Ferents Kolcei - Wikipedia
Ferents Kölçei (mac. Kölcsey Ferenc; 8.08.1790 — 24.08.1838) — macar yazıçısı, Macarıstan milli marşının müəllifi.[1]
Ferents Kölçei | |
---|---|
mac. Kölcsey Ferenc | |
Doğum tarixi | |
Vəfat tarixi | (48 yaşında) |
Vətəndaşlığı | Macarıstan |
Fəaliyyəti | şair, yazıçı, ədəbiyyat tənqidçisi, siyasətçi |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFerents Kölçei Transilvaniyadan olan aristokrat ailəsində anadan olmuşdur. Debreçendəki Protestant Kollecində hüquq təhsili almışdır. Valideynlərinin həyatdan erkən köçməsi F.Kölçenin xarakterinə ciddi təsir göstərir və keçirdiyi təbii çiçək xəstəliyindən sağ gözünü itirir.
O, 16 yaşında ilk əsərlərini yazmağa başlamışdır, lakin onları məhv etmişdi. XIX əsrin əvvəllərində Macarıstan ədəbiyyatının ən əhəmiyyətli nümayəndələrindən biri hesab olunurdu. Dostu Ferents Kazintsi ilə birgə, macar ədəbiyyatının və macar dilinin canlanması üçün mübarizə böyük səylər göstərmişlər.
Kölçenin poeziyasında harmonik bir şəkildə klassisizmi, fransız maarifçiliyi və alman romantizmi əks etdirmişdir. Kölçei də görkəmli tənqidçi və siyasi yazıçı idi. Şairlərin hər şeydə mükəmməlliyini tələb etdi və tənqidlərə qatıldı.
1826-cı ildə "Élet és Literatura" (Həyat və Ədəbiyyat) adlı jurnalında fəlsəfə, incəsnət tarixi və ədəbi tənqidinə dair bir çox məqalə yazmışdır. Kölçei də Kişfaludi qardaşları tərəfindən çıxarlmış, Avrora jurnalında da məqalələr yazmışdır.
Ferents Kölçei 1832–1836-cı illərin böyük liberal partiyanın spikeri kimi özünü elan etmişdir.
Kölçeinin əsərləri R. Szemere tərəfindən nəşr olunmuşdur.
Məşhur əsərləri
redaktə- Vanitatum Vanitas 1823.
- Himnusz 1823. Macarıstanın milli marşı
- Huszt 1831. Epiqram
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Ferenc Kölcsey". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-15.