Flora Pavilyonu - Wikipedia
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir.[1] 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir.[2]
Flora pavilyonu | |
---|---|
fr. Pavillon de Flore | |
48°51′39″ şm. e. 2°19′50″ ş. u.HGYO | |
Ölkə | Fransa |
Şəhər | Paris |
Aidiyyatı | Luvr muzeyi |
Memar | Hektor Lefuel |
Sifarişçi | IV Henrix |
Tikilmə tarixi | 1607–1610 |
Üslubu | III Napoleon stili |
Fransa tarixi abidələri | |
İstinad nöm. | PA00085992 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir.[3] 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir.[4] Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir.
Yerləşməsi
redaktəFlora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır.
Tarixi
redaktəIV Henrix və böyük dizayn
redaktəFlora pavilyonu IV Henrix dövründə hazırlanmış və Luvr sarayı ilə Tüliri sarayını inşa ediləcək iki böyük qanad vasitəsiylə birləşdirməyi nəzərdə tutan geniş planın tərkibinə daxil idi. Əvvəlcə Luvr sarayının cənubunda Sena çayı boyunca uzanan Kiçik qalereya (fr. Petite Galerie) Böyük qalereya (fr. Grande Galerie) ilə birləşdirilir. Daha sonra qanad şərqdən qərbə doğru Sena çayı boyunca uzadılaraq Tüliri sarayına kimi çatdırılır və burada o zaman Çay pavilyonu (fr. Pavillon de la Rivière) adlandırılan Flora pavilyonu ilə tamamlanır.[5] Pavilyonun təməl daşı 1607-ci ildə qoyulur.[6] Onun ilkin dizaynı ənənəvi olaraq Böyük qalereyanın qərb hissəsini dizaynın işləmiş (Böyük qalereyanın şərq hissəsinin dizaynı adətən Lui Metezoya aid edilir) memar Jak Andrue Dusersauya aid edilir.[7]
Tüliri sarayı cənubda Bullan pavilyonundan Flora pavilyonuna kimi Tüliri sarayının Kiçik qalereyası vasitəsiylə genişləndirilmişdir. 1610-cu ildə IV Henrixin öldürülməsindən sonra Böyük dizayn layihəsi tərk edilmişdir.[1] Lakin, o zamana (XIX əsrdə Rivoli küçəsi boyunca qərbdən şərqə istiqamətdə Böyük qalereyaya uyğun Uzun qalereya inşa edilərək, Tüliri sarayının şimal qurtaracağındakı Marsan pavilyonu və Luvr sarayının genişləndirilmiş hissəsi birləşdirilmiş, beləliklə də IV Henrixin Böyül dizayn planı tamamlanmışdır ) kimi Böyük qalereya, Tüliri sarayının Kiçik qalereyası və Çay pavilyonunun inşası tamamlanmışdı.[2][8]
XIV Lüdovik
redaktə1669-cu ilin fevralında Tüliri sarayının ehtimal ki Balet zalında (fr. Salle des Ballets) kral XIV Ledovik İsaak de Benseradın “Flora kral baleti”ndə (fr. Ballet royal de Flore) oynamışdır. Ehtimal edilir ki, məhz həmin zaman pabilyon ilk dəfə Flora pavilyonu (fr. Pavillon de Flore) adlandırılmışdır. Bu adın ilk dəfə yazılı qeydi isə 1726-cı ilə aiddir.[9] Dövrümüzdə Flora pavilyonu ilə yanaşı digər adlar da istifadə olunmaqdadır.[1]
XVI Lüdovik
redaktə1789–1792-ci illərdə Fransa kral sarayının Tüliridə yerləşdiyi zaman Flora pavilyonunun birinci mərtəbəsində şahzadə Madam de Lambalın otaqları, onun yanında Tüliri sarayının əsas binasının birinci mərtəbəsində Mariya Antuanettanın otaqları, Flora pavilyonunun ikinci mərtəbəsində isə şahzadə Fransalı Yelizavetanın otaqları yerləşmişdir.[10]
Böyük Fransa inqilabı
redaktəBöyük Fransa inqilabı zamanı Flora pavilyonunun adı dəyişdirilərək Bərbərlik pavilyonu (fr. Pavillon de l'Égalité) adlandırılmışdır.[11] Yeni adı altında pavilyon bir neçə inqilab komitələrinin toplanma yerinə çevrilmişdir.[12] Digər komitələr və Milli Konventin toplatıları isə o zaman Xalq sarayı adlandırılan Tüliri sarayında keçirilirdi. Həmin dövrdə pavilyonda Maliyyə və Likvidasiya komitələri ilə yanaşı İctimai Təhlükəsizlik Komitəsi qərarlaşmışdı.[13]
İctimai Təhlükəsizlik Komitəsi (fr. Comité de salut public) İnqilab hökumətinin əsas və ən məşhur orqanı olmaqla, Terror dövründə Fransa hökümətinin de fakto icraçı qolunu təşkil edirdi. Maksimillian Robespyerin idarə etdiyi Yakobinçilərdən təşkil olunmuş onikilik təhqiqatlar, məhkəmə icraatı və edamları həyata keçirirdi. Komitə minlərlə insanın gilyotin vasitəsilə edamını həyata keçirmişdir. Edam edilmiş şəxslərin bədəni əsasən Mariya Antuanettanın Tüliri sarayının birinci mərtəbəsində yerləşən otaqları qarşısında asılsa da, həm də XVI Lüdovikin otaqlarından görünürdü.[12] İcraçı komitə gündə iki dəfə toplanırdı, edamlar isə saray qarşısındakı bağda həyata keçirilirdi.[13] Binanın komitə tərəfindən istifadə olunması aşağıdakı şəkildə təsvir olunur:
İctimai Təhlükəsizlik Komitəsi Tüliri sarayının çay kənarında yerləşən hissəsindəki Flora pavilyonunda yerləşmişdi...Bu komtə ilə işi olan hər kəs, binanın qaranlıq, hər iki tərəfdən yalnız bir lampa ilə işıqlandırılmış dəhlizlərindən keçməyə məcbur idi. Komitə üzvlərinin yaşıl dairəvi masa ətrafında oturduğu otaq saatlar, bürünclər, güzgülər və qobelenləri ilə dağılmış ölkəylə tərs mütənnasiblik təşkil edirdi. Con Morli[13]
