Fist Olimpiya Stadionu - Wikipedia
Fişt Olimpiya Stadionu (rus. Олимпийский стадион «Фишт») – Rusiyanın Soçi şəhərində yerləşən stadiondur. Stadion Soçi Olimpiya Parkında yerləşir və öz adını Fişt dağından götürmüşdür. 2014 Qış Olimpiya Oyunları üçün tikilən stadion 40000 tamaşaçı tutumuna malik idi. Stadion oyunların açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmişdir.
Fişt Olimpiya Stadionu | |
---|---|
| |
Yeri | Soçi, Krasnodar diyarı, Rusiya |
Açılış tarixi | 2013[1] |
Tikinti xərcləri | 779 milyon $ |
Sahibi | Rusiya hökuməti |
Tamaşaçı tutumu |
47659 (rəsmən) 44287 (2018 FİFA Dünya Kuboku)[2] |
Ev sahibi komanda | Soçi PFK |
Meydançanın ölçüləri | 105 x 68 m |
Vikianbarda əlaqəli mediafayllar |
Stadion ilk tikildiyi vaxt qapalı bir idman kompleksi olaraq tikilmişdi. Lakin 2016-cı ildə görülən işlərdən sonra stadion üstü açıq bir futbol stadionuna çevrildi. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku və 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmişdir.
Tarixi
redaktəStadionun dizayn layihəsi Populous və BuroHappold Engineering şirkətləri tərəfindən hazırlanmışdır. Stadionun dam örtüyü 36500 kv. metrlik bir ərazini əhatə edir. Dam örtüyü qarlı zirvələr formasında tikilmişdir. Şimala açılan qübbə Krasnaya Polnaya dağlarını, cənuba doğru açılan üst göyərtə isə Qara dənizi aydın seyr etməyə şərait yaradır.[3][4]
Stadion 105 x 68 m ölçüdədir. Dörd stendi var
Xronologiya
redaktə- 2006. İlkin hesablamalara görə tikintinin dəyəri 1,7 milyard rubl təşkil edir.
- 2008. Stadionun tikiləcəyi ərazi təmizlənməyə başladı.
- 2010. Stadionun inşası başlandı və "Özünüzə inanın, birlikdə qazana biləcəyik" cümləsi yazılmış simvolik kapsul dikildi.
- 2011. İlkin dizayn dəyişdirilir.
- 2013. Stadionun tikintisi başa çatdırılır.
Stadion 779 milyon $-a tikildi. İdman kompleksi hal-hazırda Rusiya milli futbol komandasının təlim mərkəzidir və arabir matçlarına da ev sahibliyi edir.[5]
Olimpiya oyunlarından sonra
redaktə2015-ci ilin yanvarında 3 milyard rubl (46 milyon $) Konfederasiyalar Kuboku və Dünya Kubokuna görə stadion yenidən qurulmağa başlandı. Əsas dəyişikliklərdən biri stadionun damının götürülməsi idi. Çünki, FİFA üstü qapalı stadionlarda oyunun keçirilməsinə icazə verir. İşlərin 2016-cı ilin iyununa qədər tamamlanması gözlənilirdi, lakin gözləniləndən uzun çəkdi və 2016-cı ilin noyabrında tamamlandı.[6][7]
Fişt Olimpiya Stadionu həm mundiala həm də qış olimpiya oyunlarına ev sahibliyi etmiş ikinci stadion oldu. (digəri Torino Olimpiya Stadionudur) Stadion həm Konfederasiyalar Kuboku həm də qış olimpiya oyunlarına ev sahibliyi edən ilk stadion oldu.
Futbol turnirləri
redaktə2017 FİFA Konfederasiyalar Kuboku
redaktəTarix | Saat | Komanda #1 | Nəticə | Komanda #2 | Mərhələ | Tamaşaçı sayı |
---|---|---|---|---|---|---|
19 iyun 2017 | 18:00 | Avstraliya | 2–3 | Almaniya | B qrupu | 28605[8] |
21 iyun 2017 | 21:00 | Meksika | 2–1 | Yeni Zelandiya | A qrupu | 25133[9] |
25 iyun 2017 | 18:00 | Almaniya | 3–1 | Kamerun | B qrupu | 30230[10] |
29 iyun 2017 | 21:00 | Almaniya | 4–1 | Meksika | Yarı Final | 37923[11] |
2018 FİFA Dünya Kuboku
redaktə
Tarix | Saat | Komanda #1 | Nəticə | Komanda #2 | Mərhələ | Tamaşaçı sayı |
---|---|---|---|---|---|---|
15 iyun 2018 | 21:00 | Portuqaliya | 3–3 | İspaniya | B qrupu | 43866[12] |
18 iyun 2018 | 18:00 | Belçika | 3–0 | Panama | G qrupu | 43257[13] |
23 iyun 2018 | 21:00 | Almaniya | 2–1 | İsveç | F qrupu | 44287[14] |
26 iyun 2018 | 17:00 | Avstraliya | 0–2 | Peru | C qrupu | 44073[15] |
30 iyun 2018 | 21:00 | Uruqvay | 2–1 | Portuqaliya | 1/8 Final | 44287[16] |
7 iyul 2018 | 21:00 | Rusiya | 2–2 (3–4 pen.) | Xorvatiya | 1/4 Final | 44287[17] |
İstinadlar
redaktə- ↑ "Fisht Olympic Stadium". Sochi2014.com. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
- ↑ "Fisht Stadium". FIFA. 2018-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
- ↑ Design for two major Sochi 2014 venues approved Arxiv surəti 31 oktyabr 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-10-31 at the Wayback Machine
- ↑ [1] Arxiv surəti 8 sentyabr 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-09-08 at the Wayback Machine
- ↑ "FIFA Picks Cities for World Cup 2018". RIA Novosti. 29 sentyabr 2012. 2014-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
- ↑ "Russia to Spend $50 Million Taking Roof Off Sochi Olympic Stadium". The Moscow Times. 2018-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
- ↑ "Russia 2018 preparations suffer setback as Sochi Olympic Stadium completion date pushed back". InsideTheGames.biz. 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
- ↑ "Matç hesabatı – B qrupu – Avstraliya - Almaniya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 19 iyun 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2017.
- ↑ "Matç hesabatı – A qrupu – Meksika - Yeni Zelandiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 21 iyun 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2017.
- ↑ "Matç hesabatı – B qrupu – Almaniya - Kamerun" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 25 iyun 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2017.
- ↑ "Matç hesabatı – Yarı Final – Almaniya - Meksika" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 29 iyun 2017. 2017-07-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2017.
- ↑ "Matç hesabatı – B qrupu – Portuqaliya - İspaniya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 15 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyun 2018.
- ↑ "Matç hesabatı – G qrupu – Belçika - Panama" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 18 iyun 2018. 2018-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyun 2018.
- ↑ "Matç hesabatı – F qrupu – Almaniya - İsveç" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 23 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 iyun 2018.
- ↑ "Matç hesabatı – C qrupu – Avstraliya - Peru" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 26 iyun 2018. 2018-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 iyun 2018.
- ↑ "Matç hesabatı – 1/8 Final – Uruqvay - Portuqaliya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 30 iyun 2018. 2018-06-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 iyun 2018.
- ↑ "Matç hesabatı – 1/4 Final – Rusiya - Xorvatiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 7 iyul 2018. 2018-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 iyul 2018.