Feyzulla Mirze Qovanli Qacar - Wikipedia
Feyzulla Mirzə Qovanlı-Qacar (15 dekabr 1872, Şuşa – 1920, Bakı) — Qacar şahzadəsi, çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli ordusunun hərbçisi, general-mayor. Qacar sülaləsinin varisi.
Feyzulla Mirzə Qovanlı-Qacar | |
---|---|
Feyzulla Mirzə Şəfi Mirzə oğlu Qovanlı-Qacar | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 1872 |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | Nargin adası, Bakı, Azərbaycan SSR |
Vəfat səbəbi | güllələnmə |
Vətəndaşlığı | |
Atası | Şəfi xan Qacar |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Rütbəsi | general-mayor |
Komandanlıq edib |
|
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub. İranda taxt-tac sahibi olan Qacarlar soyundan olan Şəfi xan Qacarın (1853–1909) tək oğlu idi.
Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilir.
Hərbi karyerasının başlanğıcı
redaktə1899-cu ilin martın 15-i leytenant rütbəsi alır. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunur. 1903-cü ilin martın 15-də qərargah rotmistri rütbəsini alır.
Rus-yapon müharibəsi
redaktəRus-yapon müharibəsi başladıqdan sonra 43-cü Tver draqun alayının qərargah rotmistri Feyzulla Mirzə Qacar 1904-cü ilin martın sonunda podyesaul[1] rütbəsi alaraq polkovnik Hüseyn Xan Naxçıvanski tərəfindən yeni formalaşdırılan 2-ci Dağıstan atlı alayına göndərilir.
Alayın tərkibində döyüş əməliyyatlarında, həmçinin 1905-ci ilin yanvarın 14-də baş vermiş məşhur 2-ci Dağıstan atlı alayının süvari sırası ilə Landunqou kəndi yaxınlığında yapon batareyasına hücumunda iştirak edib. Birinci yüz döyüşçünü yapon batareyasının üstünə aparan Feyzulla Mirzə Qacar sağ ayağından ağır yaralanır.
1912-ci ilin aprelin 8 general-mayor Hüseyn Xan Naxçıvanskinin Rus imperatorunun hərbi-səhra kanselyariyasının rəisi knyaz V.N. Orlova məktubundan[2]:
Onu (şahzadə Qacarı) döyüş keyfiyyətləri baxımından da görkəmli sayıram: bir çox işlərdə iştirak edərək dəfələrlə şücaət və igidlik sərgiləyib. Xüsusən də Sandepu yaxınlığında gedən döyüşlərdə fərqlənib, 1905-ci ilin yanvarın 15 müvəqqəti olaraq 100 hərbçiyə rəhbərlik edərkən Landunqou kəndinin yanında Dağıstan alayının atlı hücumunda iştirak edib və ayağından ağır yaralanıb. |
1904-cü ilin noyabrın 3-də "İgidliyə görə" yazısı olan 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilib.
Yaponiya ilə müharibə zamanı "müxtəlif fərqlənmələrə" görə 1905-ci ilin yanvarın 9-u qılınc və bantlı 3-cü dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görülüb. 1905-ci ilin iyulun 11-dən avqustun 10-dək Bensixu ərazisində döyüş fərqlənmələrinə görə qılınc və bantlı 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilib. "Yaponlara qarşı işlərdə fərqlənmələrə" görə 1905-ci ilin yanvarın 14-də yasavul rütbəsi alıb.
Müharibə bitdikdən sonra 1906-cı ilin martın 21-də rotmistr rütbəsində 43-cü Tver draqun alayına qaytarılır.Noyabrın 16-da 4-cü eskadronun komandiri təyin edilir. 1907-ci ilin yanvarın 28-i İranın 3-cü dərəcəli Aslan və Günəş ordeni taxmasına icazə verilir. Yanvarın 29-dan alay məhkəməsinin üzvü olur.
1912-ci ilin avqustun 26-da xidmətində fərqlənmələrə görə polkovnik-leytenant rütbəsi alır.
Çarın 1913-cü ilin aprelin 18-i verdiyi əmri ilə polkovnik-leytenant Feyzulla Mirzə Qacar 10-cu Novqorod Virtemberq kralı alayına təhkim edilir. Orada kiçik qərargah zabiti vəzifəsində çalışıb.
Birinci Dünya Müharibəsi
redaktə1914-cü ilin noyabrın 27-də şahzadə Mirzə Feyzulla Qacar Qafqaz yerli süvari alayına təhkim edilmək üçün Lvova general-leytenant Hüseyn Xan Naxçıvanskinin rəhbərlik etdiyi 2-ci kavaleriya korpusuna göndərilir.
1914-cü ilin avqusutun 31-də baş vermiş döyüşdə "fərqləndiyinə görə" 1915-ci ilin yanvarın 5-də polkovnik rütbəsinə layiq görülür. Yanvarın 31-isə Cənub-Qərb cəbhəsinin baş komandanı, artilleriya generalı N.İ.İvanovun əmri ilə qılınclı 2-ci dərəcəli Müqəddəs Stanislav ordəni ilə mükafatlandırılır.
