Fila - Wikipedia
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu.
Afina
redaktəSolon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508–507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Filalar qəhrəmanların şərəfinə adlanırdılar. Eponim qəhrəmanlarına Afina aqorasında xüsusi monument ucaldılmışdır. Rəsmi sənədlərdə onlar müəyyən bir qaydada sadalanırdılar və ənənəvi olaraq Roma rəqəmləri ilə nömrələnirdilər.
Ardıcıllıq | Qəhrəman | Fila |
---|---|---|
I | Erextey | Erexteyidlər |
II | Egey | Egeydlər |
III | Pandion | Pandionlar |
IV | Leos (Orfeyin oğlu) | Leontidlər |
V | Akamant | Akamantlar |
VI | Oyney | Oyneyidlər |
VII | Kekrops | Kekropidlər |
VIII | Hippofoont | Hippofoontidlər |
IX | Ayaks | Eantidlər |
X | Antiox | Antioxidlər |
Ellinizm dövründə fila sayı 12-yə, Roma hökmranlığı dövründə isə 13-ə qaldırıldı.[1]
Sparta
redaktəŞəhər dorilər filalarının üç xalqı dimanlar, gilleylər və pamfillər buraya köçəndən sonra yarandı.
Ədəbiyyat
redaktə- Суриков И. Е., Ленская В. С., Соломатина Е. И., Таруашвили Л. И. Фила // История и культура Древней Греции: Энциклопедический словарь. М.: Языки славянских культур. Под общей редакцией И. Е. Сурикова. 2009. 709. ISBN 978-5-9551-0355-6.
- Фила // Словарь античности : Пер. с нем. М.: СП «Внешсигма». Сост. Й. Ирмшер, Р. Ионе; ; Редкол.: В. И. Кузищин (отв. ред.) и др. 1992 [Lexikon der Antike]. ISBN 5-86290-008-X.
- Фила // Античный мир в терминах, именах и названиях: Словарь-справочник по истории и культуре Древней Греции и Рима. Мн.: Беларусь. Сост. И. А. Лисовый, К. А. Ревяко; Науч. ред. А.И. Немировский. 1996. ISBN 985-01-0017-6.
- Traill J. S. The Political Organization of Attica: A Study of the Demes, Trittyes, and Phylai, and Their Representation in the Athenian Council // Hesperia Supplements . 14. 1975. doi:10.2307/1353928.
Xarici keçidlər
redaktə- Glowacki, Kevin T. "The Tribes and Eponymous Heroes of the Ancient Athenians". The Ancient City of Athens (ingilis). The Stoa: A Consortium for Electronic Publication in the Humanities. 2004. İstifadə tarixi: 2019-03-18.