Fikret Nagiyev - Wikipedia
Nağıyev Fikrət Əmiraslan oğlu (təxəllüsü: Fikrət Haray;) — Tanınmış politoloq və bioqrafiyaşünas-publisist, Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatının direktoru, "Bioqrafiya" beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) Akademiki, "Qızıl Qələm" mükafatı laureatı, Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) yüksək mükafatı – "Nobel mükafatı laureatı İ.P. Pavlov adına Qızıl döş nişanı" mükafatı laureatı, Ümumdünya Bioqrafiyalar Assambleyasının (ABŞ, Nyu-York) həqiqi üzvü.
Fikrət Nağıyev | |
---|---|
Fikrət Əmiraslan oğlu Nağıyev | |
Doğum tarixi | |
Doğum yeri |
Bakı şəhəri, Azərbaycan Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan Respublikasının vətəndaşı |
Milliyyəti | azərbaycanlı |
İxtisası | filoloq |
Təhsili | ali |
Fəaliyyəti | politoloq, bioqrafiyaşünas, filoloq, akademik |
Fəaliyyət illəri | 1997-2024 |
Mükafatları | 1. Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) yüksək mükafatı – "Nobel mükafatı laureatı İ.P. Pavlov adına Qızıl döş nişanı" mükafatı laureatı; 2. "Qızıl Qələm" mükafatı laureatı (1997); 3. MDB Hökumət Başçıları yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri üzrə Komitənin təsis etdiyi "Əfqanıstandan Sovet qoşunlarının çıxarılmasının 20 illiyi" yubiley medalı. |
biography.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFikrət Nağıyev 1972-ci il iyulun 7-də Azərbaycan Respublikasında ziyalı ailəsində anadan olmuşdur. Ali təhsilli filoloq (1991-1996-cı illərdə M.F.Axundov adına APRDƏİ-Bakı) və psixoloqdur (Психологический Центр РОСТ Саратов РФ). 1997-2001-ci illərdə Lənkəran Dövlət Universitetində kadrlar şöbəsinin rəisi, eyni zamanda "Ədəbiyyat" kafedrasının müəllimi və universitetin mətbuat katibi vəzifələrində işləmişdir. 2001-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin mətbu orqanlarında çalışmaqla yanaşı, ictimai-siyasi mövzularda bir sıra sanballı kitabları işıq üzü görmüş, dövlət mətbuatında və xarici ölkə KİV-lərində periodik olaraq ictimai-siyasi mövzularda yazıları ilə müntəzəm çıxış etmişdir. Apardığı çoxsaylı elmi-pedaqoji təcrübələri və qazandığı nailiyyətləri barədə respublika səviyyəli elmi-praktiki konfranslarda daim təmsil olunmuşdur. Akademik Budaq Budaqovun rəhbərliyi və bilavasitə redaksiya şurasının sədrliyi ilə üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəfis şəkildə nəşr olunan müasir dövrdə tanınmış, uğurlu və işgüzar insanların həyatı silsiləsindən 12 cildlik "Azərbaycanda tanınmış simalar" bioqrafik ensiklopediyasının müəllifi və redaktorudur. Bədii, elmi və ictimai-siyasi mövzularda nəşr olunmuş 14 kitabın müəllifidir. Tədqiqat sahələri post-Sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir. "Qızıl qələm" mükafatı laureatıdır. 2008-ci ildə Beynəlmiləlçi döyüşçülərin sosial müdafiəsinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən ictimai işlərdə fəal iştirak etdiyinə görə MDB Hökumət Başçıları yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri üzrə Komitənin təsis etdiyi "Əfqanıstandan Sovet qoşunlarının çıxarılmasının 20 illiyi" yubiley medalına layiq görülmüşdür. Həmçinin Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatının direktoru, "Bioqrafiya" elmi-publisistik, ictimai-siyasi, beynəlxalq jurnalının (http//www.biography.az), "İnfotibb" elmi-praktik, tibbi informasiya jurnalının baş redaktoru, "Azərbaycanım" beynəlxalq jurnalının Redaksiya Şurası sədrinin müavinidir. 1995-ci ildən müntəzəm olaraq respublikanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan xalqının Ümummilli lideri, dahi öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən maraqlı, elmi-publisistik monoqrafiyaların müəllifidir. 2011-ci il noyabrın 21-dən Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatına rəhbərlik edir.
Fikrət Nağıyev ilk növbədə özünə qarşı çox tələbkar, üzərində daim işləyən və təvazökar bir insandır. Məqsədlərin düzgün seçilməsində, qiymətləndirilməsində və həyata keçirilməsində yüksək intellekti, səbirliliyi, dözümlülüyü, geniş düşünmə qabiliyyəti ona hər zaman yardımçı olur.
F.Nağıyev qayğıkeş ailə başçısı olmaqla bərabər, həm də vətəndaş, vətənpərvər insan və sadiq dost üçün lazım olan bütün yüksək keyfiyyətlərə malikdir. Belə ki, onun daxili dünyası təkcə onun şəxsi həyatı ilə deyil, həm də ölkəsi və xalqı ilə bağlı hadisələrin təsiri ilə formalaşıb. Fikrət Nağıyev öz xalqının tarixinə, mədəniyyətinə, adət və ənənələrinə böyük hörmət və ehtiramla yanaşan bir insandır. Bu, onun yüksək əxlaqi potensialından və mənəvi zənginliyindən xəbər verir.
