Fatime Alkeremova - Wikipedia
Fatimə Alkərəmova (26 iyun 2002) — Azərbaycanı təmsil edən üzgüçü.[1]
Fatimə Alkərəmova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Fatimə Vüqar qızı Alkərəmova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | |
Boyu | 175 sm. (5 ft 6 in) |
İdman növü | Üzgüçülük |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəFatimə Alkərəmova Azərbaycanı 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.[2] Nəticədə o, 100 metr məsafəyə sərbəst üsul ilə üzmə turnirin təsnifat mərhələsində 58.42 saniyə nəticə göstərdi və 40-cı pillənin sahibi olub.[2]
Fatimə Alkərəmova 2017-ci ilin mayında baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 bürünc medala sahib oldu.
Daha sonra Fatimə Alkərəmova Azərbaycanı Argentinanın Buenos-Ayres şəhərində baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında təmsil edib. 200 metr məsafəyə sərbəst üsul ilə üzmə turnirin təsnifat mərhələsində mübarizə aparan Fatimə Alkərəmova 2:08.99 dəqiqə nəticə göstərdi.[3] Bu nəticələrə əsasən əsasən Fatimə Alkərəmova final mərhələsinə vəsiqə qazana bilmədi.[3]
İstinadlar
redaktə- ↑ Olympedia.org. "Fatimə ALKƏRƏMOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 Olympedia.org. "2016 Summer Olympics / Swimming / 100 metres / Freestyle / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Азербайджанская пловчиха неудачно выступила на Юношеской Олимпиаде". www.azerisport.com ( (rus.)). 01.11.2022. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.