Ali əmr ilə Qafqaz yerli süvari diviziyasının (məşhur "Vəhşi diviziya") Tatar ssüvari alayına təhkim edilmiş şahzadə Mirzə Feyzulla Qacar Çeçen süvari alayının komandiri təyin olunur.
Martın 17-də Rostoki kəndinin yaxınlığında baş vermiş döyüşə görə qılınc və bantlı 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni ilə təltif edilir.[3] Sentyabrın 9 isə Kuskovçı kəndinin yaxınlığında baş vermiş döyüşə görə qılınclı 2-cü dərəcəli Müqəddəs Anna ordeninə layiq görülür.
1915-ci ilin oktyabrın 17-də şahzadə Mirzə Feyzulla Qacar 4-cü dərəcəli Müqəddəs Qalib Georgi ordeni ilə təltif edilir.
Orden təqdimatından[4]:
1915-ci ilin fevralın 15-i öz təşəbbüsü ilə, yalnız bir zabitə malik 400-lük Uman kazak alayına rəhbərlik edərək, güclü tüfəng və pulemyot atəşi altında onu rəşadətli hücuma sövq edir, iki dəfə döyüş meydanından qaçmaq istəyən kazakları geri qaytarır və qəti addımlar sayəsində Brin kəndini tutmağa müvəffəq olur. |
1916-cı ilin dekabrın 9-da Rumıniyanın Vali-Salçi kəndinin yaxınlığındakı döyüşdə ağır yaralanır və Rusiyaya təhliyyə edilir.
1917-ci ilin fevralın 17-də ordu sıralarına qayıdaraq çeçen alayına rəhbərlik edir. 1917-ci ilin mayın 17-də general-mayor rütbəsi alır, mayın 30-u isə Qafqaz yerli süvari alayının 2-ci briqadasının komandiri təyin edilir.
Ali baş komandan, infanteriya generalı L.Kornilovun 21 avqust tarixində verdiyi qərara əsasən Qafqaz yerli süvari diviziyası iki atlı diviziyadan ibarət Qafqaz yerli süvari korpusuna dəyişdirilməyə başlanılır. Bu məqsədlə korpusun tərkibinə Dağıstan və osetin süvarı alayı əlavə edilir. Sentyabrın 30-u Mirzə Feyzulla Qacar 1-ci Qafqaz yerli süvari divizyasının rəisi təyin edilir.[5]
Azərbaycan Xalq Cümhuriyyətində xidməti
redaktə1918-ci ilin yaz və yayını Azərbaycan korpusunda xidmət edib. Azərbaycan korpusu buraxıldıqdan sonra onun hissələri yeni gəlmiş Türkiyənin 5-ci Qafqaz və 15-ci Çanaqqala diviziyaları ilə Nuri Paşanın rəhbərlik etdiyi yeni yaradılmış Qafqaz İslam Ordusunun tərkibinə qatılır.
General-mayor Mirzə Feyzulla Qacar kavaleriya inspektoru vəzifəsinə təyin edilir. 1918-ci ilin dekabrın 23-ü Azərbaycan Xalq Cümhuriyyəti Milli ordusunun süvari diviziyasının komandiri təyin edilir. 1919-cu ilin yanvarın 9-u AXC-nin Hərbiyyə naziri artilleriya genearlı Mehmandarovun əmri ilə Gəncə qarnizonunun komandiri təyin edilir.[6]
Məlumatlara görə, Azərbaycanın sovet işğalına uğramasından sonra və Gəncədə baş vermiş antisovet üsyanın yatırılmasından sonra Mirzə Feyzulla Qacar bolşeviklər tərəfindən güllələnir.
Ailəsi
redaktəFeyzulla Mirzə Xurşid xanım Naxçıvanski ilə ailə qurmuşdu.
Ədəbiyyat
redaktə- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
- Şəmistan Nəzirli. — 1920-ci ildə Qarabağ döyüşləri. Bakı, 2009, bax. səh 228–230 Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine.
- "Azadlıq" radiosunda "Güllələnmiş generallar" dastanı — Nargində güllələnmiş Azərbaycan generalı Feyzulla Mirzə Qacar Qovanlı
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ İsmayılov, Eldar. Георгиевские кавалеры — азербайджанцы. Moskva. 2005.
- ↑ Нагдалиев, Фархад. Нахичеванские в Российской Империи. Москва. 2006.
- ↑ Разведчик. 1279. 1915.
- ↑ "Каспий", 26 февраля 1916 г., № 45
- ↑ Залесский, К. А. Кто был кто в Первой мировой войне. 2003.
- ↑ Государственный архив Азербайджанской Республики. ф.2898, оп.1, д.23, л.29