Filipp Nuare - Wikipedia
Filipp Nuare (fr. Philippe Noiret, tam adı Filipp Pyer Fernan Nuare (Philippe Pierre Fernand Noiret); 1 oktyabr 1930[1][2][…], Lill, Fransa – 23 noyabr 2006[3][1][…], VII arondisman, Fransa[5][6][…]) — fransız kinoaktyoru.
Filipp Nuare | |
---|---|
Doğum adı | Philippe Pierre Fernand Noiret[4] |
Doğum tarixi | 1 oktyabr 1930[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 noyabr 2006[3][1][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi[3] |
Dəfn yeri |
|
Uşağı | 1 |
Fəaliyyəti | kino aktyoru, aktyor, kabare sənətçisi[d], səsləndirmə aktyoru[d], komediyaçı, teatr aktyoru |
Fəaliyyət illəri | 1948–2006 |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0634159 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1 oktyabr 1930-ci ildə Lill(Nor-Pə-Dö-Kəle) şəhərində anadan olub, Fransa. Atası ev tikintisi ilə məşğul olurdu, böyük şirkətin baş meneceri olub. Filip Nuare, Mərakeşdə, Kasablankada böyüyüb, sonra ailəsi Fransaya qayıdır, Tuluzaya. Culi qapalı iyezut kolecində oxuyur. Məhz kolecdə Filip aktör olmaq qərarına gəlir. Tədris teatrının səhnələşdirmələrində fəal iştirak edir, xorda oxuyur. R.Blenin Parisdəki dramatik sənət kurslarını bitirir. Paris teatr, kabarelərində, komik aktör kimi Jan- Pyer Darrasla duetdə TV də işləyir.
Filmoqrafiya
redaktəKinoda ilk dəfə 1949-cu ildə “Jiji” filmində debüt edir.1956-ci ildə rejisör Anyes Vardanın “Puent Kurt” filmində balıqçı Luinin rolunu oynayır.Raymon Kenonun absurdist “Zazi metroda” romanının ekranlaşdırılmasında(1960, rej. Lui Mal) Qabriyel dayı rolundan sonra məşhurlaşdı.Rene Kler Nuareni “Dünyanın bütün qızılı” (1961) filmində Viktor Qardi roluna dəvət edir. Bu vaxtdan Filip Nuarenin ulduzu parladı və heç vaxt onu tərk etmədi. Aktör eyni uğurla dramatik həm komediya rollarını oynayırdı. Nuare həm İv Roberin məsxərələrinin axmaqvari qəhrəmanlarını – Xoşbəxt Aleksandr” da (1968) Aleksandrı və “Qarımış qız” (1971, Qərbi Berlin BKF,1972) filmində çəkingən köntöy Qabriyeli, həm İv Buassenin kəskin süjetli “Parisdə qaçırma” (1972) filmində siyasi xadim Pyer Qarseni və “Tartari səhrası”nda(1976, rejissor Valerio Dzurlini) generalı oynayırdı.Rejissor Rober Enrikonun 1975-ci ildə çəkdiyi Sezar mükafatını almış “Köhnə tüfəng” filmində faşistlərin vəhşilikləri ilə qəddar qanlı qisasa məcbur edilən, sülhpərvər və sakit həkim Jülyen Dəndye rolunu ifa etdi.1980-ci illərdə Bertran Tavernyenin altı filmindı və Mario Moniçellinin italyan komediyalarında baş rolları oynadı.Marko Ferrarinin “Böyük yeyinti”(1973) filmində Filip rolunda.Tamaşaçıların rəğbətini xüsusi ilə Klod Zidinin 1984-cü ildə çəkdiyi “Açın polisdir/ Satılmışlar” filmində detektiv Rene rolundan sonra qazandı.Ən yaxşı rollar sırasında -Culiano Montaldonun “Qızıl çərçivəli gözlük” (1987) dramında doktor Fadiatti, rejissor B.Tavernyenin 1989-cu ildə çəkdiyi (Sezar mükafatı) “Həyat, başqa heç nə”, Yeni kino Paradiz(1990, Britaniya kinoakademiyası mükafatı) filmində Alfredo, Kler Deversin “Maks və İyeremiya” (1992) trillerində Maks, Bertran Bliyenin “Döymə ət” filmində qoca dull Lion Qresson.(2003).
Aktyor 23 noyabr 2006-ci ildə Parisdə xərçəngdən vəfat edib.
Mükafatlar
redaktə- "National Board of Review", 1970, ABŞ mükafatı
- Qərbi Berlin BFF mükafatı, 1972
- "Sezar", 1975, 1990, Fransa mükafatı
- "European Film", 1989 mükafatı
- "David Donatello", 1976, 1990, İtaliya mükafatı
- "Gümüş Lent", 1986, 1991, İtaliya mükafatı
- Fəxri Legion ordeni, 2005, Fransa
- Britaniya kinoakademiyasının mükafatı (BATFA), 1991, Böyük Britaniya
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 http://www.aveleyman.com/OnThisDay.aspx?OTDMonth=10&OTDDay=01&OTDYear=1981.
- ↑ 1 2 3 http://www.nytimes.com/2006/11/25/movies/25noiret.html.
- ↑ Fichier des personnes décédées mirror.
- ↑ 1 2 http://www.earthtimes.org/mobile/10872.xhtml.
- ↑ 1 2 http://www.fotopedia.com/reporter/stories/ImkSrrkqxDE.