Fikret Mursaqulov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fikrət Mursaqulov (10 iyul 1955, Qızılhacılı, Marneuli rayonu – 31 may 1988) — azərbaycanlı jurnalist, şair.
Fikrət Mursaqulov | |
---|---|
Doğum tarixi | 10 iyul 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 31 may 1988 (32 yaşında) |
Dəfn yeri | |
Təhsili |
Həyatı
redaktəFikrət Mursaqulov 10 iyul 1955-ci ildə Gürcüstan SSR-nin Marneuli rayonunda anadan olmuşdur.[1] İki il sonra görmə qabiliyyətini itirmişdir.[2]
1964-1975-ci illərdə Bakı Respublika Kor uşaqlar üçün orta internat məktəbində təhsil almışdır..[2]
1975-1980-ci illər şairin tələbəlik illəridir.Ali təhsilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində almışdır.[3]
1980-ci ildə təhsilini tamamlayıb, həmin ilin 1 sentyabrından 1988-ci ilin may ayına qədər Azərbaycan Korlar Cəmiyyətinin məətbəəsində baş redaktor vəzifəsində çalışmışdır.[3]1986-1988-ci illərdə "Aşıq Ələsgərov poetikası" namizədlik dissertasiyasi şair-alimin ölümü səbəbindən yarımçıq qalmışdır.
31 may 1988-ci ildə vəfat etmişdir və Marneuli rayonundakı (Gürcüstan) Qızılhacılı kəndində ailəvi məqbərədə torpağa tapşırılmışdır.[2]
Yaradıcılığı
redaktəFikrət Mursaqulov gözdən əlilliyinə baxmayaraq, XX əsrin 80-ci illərində fəal poetik, publisistik və elmi yaradıcılıqla məşğul olmuşdur.[3] Yazıları "Ulduz", "Azərbaycan" jurnallarında, eləcə də "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Gürcüstan", "Axali Marneuli" qəzetlərdə, eləcə də "Yaşıl budaqlar" almanaxinda dəfələrlə dərc edilmişdir.
Şairin ölümündən sonra Məmməd Nazimoğlunun təşəbbüsü və Qulu Kəngərlinin sponsorluğu ilə "Təsəlli" şeirlər toplusu (Bakı, 2007, 220 səhifə) oxucuların ixtiyarına buraxılmışdır. 2005-ci il 10 İyul tarixində Fikrət Mursaqulovun 50 illik yubileyi münasibətilə "Onu ananların xüsusi buraxılışı" oxuculara təqdim edilmişdir. 2012-ci ildə publisist Həzi Həsənlinin mərhum şair haqqında "İşıq əlifbası" adlı publisistik kitabı "Uğur" nəşriyyatında (140 səhifə) Fikrətsevərlərə ərməğan edilmişdir. 2015-ci ildə Millət Vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovun təşəbbüsü və sponsorluğu ilə şairin rus dilində "Utesheniye" kitabı rusdilli oxuculara təqdim olundu. Şeirləri rus dilinə şairin yaxın dostu Giya Paçxataşvili tərcümə etmişdir. Fikrət Mursaqulovun 60 illiyində Azərbaycan Dövlət radiosunun "Qərib axşamlar" verilişinin biri məhz ona həsr edilmişdir. azırlayanı və təqdim edəni Günel Natiq.
Xatirəsi
redaktəOnun adına Fikrət Mursaqulov Fondu yaradılmışdır. Fond "Ümid işığı" mükafatı təsis edib.[3] Mükafatın təqdimatı 9 iyul 2012-ci ildə Azərbaycan Mətbuat Şurasında keçirilib və ilk laureat isə jurnalist, şair və tərcüməçi Giya Paçxataşvili olmuşdur.[4] 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov Gürcüstana səfəri zamanı şairin vətənində onun 60 illik yubileyini keçirmiş və Marneuli meri ilə danışıqlarda şəhər küçələrinin birinə Fikrət Mursaqulovun adının verilməsinə nail olmuşdur. Elə həmin ildə şairin oxuduğu Respublika Gözdən əlillər üçün orta internat məktəbində təntənəli yubiley gecəsi keçirilmişdir. Fəxri qonaqlar içərisində Sosial təminat naziri Səlim Müslümov və millət vəkili Qənirə Paşayeva da iştirak etmişdir.
İstinadlar
redaktə- ↑ Fikrət Mursaqulov Fondunun "Ümid işığı" mükafatının təqdimatı keçirilib Arxivləşdirilib 2018-12-18 at the Wayback Machine. presscouncil.az (az.)
- ↑ 1 2 3 Yada atılası daşınam sənin Arxivləşdirilib 2023-07-13 at the Wayback Machine. 22.01.2014 (az.)
- ↑ 1 2 3 4 Şair Fikrət Mursaqulov anılıb - FOTOLAR Arxivləşdirilib 2023-07-13 at the Wayback Machine. ednews.net, 21.02.2018 (az.)
- ↑ "Ümid işığı" mükafatının təqdimatı olmuşdur Arxivləşdirilib 2023-07-13 at the Wayback Machine. azertag.az, 09.07.2012 (az.)
Xarici keçidlər
redaktə- Abid Tahirli. Sazın, sözün sevdalısı. modern.az, 24.04.2017 (az.)
- Elxan Əsgərov. Fikrət Mursaqulov-60: "Dünyaya ürəyi ilə baxan şair". Marneulidə çıxan "Region press" qəzeti, № 08 (183), 29 may 2015, səhifə 5. (az.)