Fateh Binu Xaqan - Wikipedia
Fateh binu Xaqan(tam adı: Əbu Məhəmməd Fateh b. Xaqan bin Əhməd bin Ortac Ət-Türki; d. ? – ö. 861) — xəzər nəslindən gəlmiş şair.
Mənşəyi
redaktəTürk (xəzər) xaqanlarının nəslindəndir, və xəlifə Mötəsimin yaxın adamlarından biri olan Xaqan bin Ortacın (Əhməd) oğludur. İbn Taqriberdi Fatehin atası barədə aşağıdakı məlumatı verir: "Fatehin atası xəlifə Mötəsimin ayrılmaz dostu idi. Türk zadəgan ailəsindəndir və xəlifə onu çox yüksək dəyərləndirirdi. Fateh isə xəlifənin sarayında onun uşaqları ilə birgə böyüyüb və tərbiyə alıb"
Həyatı
redaktəGuman ki Fateh Səmərrada doğulub. Hesab olunur ki, onun bütün uşaqlığı, onda hərtərəfli bacarıqlar görən xəlifənin himayəsi altında keçib. əl-İsfahaninin sözlərinə görə, xəlifə onun atasının razılığı ilə hətta onu "oğulluğa götürüb". Xəlifələr Mötəsim və Mütəvəkkilin vaxtında Fateh bin Xaqan xəlifənin daxili və xarici kəşfiyatına başçılıq edib. Qaynaqlara görə, böyük ağıl və bilik sahibi olan Fateh cəsur, xeyirxah idi. O nəinki dövlət adamı kimi həm də istedadlı şair, yazıçı, xətib və kitabsevər kimi özünü birüzə verib.
Fəaliyyəti
redaktəBuna görə onun evi, dövrün məşhur alimlərinin və şairlərinin görüşdüyü mədəni salon kimi idi ki, burada islam və islamdan əvvəlki dövrlərin ədəbiyyat xəzinəsi yığılmışdır. Bu səbəbdən onun bu kitabxanası bir çox müsəlman alimləri üçün yaxşı xidmət göstərib. Ö dövrün bir çox alimləri(Cahiz, Əbu Cəfər Məhəmməd b. Həbib, əl-Buhturi, Məhəmməd b. Harik və b.) öz əsərlərini Feth b. Xaqana həsr edərək yazırdılar. Məsələn Cahiz öz məşhur "Fəzail ül Ətrak"(Türklərin fəzilətləri) əsərini onun üçün yazıb. Türklərin İran dünyasının şimal şərqinə erkən gəlişinin tərəfdarları[1] bu prosesin sübutu kimi Cahizin Fateh bin Xaqan üçün yazdığı həmin bu Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl -xilafə adlı türklərin fəzilətləri haqqında traktatını misal gətirirlər. Xəlifələrin dövründəki türk qvardiyası artıq 9-cu əsrdə, məsələn İraqda dolaşan ərəb xalq poeziyasında əks olunan çılğınlığı ilə o qədər də xoşagələn ad qazanmamışdı. Cahiz türklərin bu obrazını və onlara qarşı bu münasibəti yumşaltmaq istəyirdi, onlara layıqli yer və, ola bilsin, F.Qabriyeliinin ehtimalı etdiyi kimi, onları Xilafətdə ərəblərlə farsların arasında "üçüncü qüvvə" etmək istəyirdi. Cahiz öz məqsədini ta'lif əl-kulub və ittifaq əl-əsbab("ürəkləri barışdırmaq" və "əlaqələri bərkitmək") kimi təsvir edir. Öz traktatının bir yerində o türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar.[2]
Fateh özü də, bir şair olaraq, öz həmkarlarına kömək edirdi. Belə ki, onun töfsiyəsi ilə, sonralar ərəb-müsəlman aləminin ən məşhur şairi olan əl-Buhturi xəlifə Mütəvəkkilin sarayına düşdü.Fatehi öz qardaşı kimi sevən əl-Buhturi, ona özünün 30 parlaq qəsidəsini həsr etmişdi.
Fatehin sonu faciyəli oldu. O,10 dekabr 861-ci ildə saray çevrilişi nəticəsində xəlifə Mütəvəkkillə birgə öldürülmüşdür. O xəlifəni bədəni ilə örtərək xəlifənin oğlu Müstənsirin başçılıq etdiyi sui-qəsdçilərin ilk zərbəsini öz üzərinə götürdü. İbn Taqiberdi xəbər verir ki: " Mütəvəkkillə Fətehin cəsədlərini müsəlman adəti olmadan tələsik suqi-qəsdçilər tərəfindən eyni xalçaya bükülüb bir məzarda basdırıldılar."
Ədəbi irsi
redaktəFatehin ədəbi irsi barədə biz təəsüf ki ancaq onun əsərlərinin adılarından xəbərdarıq: Kitab Əhlaq əl-Mülük; Kitab's Sayd və'l Cəvahir; Kitabü'l -Rövze və'z -Zühr; Divanu'ş-Şiir; Kitabü'l-Bustan. Qeyd etmək lazımdır ki, Kitabü'l -Rövze və'z -Zühr Fatehin öz şeirlərindən ibarət idi, Kitabü'l-Bustan isə onun ədəbiyyat nəzəriyəsi barədə əsəri idi. Bu barədə Məsudi xəbər verir.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh.
- -Fateh binu Xaqan
- Мусульманский мир 950-1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.
Qeydlər
redaktə- ↑ Frye, Sayılı,s.206; Şəmsəddin Günaltay. Abbas oğulları imparatorluğunun kuruluş və yüksəlişində Türklərin rolü.-"Belleten". Vol.6. Ankara, 1942, s.178-179
- ↑ Мусульманский мир 950-1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.Birinci bölmə K.E. Bosfort Barbarların hücumları: Türklərin müsəlman aləmində zühuru səh. 22