Firuze Bedirbeyli - Wikipedia
Firuze Bedirbeyli - Wikipedia - Haqqında Məlumat
Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; 10 dekabr 1916, Morul, Yelizavetpol qəzası – 16 dekabr 1992, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1971).
Firuzə Bədirbəyli | |
---|---|
Firuzə Xanlar qızı Bədirbəyli | |
Doğum tarixi | |
Doğum yeri | Morul, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşağı | Zemfira Əliyeva |
Fəaliyyəti | teatr akrisası |
Fəaliyyət illəri | 1939–1975 |
Mükafatları |
Həyatı
redaktəFiruzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində (hazırda Şəmkir) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1939-cu ildə Şamxor Dövlət Teatrında başlamışdır. 1947-ci ilin sonlarında Kirovabad Dövlət Dram Teatrının truppasına qəbul edilmiş, 1 sentyabr 1975-ci ildə öz ərizəsi ilə teatrdan çıxmışdır.[1]
Aktrisa 16 dekabr 1992-ci ildə Gəncədə vəfat etmişdir.[1]
Xalq artisti Zemfira Əliyevanın anasıdır.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 dekabr 1971
İfa etdiyi əsas rollar
redaktəRol | Tamaşa | Müəllif |
---|---|---|
Tükəz | Hacı Qara | Mirzə Fətəli Axundov |
Ziba xanım | Lənkəran xanının vəziri | Mirzə Fətəli Axundov |
Mehri xanım | Bəxtsiz cavan | Əbdürrəhim bəy Haqverdiyev |
Pəri | Pəri cadu | Əbdürrəhim bəy Haqverdiyev |
Tükəzban | Ölülər | Cəlil Məmmədquluzadə |
Yasəmən | Eşq və intiqam | Süleyman Sani Axundov |
Şərəbanı | Yaşar | Cəfər Cabbarlı |
Xanımnaz | Almaz | Cəfər Cabbarlı |
Gülnisə | Solğun çiçəklər | Cəfər Cabbarlı |
Dilbər | Sevil | Cəfər Cabbarlı |
Susanna | Aydın | Cəfər Cabbarlı |
Əzra | Şeyx Sənan | Hüseyn Cavid |
Humay | Əliqulu evlənir | Sabit Rəhman |
Ballı arvad | Bahar suları | İlyas Əfəndiyev |
Gülbacı | Qaçaq Nəbi | Süleyman Rüstəm |
Reyhan xanım | Kəndçi qızı | Mirzə İbrahimov |
Fatma | Anacan | Yusif Əzimzadə |
Pəri xala | Qız atası | Əfqan |
Darçın xala | Kişilər | Altay Məmmədov |
Rozina | Uzaq sahillərdə | İmran Qasımov və Həsən Seyidbəyli |
Gülcamal | Qatır Məmməd | Zeynal Xəlil |
Zeynəb | Şikayət qəbul edilmir | Toktobolat Əbdümöminov |
Aşura | Dağlı qızı | Rəsul Həmzətov |
Varvara Karpovna | Həyətdə qapan it var | Kita Buaçidze |
Marfa | Özgə uşağı | Vasili Şkvarkin |
Minlekay | Aygül diyarı | Mustay Kərim |
Həcər nənə | 72-ci kamera | Orxan Kamal |
İstinadlar
redaktə- ↑ 1 2 Rəhimli, 2016. səh. 408–409
Ədəbiyyat
redaktə- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.