Firudin Qurbansoy - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Firudin Qurbansoy (tam adı: Firudin Əliağa oğlu Qurbanov; 1954, Bakı) — yazıçı, ssenarist.
Firudin Qurbansoy | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Həyatı
redaktəFirudin Əliağa oğlu Qurbanov Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb (1977). 100-dən artıq elmi məqalənin müəllifi, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. Qədim Babil, Fars və Elam ölü dillərini müstəqil öyrənərək bu dillərdəki tarixi sənədləri orijinaldan dilimizə tərcümə edib. Bədii yaradıcılıqla da məşğul olur. Pyesləri "Canım Qırat, gözüm Qırat" Abdulla Şaiq adına Kukla Teatrında, "Xəta" Naxçıvan Dövlət Dram Teatrında, "Cənnətin astanasında", "Oxu tar" Muğam Teatrında, "Dədə Qorqud sorağında", "Haray" digər teatrlarda səhnələşdirilib. Mikayıl Müşfiq və Cəfər Cabbarlı mükafatları laureatıdır. Azərbaycan Milli Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışır. Filologiya üzrə fəlsəfə doktoru (1990), dosentdir.
Fəaliyyəti
redaktəFirudin Qurbansoyun qələmə aldığı pyeslər – "Canım Qırat, Gözüm Qırat" Abdulla Şaiq adına Kukla Teatrında, "Xəta" Naxçıvan Dövlət Dram Teatrında, "Cənnətin Astanasında", "Oxu Tar" Muğam Teatrında, "Dədə Qorqud Sorağında", "Haray" digər teatrlarda səhnələşdirilib.
Əsərlərinin demək olar ki, hamısı konkret tarixi şəxsiyyətlərdən bəhs edir.