Fikriye Xanim - Wikipedia
Fikriyə xanım (türk. Fikriye Hanım; d.1887, Larisa — ö.31 may 1924, Ankara) — Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Fransız, Alman və Yunan dillərində səlis danışa bilən Fikriyə xanım eyni zamanda ud və piano da çala bilirdi.[1]
Fikriyə xanım | |
---|---|
Doğum tarixi | 1 yanvar 1887 |
Doğum yeri | |
Vəfat tarixi | 31 may 1924 (37 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1887-ci ildə Selanikdə anadan oldu. Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Gənc yaşda bir misirli ilə evlənən Fikiryə xanım evliliyi uzun sürmədi ailesinin yanına qayıtdı. 1923-cü ilə qədər Çanqaya köşkündə Mustafa Kamal Paşaya köməklik göstərirdi. Zəif bədən quruluşuna sahib olan Fikriyə xanım tez-tez xəstələnməsi səbəbilə təhsil ala bilməmişdi. Bu hal isə onun gələcək planlarına təsir göstərmişdi. Ağciyərlərindən əziyyət çəkən Fikriyə xanım Münhenə getməli idi. Mustafa Kamal Paşaya aşiq olan Fikriyə xanım onun Lətifə xanımla evləndiyini öyrənincə Türkiyəyə geri dönmüş, ilk işi malikanəyə getmək olmuşdu. Lakin Lətifə xanım gəldiyini görəndə Atatürkü xəbərdar etmədən köməkçiyə onu saraydan uzaqlaşdırması üçün əmr vermişdi.[2]
Tam olaraq onun necə öldüyü dəqiq bilinmir. Bəzi mənbələr onun Çankaya köşkünün qarşısında intihar etdiyini yazsa da, bəzi mənbələr vurulduğunu yazır. Fikriyə xanımın ölümünün Atatürk və Lətife xanımın evliliyinə təsir etdiyi düşünülür. Genealogiyada ölüm tarixi 31 may 1924 olaraq yazılmışdı, lakin vurulduğu və ya özünü vurduğu tarix isə 23 may olaraq bilinirdi.[3]
Xifzi Topuz faktlara əsaslanaraq yazdığı "Qazi və Fikriyə" romanında Fikriyə xanımın intihara təşəbbüs etdiyi tarixdən öldüyü tarixə qədər xəstəxanada müalicə olunduğu, güllə yarası ilə deyil, güllənin açdığı yaranın infeksiyaya yoluxması və tam sağalmayan vərəm xəstəliyinin yayılması səbəbilə öldüyü yazılmışdır. Yenə eyni əsərə görə Atatürk Fikriyə xanımın Köşkə yerləşməsinin yaratdığı dediqoduların qarşısını almaq üçün Fikriyə xanımla gizlin evlənmiş, hətta nikahlarını da Cümhuriyət dövrünün ilk Dəyanət İşləri Başçısı Mustafa Fehmi Gerçeker qeydə almışdı.
Tədqiqatçı Eriş Ülger Atatürkün köməkçisi Saleh Bozokun xatirələri əsasında məzar yerinin Quğulu Parkında olduğunu yazır. "Fikriye xanım" kitabının müəllifi Fatih Bayhan Fikriyə xanımın Ankaranın Ulus bölgəsindəki köhnə qəbiristanlıqda dəfn olunduğunu yazır. Can Dündar isə bu gün Ankara Etnoqrafiya Muzeyində Mustafa Kamal Atatürkün bir at üzərində nəhəng heykəlinin ucaldığı yerə dəfn edildiyini yazır.[4]
Xarici keçidlər
redaktəMənbə
redaktə- Şemsi Belli, Fikriye, Bilgi Yayınevi, Ankara, 1995.
- İsmet Bozdağ, Atatürk'ün başyaveri Salih Bozok anlatıyor: Latife ve Fikriye iki aşk arasında Atatürk, Truva Yayınları, İstanbul, 2005.
- Oğuz Akay, Gazi Fikriye İle Neden Evlenmedi Latife İle Neden Evlendi, Truva Yayınları, İstanbul, 2005.
- Halil İbrahim Özcan, Çankaya'nın Duvaksız Gelini Fikriye, Nokta Yayınları, İstanbul, 2007.
- Fatih Bayhan, Fikriye Hanım, Pegasus Yayınları, İstanbul, 2008.
- Nesrin Aydemir, "İki Aşk Arasında Atatürk", Nokta Yayınları, İstanbul, 2008.
- Hıfzı Topuz, "Gazi ve Fikriye", Remzi Kitabevi, İstanbul, 2003
İstinadlar
redaktə- ↑ "Fikriye Hanım ( 1887)- (1924)". 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ "Fikriye Hanımın sır ölümü". 2019-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ "Atatürkün ən böyük xəyalı və onu sevən qızın müəmmalı intiharı". 2019-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ Dündar, Can. 'Fikriye!…. Göldegekiler: İmge Kitabevi. Haziran 1995. səh. 43. ISBN 979-975-533-118-7.