şəxsiyyətə malikdir.[10] Seyyu Noriko Şitaya Sakuraya gətirilmiş dərinliyi bəyənmişdir, çünki onun fikrincə bu, onun Şiroya qarşı olan hislərini üzə çıxardacaqdı.[11] Şironu ingiliscə dublajda səsləndirən Brays Papenbruk personajın əvvəlki hekayələrdən daha fərqli olmasını Sakura ilə olan münasibətilə əlaqələndirmişdi.[12]
Buraxılış
redaktəFilm Yaponiyada 14 oktyabr 2017-ci ildə buraxılmışdır. Aniplex of America filmi ABŞ-da 3 noyabr 2017-ci ildə ekranlaşdırmışdır.[13][14] Madman Entertainment 4 noyabr 2017-ci ildə filmi Avstraliyada nümayiş etdirmişdir.[15] Film 14 oktyabr 2018-ci ildə "Şotlandiya animeni sevir" tədbirində Böyük Britaniyada yayımlanmışdır.[16] Filmin Blu-ray/DVD buraxılışı yapon dilində 9 may 2018-ci ildə, ingilis dilində isə 20 noyabr 2018-ci ildə buraxılmışdır.[17]
İstinadlar
redaktə- ↑ "1st Fate/stay night: Heaven's Feel Film's 2nd Trailer Streamed". Anime News Network. July 1, 2017. July 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2017.
- ↑ "Yuki Kajiura Returns to Compose Music For Heaven's Feel Film Trilogy". Anime News Network. April 15, 2016. April 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 15, 2016.
- ↑ "1st Fate/stay night: Heaven's Feel Film Reveals Full Title, October 14 Premiere". Anime News Network. March 26, 2017. July 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 26, 2017.
- ↑ "Fate/stay night Heaven's Feel Film Project Is Trilogy Starting in 2017". Anime News Network. March 27, 2016. December 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 27, 2016.
- ↑ "Fate/stay night's 'Heaven's Feel' Route Gets Film". Anime News Network. July 27, 2014. May 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 11, 2017.
- ↑ "Fate/stay night Heaven's Feel Film Project Is Trilogy Starting in 2017". Anime News Network. March 27, 2016. November 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 11, 2017.
- ↑ "Aimer Performs Theme Song For 1st Fate/stay night: Heaven's Feel Film". Anime News Network. May 6, 2017. May 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 6, 2017.
- ↑ "Aimer". Animedia. April 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 16, 2019.
- ↑ "Heaven's Feel USA Premiere Interview". GamePress. December 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 24, 2018.
- ↑ "「Fate/stay night [Heaven's Feel]」新予告編が公開 奈須きのこらコメントも到着" (Japanese). Anime Anime. January 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2019.
- ↑ "Fate/Stay Night: Heaven's Feel Movie Premiere Review and Interview". Fandom Post. March 3, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 13, 2019.
- ↑ "INTERVIEW: The English Voices Behind the New "Fate/Stay Night" Movie". Crunchyroll. 2018-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2018.
- ↑ "Aniplex USA to Screen 1st Fate/stay night: Heaven's Feel Film Theatrically in U.S." Anime News Network. August 27, 2017. June 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2017.
- ↑ "U.S. Theater List, Screening Dates for 1st Fate/stay night Heaven's Feel Film Revealed". Anime News Network. October 5, 2017. June 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2017.
- ↑ "Fate/stay night [Heaven's Feel] I. presage flower". Facebook. Madman Entertainment. September 28, 2017. July 13, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2017.
- ↑ Scotland Loves Anime [lovesanimation]. "We can't reveal the full lineup yet but tickets for select films in our lineup at @glasgowfilm (12-14th Oct) are on sale: http://bit.ly/SLA2018Glasgow Includes: Penguin Highway (EU Premiere) Fate/stay Night: Heaven's Feel Movie 1 (UK Premiere) Even a screening of Cyber City Oedo 808" (Tweet). August 29, 2018.
- ↑ MVMEntertainment [MVM_UK]. "We'll also be releasing Katsugeki Touken Ranbu, and are happy to announce we'll be releasing the Fate/Stay Night: Heaven's Feel movies! 2/2" (Tweet). October 27, 2018. İstifadə tarixi: October 27, 2018.
Xarici keçidlər
redaktə- fatestaynightusa.com — Animenin rəsmi saytı
- Fate/stay night: Heaven's Feel I. presage flower — Internet Movie Database saytında
- Fate/stay night: Heaven's Feel I. Presage Flower Rotten Tomatoes saytında (ing.)
- Fate/stay night: Heaven's Feel I. presage flower (anime) Anime News Network Ensiklopediyasında