Fidye - Wikipedia
Fidyə (ing. ransom) — girovun (əsrin) azad edilməsi üçün pul və ya əmlakın ödənilməsi və ya bunun üçün ödənən vəsait.
Tarixi
redaktəFidyə almaq üçün insan oğurluğu qədim dövrlərdən bəri yayılmışdır. Müasir dövrdə də hələ də tez-tez rast gəlinən cinayət növlərindəndir. Bir çox xalqların tarixi mədəniyyətində qaçırma adətdə nəzərdə tutulmuş bir fidyə ödənişi ilə də olur (məsələn - gəlinin qaçırılması).
Avropada yeni dövrə qədər, kübar təbəqənin üzvünün (cəngavər, zadəgan, monarx) fidyə ödənilənədək əsir saxlanılması adi bir hal idi. Onun miqdarı bəzən nəhəng məbləğ təşkil edə bilərdi. İngilis dilində kral fidyəsi (king's ransom) ifadəsi var, bu da böyük miqdarda pul deməkdir.
Türk və Əlcəzair dəniz quldurları köləlik və ya fidyə almaq məqsədi ilə tez-tez Aralıq dənizi ölkələrinin sahillərinə basqın edir insanları qaçırırdlar. Əsas vəzifəsi oğurlananların fidyəsi üçün vəsait toplamaq olan xüsusi bir monarx ordeni - Trinitariev də mövcud idi.
Rusiyada 1649-cu ildə Katedral Kodeksi Krım tatarları və ya türklər tərəfindən əsir alınan hərbiçilər və vətəndaşlar üçün dövlətin (əhalidən toplanan vəsait hesabına) ödədiyi fidyə miqdarını təyin etdi. Məhkumun sosial vəziyyətindən asılı olaraq fidyənin qanuni məbləği 15 ilə 40 rubl, ya da əsir zadəganın maaşının müəyyən faizi idi[1]. Fidyənin ödənməsi ilə "Polyaniçni" əmri və "Səfir əmri" məşğul olurdu.
1532-ci ildə Fransisko Pizarro İnk imperatoru Ataulpanın üzərində gülünc bir məhkəmə qurmuş və onun edam edilməməsi müqabilində bir otaq qızıl fidyə almışdır. Pizarro tərəfindən alınan fidyə indiki qiymətləndirmə ilə 2 milyard dollardan çox vəsait təşkil etmişdir. Bu bir şəxsə indiyə qədər ödənilən ən böyük fidyə hesab olunur.
Fidyə verilmiş məşhur tarixi şəxsiyyətlər
redaktə- Qay Yuli Sezar Bulamaç adası yaxınlığında dəniz quldurları tərəfindən əsir götürülmüşdü. Yalnız 50 talant (Roma İmperiyasında pul vahidi) ödəyincə sərbəst buraxılmışdı [2].
- Aslan ürəkli Riçard
- Cefri Çoser
- Ataulpa
- Migel de Servantes
- Boqdan Xmelnitski
Müasir dövr
redaktə1874-cü il iyulun 1-də Çarli Rossun qaçırılması, fidyə üçün ilk amerikalının oğurluğu hesab olunur.
Qərbə mühacirəti dayandırmaq üçün daxili alman sərhədini quran Almaniya Demokratik Respublikası vətəndaşlarına qarşı fidyə tətbiq etmişdi.
Şərqi Almaniya vətəndaşları Qərbi Alman hökuməti tərəfindən "Freikauf" (sözün həqiqi mənasında azadlıq alınması) adlandırılan bir fidyə verilərək yarı gizli yolla keçı bilərdilər[3]. 1964-1989 illər arasında 33.755 siyasi məhbus fidyə verilərək Almaniya Federativ Respublikasına keçmişdilər. Qərbi Almaniya hökuməti bu məqsədlə mal və valyuta ilə 1990-cı ildəki qiymətlərlə 3,4 milyard marka, yaxud 2.3 milyard dollar ödəmişdir[4]. Bir adi şəxs üçün təxminən 1875, bir həkim üçün 11.250 marka fidyə ödənmişdir. Bir müddət fidyə kimi Şərqi Almaniyada qıtlığı hiss olunan - portağal, banan, qəhvə və tibbi dərman kimi mallardan istifadə edilsə də, sonradan ödənişlər nağd şəkildə həyata keçirildi. O illərdə bir siyasi məhbusun təqribən qiyməti 4000 marka dəyərində qiymətləndirilmişdi[5].
Fidyə adətən yalnız adam qaçırılmasından sonra tələb olunsa da, cansız bir cismin və ya bədən hissəsinin qaytarılması üçün fidyə istənməsi hallarına da rast gəlinmişdir. Belə ki, 1987-ci ildə Argentina prezidenti Xuan Peronun məzarı açılmış, əlləri kəsilərək oğurlanmışdı. Sonradan onun bədən hissələrinin geri qaytarılması üçün 8 milyon ABŞ dolları tələb edilmişdi. Lakin fidyə ödənilməmişdi[6].
İstinadlar
redaktə- ↑ Глава VIII Соборного уложения 1649 года
- ↑ Plutarch, "The Life of Julius Caesar" Arxivləşdirilib 2019-12-19 at Archive.today in The Parallel Lives, Loeb Classical Library edition, 1919, Vol. VII, p. 445. The pirates originally demanded 20 talents, but Caesar felt he was worth more. After he was freed he came back, captured the pirates, took their money and eventually crucified all of them, a fate he had threatened the incredulous pirates with during his captivity
- ↑ Buckley (2004), p. 104
- ↑ Hertle (2007), p. 117.
- ↑ Buschschluter (1981-10-11)
- ↑ "Peron Hands: Police Find Trail Elusive." Arxivləşdirilib 2021-04-22 at the Wayback Machine The New York Times, September 6, 1987. Accessed October 16, 2009.