Federal Kommunikasiya Komissiyasi - Wikipedia
Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır.[1]
Federal Kommunikasiya Komissiyası | |
---|---|
Federal Communications Commission | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | Amerika Birləşmiş Ştatları |
Yaradılma tarixi | 19 iyun 1934 |
Ştat sayı |
|
Rəsmi saytı | fcc.gov |
Vikianbarda əlaqəli mediafayllar |
FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır.[2] Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi.[3] 2020-ci ilin iyul ayına olan məlumata əsasən 1,482 federal işçisi mövcuddur.[4]
1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktının Birinci Bölməsində göstərilən və 1996-cı il Telekommunikasiya Aktı ilə düzəliş edilmiş FKK-nın missiyası (47 U.S.C. §151-ə düzəliş) "irqinə, rənginə, dininə, milli mənşəyinə və ya cinsinə görə ayrı-seçkilik etmədən, sürətli, səmərəli, ümummilli və dünya miqyasında simli və radio rabitə xidmətlərini mümkün qədər bütün ABŞ xalqına münasib ödənişlərlə adekvat imkanlarla təqdim etmək"dir. Bundan əlavə, akt FKK-nın "milli müdafiə məqsədi ilə" və "simli və radio kommunikasiyasından istifadə etməklə həyat və əmlakın təhlükəsizliyini təşviq etmək məqsədilə" yaradıldığını deyir.[1]
Həmçinin 1999-cu il Hökumətin Fəaliyyəti və Nəticələri Aktına (GPRA) uyğun olaraq FKK 2018-22 Strateji Planında dörd məqsəd müəyyən edilmişdir: Rəqəmsal Bölünmənin Bağlanması, İnnovasiyaların Təşviqi, İstehlakçıların və İctimai Təhlükəsizliyin Mühafizəsi və FKK İcraatlarında İslahat.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "2008 Performance and Accountability Report" (PDF). Federal Communications Commission. September 2008. July 11, 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: July 12, 2017.
- ↑ "The Communications Act of 1934". Bureau of Justice Assistance (ingilis). March 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
- ↑ "2022 Budget Estimate" (PDF). 15 yanvar 2022 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Employee Profile at the FCC". Federal Communications Commission. May 1, 2011. May 14, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 10, 2017.
- ↑ "Strategic Plan 2018-2022". Federal Communications Commission. 2018-02-12. September 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-19.
Əlavə ədəbiyyat
redaktə- The FCC Doesn't Need to Be By Peter Suderman, April 5, 2010
- New Wave: The case for killing the FCC and selling off spectrum By Jack Shafer, January 17, 2007
- FCC Hits Chinese Company C.T.S. Technology Co. Ltd with Record Fine for Selling Signal Jammers from the pcmag
- Harvey J. Levin: Pioneering the Economics of the Airwaves
- The Invisible Resource: Use and Regulation of the Radio Spectrum
- Papers of Robert E. Lee, Commissioner of the FCC, 1953–1981, Dwight D. Eisenhower Presidential Library Arxivləşdirilib aprel 11, 2019, at the Wayback Machine
- The Federal Communications Commission: Current Structure and Its Role in the Changing Telecommunications Landscape
Xarici keçidlər
redaktə- fcc.gov — Rəsmi saytı
- FCC Rules (CFR Title 47) in the Code of Federal Regulations
- FCC in the Federal Register
- FCC on USAspending.gov
- The FCC Record from the UNT Digital Library
İnternet portalı Telekommunikasiya portalı Televiziya portalı ABŞ portalı |