Feta - Wikipedia
Feta (yun. Φέτα — dilim, hissə) — Yunan pendiri, keçi südünün əlavə olunduğu qoyun südündən hazırlanmış ənənəvi ağ yunan pendiri. Duzlu pendir növüdür. Brınza pendiri kimi Feta pendiridə Azərbaycanda "Ağ Pendir" kimi tanınır.
Feta | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəYunanıstanda qoyun və ya keçi südündən pendir hazırlanmasına aid sənədlər, eramızdan əvvəl 8-ci əsrə aiddir. Bizans dövründə prósphatos (Yunanca: πρόσφατος "son" və ya "təzə") adı altında qeydə alınmış və kiritlilər və fessallilər tərəfindən hazırlanmışdır. XV əsrin sonlarında Kandiyaya gələn İtalyan qonaq Pyetro Kasola burda feta pendirinin ticarətini və duzlu suda saxlaması haqqında məlumat verib.[1][2]
Hazırlanması
redaktəPendirin yaşlanma müddəti ən azı 3 aydır. Yağ tərkibi% 30 ilə% 60 arasındadır. Oxşar pendirlər Cənub-Şərqi Avropada — Yunanıstan, Bolqarıstan, Serbiya, Bosniya, Xorvatiya, Rumıniya, Aralıq dənizi ölkələrində, Orta Şərqdə — Türkiyə, İsrail və Misirdə (əsasən inək südündən hazırlanır) hazırlanır. Fetanın 3 növu var:
- Əsasən qoyun südündən.
- Pendirin xüsusi dağılmış quruluşunu və duzlu dadını qoruyan ənənəvi bir şəkildə inək südündən.
- Ağ pendir adlı və müasir üsullarla.
Saxlama
redaktəFeta duzlu suda olmalıdır. Belə şəraitdə pendir çox uzun müddət saxlanıla bilər.
Həddindən artıq duzluluğu aradan qaldırmaq üçün fetanı, yeyilməmişdən bir neçə dəqiqə əvvəl su və ya süddə isladmaq olar.
Adı
redaktəYunan sözü feta (φέτα) İtalyan dilində fetta "dilim" sözündən gəlir və bu da latınca offa sözündən ("dilim") sözundən yaranıb. Yunan dilinə tam olaraq 17-ci əsrdə yunan dilinə daxil edilir və 19-cu əsrdə bütun dünyada geniş yayılmağa başlayır.
"Feta", AB qanunları ilə qorunan və pendirin coğrafi mənşəyinin bir göstəricisidir, buna görə Avropa Birliyi ölkələrində yalnız Yunan pendirinə feta deyilə bilər.
"Feta" adı 2002-ci ilin oktyabrında Aİ Komissiyasının 1829/2002 saylı qərarı ilə Adların Mənşəyi Reyestrində (AO) qeydə alınıb.[3]
Həmçinin Bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2018-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
- ↑ "Arxivlənmiş surət". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
- ↑ https://web.archive.org/web/20090705120910/http://www.epikouria.com/issue2/truth-lies-and-feta.php