Finlandiyanin Vilayetleri - Wikipedia
Finlandiya fin dilində maakunta, isveç dilində landskap adlanan 19 vilayətdən ibarətdir. Vilayətlər vilayət bələdiyyələri üçün əməkdaşlıq edən forumlar kimi xidmət göstərən regional şuralar tərəfindən idarə olunur. Vilayətlərin əsas vəzifələri regional planlamanı aparmaq və təhsil və təşəbbüsü inkişaf etdirməkdir. Əlavə olaraq, ictimai sağlamlıq xidmətləri də həmçinin vilayət səviyyəsində təşkil olunur. Hal-hazırda şura üçün ümumi seçkilər baş tutan yeganə vilayət Kaynuudur. Digər vilayətlərin məclisi bələdiyyə şuraları tərəfindən seçilir. Hər bələdiyyə öz əhalisinin sayına uyğun nümayəndəni məclisə göndərir. Regional şuraların məsuliyyətində olan bələdiyyələr arasındakı əməkdaşlığa əlavə olaraq, Finlandiyada təşəbbüskarlıq, meşəçilik, balıqçılıq, kənd təsərrüfatı və əmək işlərinin yerli idarəçiliyinə görə məsuliyyət daşıyan 15 İqtisadi İnkişaf, Nəqliyyat və Çevrə Mərkəzi(Fin dilində elinkeino-, liikenne- ja ympäristökeskus, qısaca ely-keskus) fəaliyyət göstərir. Onların hər biri Finlandiyanın bir və ya bir neçə vilayətinə nəzarət edir və içərisində İqtisadiyyat və Məşğulluq, Nəqliyyat və Rabitə və Çevrə nazirliklərinin ofisi yerləşir. Finlandiya Müdafiə Qüvvələrinin regional ofisləri regional müdafiə hazırlıqlarından və vilayət içərisindəki çağırışların idarəsindən məsuliyyət daşıyır.
Regionlar
redaktə№ | Bayraq | Gerb | Ad | İngilis dilində rəsmi adı[1] | Fin dilində adı | İsveç dilində adı | Paytaxtı | Sahəsi (km2) | Əhalisi (31 Dec 2017)[2] |
---|---|---|---|---|---|---|---|---|---|
1. | – | Laplandiya | Lapland | Lappi | Lappland | Rovaniemi | 92,674 | 180,207 | |
2. | – | Şimali Ostrobotniya | North Ostrobothnia | Pohjois-Pohjanmaa | Norra Österbotten | Oulu | 36,815 | 411,150 | |
3. | Kaynuu | Kainuu | Kainuu | Kajanaland | Kayaani | 20,197 | 74,803 | ||
4. | Şimali Kareliya | North Karelia | Pohjois-Karjala | Norra Karelen | Yoensuu | 17,761 | 164,085 | ||
5. | Şimali Savoniya | North Savo | Pohjois-Savo | Norra Savolax | Kuopio | 16,768 | 247,776 | ||
6. | – | Cənubi Savoniya | South Savo | Etelä-Savo | Södra Savolax | Mikkeli | 14,257 | 148,975 | |
7. | – | Cənubi Kareliya | South Karelia | Etelä-Karjala | Södra Karelen | Lappeenranta | 5,327 | 130,506 | |
8. | Mərkəzi Finlandiya | Central Finland | Keski-Suomi | Mellersta Finland | Yivyaskilya | 16,703 | 276,196 | ||
9. | Cənubi Ostrobotniya | South Ostrobothnia | Etelä-Pohjanmaa | Södra Österbotten | Seynyayoki | 13,444 | 191,860 | ||
10. | – | Ostrobotniya | Ostrobothnia | Pohjanmaa | Österbotten | Vaasa | 7,753 | 181,441 | |
11. | Mərkəzi Ostrobotniya | Central Ostrobothnia | Keski-Pohjanmaa | Mellersta Österbotten | Kokkola | 5,020 | 69,027 | ||
12. | – | Pirkanmaa | Pirkanmaa | Pirkanmaa | Birkaland | Tampere | 12,585 | 509,356 | |
13. | Satakunta | Satakunta | Satakunta | Satakunta | Pori | 7,820 | 221,740 | ||
14. | Pyayanne Tavastiya | Päijät-Häme | Päijät-Häme | Päijänne-Tavastland | Lahti | 5,125 | 201,685 | ||
15. | Kanta-Hyame | Kanta-Häme | Kanta-Häme | Egentliga Tavastland | Hyameenlinna | 5,199 | 173,781 | ||
16. | – | Kyumenlaakso | Kymenlaakso | Kymenlaakso | Kymmenedalen | Kotka, Kouvola | 5,149 | 177,659 | |
17. | Uusimaa | Uusimaa | Uusimaa | Nyland | Helsinki | 9,097 | 1,638,293 | ||
18. | – | Cənub-qərbi Finlandiya | Southwest Finland | Varsinais-Suomi | Egentliga Finland | Turku | 10,663 | 475,543 | |
19. | Aland adaları[3] | Åland | Ahvenanmaa | Åland | Mariehamn | 1,553 | 29,214 |
İstinadlar
redaktə- ↑ "Suomen hallintorakenteeseen ja maakuntauudistukseen liittyviä termejä sekä maakuntien ja kuntien nimet fi-sv-en-(ru)" (PDF). vnk.fi. səh. 8–9. 11 June 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 August 2019.
- ↑ Tilastokeskus. "Population". www.stat.fi. 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-26.
- ↑ The role that the regional councils serve on Mainland Finland are, in Åland, handled by the autonomous Government of Åland.
Xarici keçidlər
redaktə- Regional Councils of Finland – Official site
- Regional State Administrative Agencies