Həyatda yolunu sapmadan enişli-yoxuşlu yolları şərəflə və müvəffəqiyyətlə keçən, ləyaqəti hər şeydən üstün tutan, geniş həyat təcrübəsinə malik olan Fikrət müəllim çox optimist bir insan olmaqla Azərbaycanın parlaq gələcəyinə böyük əminliklə inanır. O, respublikamızın ictimai-siyasi, sosial iqtisadi sabahının etibarlı təminatını praqmatik düşüncəyə və geniş erudisiyaya malik olan Prezident İlham Əliyevin düzgün siyasəti və çevik diplomatiyası sayəsində artıq bərqərar olmuş qüdrətli dövlətimizdə, respublikamızda hökm sürən siyasi sabitlikdə, güclü iqtisadiyyatımızda, gündən-günə peşəkarlaşan kadr potensialımızın olmasında görür.
Fikrət Nağıyev "Həyatın 100 anı" seriyasından nəfis şəkildə bir sıra sanballı kitabların müəllifidir. O, 2016-cı ilin noyabr ayından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın həyat və fəaliyyətindən bəhs edən "Həyatının 100 anı" sənədli-publisistik kitabları üzərində işləyib və həmin kitablar 2019-cu ilin avqust ayında işıq üzü görüb. Qeyd olunan sanballı nəşr əsərləri azərbaycan, ingilis və rus dillərində nəşr olunub. O, həmçinin tanınmış rəssam-modelyer, Əməkdar İncəsənət Xadimi, dosent Fəxriyyə Xələfova ilə birgə ilk dəfə olaraq azərbaycan və ingilis dillərində nəşr olunan 2 cildlik "Azərbaycanın Moda Ensiklopediyası"nın həmmüəllifidir. 2019-cu ildən "Azərbaycanım" beynəlxalq jurnalının baş redaktorunun birinci müavini, həmçinin beynəlxalq jurnalın Redaksiya Şurası sədrinin köməkçisidir. 2023-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Ulu Öndər Heydər Əliyevin irsinin təbliği" beynəlxalq layihəsi çərçivəsində nəşr olunan "Heydər Əliyev. Həyatının 100 anı" ensiklopedik kitabının, həmmüəlifi, "Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası" və "İlham Əliyev. Həyatının 100 anı" kitablarının müəllifidir. Fikrət Nağıyev 2019-cu ilin martında ABŞ-nin Ümumdünya Bioqrafiyalar Assambleyasının həqiqi üzvü seçilib. 2019-cu ildə Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) yüksək mükafatı – "Nobel mükafatı laureatı İ.P. Pavlov adına Qızıl döş nişanı" mükafatına layiq görülüb. 2022-ci ildən Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin akademikidir.
Ailəlidir, üç övladı var.
Kitabları
redaktə- Bu dünya ana bətnidir (şeirlər). Bakı: Mütərcim, 1997,
- Деление стран по уровню экономического развития после распада СССР. Баку: LDU, 1999, 167 стр.
- Siyasət bu gün: Statistik məcmuə. Bakı: Səda, 2002, 120 səh.
- Dünya və Azərbaycan geosiyasi dairədə. Bakı: LDU, 2004, 210 səh.
- Культура определяет политику. Баку: Бакполиграф, 2007, 175 стр.
- Azərbaycanın şəhər və rayonlarının bioqrafiyası. Bakı: Xerox, 2011. 319 səh.
- "Azərbaycanda tanınmış simalar" bioqrafik ensiklopediyası. Bakı: Xerox, 2012. I cild, 650 səh.
- "Azərbaycan Bioqrafiyalar Ensiklopediyası". Bakı: 2015, azərbaycan, ingilis və rus dillərində, 808 səhifə.
- "Ümumdünya Bioqrafiyalar Ensiklopediyası" beşcildliyi. Bakı, 2017, azərbaycan və ingilis dillərində, 6500 səhifə (www.worldbiofund.com)
- "Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları" ensiklopediyası. Bakı, 2019, "Ensiklopediya" Nəşriyyatı, 768 səhifə.
- "Mehriban Əliyeva. Həyatın 100 anı" kitabı. Bakı, 2020, azərbaycan, ingilis və rus dillərində, "Ensiklopediya" Nəşriyyatı, "Həyatın 100 anı" seriyasından, 642 səhifə.
- "Heydər Əliyev. Həyatının 100 anı" kitabı. Bakı, 2023, "Ensiklopediya Nəşriyyatı, 672 səhifə.
- "Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası" kitabı. Bakı, 2024, "Ensiklopediya Nəşriyyatı, 696 səhifə.
- "İlham Əliyev. Həyatının 100 anı" kitabı. Bakı, 2024, "Ensiklopediya Nəşriyyatı, 712 səhifə.
Məqalələri
redaktə- Milli heraldikamızın inkişafı dövlətin vahiq siyasətinin əsas istiqamətlərindən biridir. "Azərbaycan" qəzeti, 11 aprel, 2006, N 77, səh. 5.
- Ömrün sirli rəqəmləri. "Azərbaycan" qəzeti, 11 dekabr, 2007, N 279, səh. 2.
- Uğurlu xarici siyasət milli maraqlarımıza tam cavab verir. "Respublika" qəzeti, 28 iyun, 2009, N 138, səh. 3.