|
Birinci imperiya
redaktəFransa imperatoru I Napoleonun taxta hazırlanması zamanı Roma Papası VII Piy Flora pavilyonunda yaşamışdır.[14] Burada yaşadığı zaman Papa müxtəlif dövlət xadimləri, dini liderlər və təşkilat rəhbərlərini qəbul etmişdir. Bundan başqa İmperator Napoleonun tacqoyması şərəfinə təntənəli yürüş də Flora pavilyonundan başlamışdır.[15]
İkinci imperiya
redaktəIII Napoleonun hakimiyyəti dövründə pavilyon ciddi struktur dəyişikliklərinə məruz qalmış, 1861-ci ildə imperator, memar Hektor Lefuelin rəhbərliyi altında pavilyonun tamamilə sökülərək yenidən qurulmasına icazə vermişdir.[1][16] 1864-1868-ci illərə həyata keçirilən yenidənqurma işləri zamanı binaya III Napoleon stilinə uyğun heykəl və qabartmalar əlavə edilmişdir.[14][17] Bundan başqa III Napoleon, Jan-Batist Karpoya çiçəklər və baharı təmsil edən Roma ilahəsi Floraya həsr olunmuş heykəl yaradılmasını sifariş edir.[18]
1871-ci ildə Tüliri sarayı Paris kommunası tərəfindən dağıdılana kimi Flora pavilyonu Luvr sarayı və Tüliri sarayını birləşdirən künc binası olmuşdur.[19] 26 mart 1871-ci ildən 28 may 1871-ci ilə kimi ölkəni idarə edən on iki üzvdən ibarət Paris kommunası tərəfindən 23 may 1871-ci ildə törədilmiş yanğın Tüliri sarayına böyüz ziyan vurmuşdur.[20][21]
Üçüncü respublika və sonrakı dövr
redaktə1882-ci ildə Tüliri sarayının xarabalıqları Üçüncü respublika tərəfindən sökülmüşdür. Flora və Marsan pavilyonları Tüliri sarayının dövrümüzə çatmış yeganə hissələridir.
Tüliri sarayının dağıdılması Luvr sarayı ilə Zəfər tağı arasında estetik əlaqəni pozmuşdur və indi iki tikili eyni ox üzərində yerləşmir.[22] Tüliri sarayı Luvr sarayının, Konkord meydanı, Yelisey çölləri, Zəfər tağı və Böyük Defans tağı da daxil olmaqla yeddi kilometr uzanan tarixi oxdan (fr. Axe historique, həm də Zəfər yolu (fr. Voie Triomphale) adlandırılır) bir qədər (6.33°) kənara çıxamasını nəzərəçarpmaz edirdi.[22]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Palais du Louvre". International Database and Gallery of Structures (French). structurae.de. 2011-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2018.
- ↑ 1 2 Wilhelm Lübke. Outlines of the History of Art. Dodd,Mead, and company. 1904. səh. 337. 2014-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
- ↑ Bautier 1995, pp. 129, 224; Aulanier 1971, pp. 85–86, Fig. 61.
- ↑ Aulanier 1971, pp. 91–93.
- ↑ Aulanier 1971, p. 8.
- ↑ Ballon 1991, p. 36.
- ↑ Ballon 1991, pp. 39–44.
- ↑ Daniel Coit Gilman; Harry Thurston Peck; Frank Moore Colby. The New International Encyclopaedia. Dodd, Mead and company. səh. 622. 2012-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
- ↑ Aulanier 1971, pp. 19–20.
- ↑ Hardy, B. C. (Blanche Christabel), The Princesse de Lamballe; a biography, 1908, Project Gutenberg
- ↑ Eugène Hatin. Histoire politique et littéraire de la presse en France avec une introduction historique sur les origines du journal et de la bibliographie générale des jounaux depuis leur origine, Tome sixième (fransız). 9, rue des Beaux-Arts, Paris: Poulet-Malassis et de Broise libraires-éditeurs. 1860. səh. 151.
- ↑ 1 2 Francis Miltoun. Royal Palaces and Parks of France. L.C. Page & Co. 1910. 114, 115. 2015-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
- ↑ 1 2 3 John Morley. Critical Miscellanies. Macmillan. 1908. səh. 67. 2012-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
- ↑ 1 2 Augustus John Cuthbert Hare. Paris. G.Allen. 1887. səh. 20. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
- ↑ Claude-François Méneval; Robert Harborough Sherard. Memoirs Illustrating the History of Napoléon I from 1802 to 1815. D. Appleton and Company. 1894. səh. 329. 2012-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
- ↑ Christ 1949, p. 107.
- ↑ Philip Gilbert Hamerton. Paris in old and present times. 1885. səh. 38. 2019-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
- ↑ "Official Site of the Louvre" (French). The Louvre. səh. 1. 2011-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-19.
...de la face sud du pavillon de Flore reconstruit par Lefuel en 1863 - 1865. Le thème évoque le nom du pavillon...
- ↑ Hugh Chisholm. The Encyclopædia Britannica: A Dictionary of Arts, Sciences, Literature and General Information. University press. 1911. səh. 808. 2017-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
- ↑ Christ 1949, p. 129.
- ↑ Francis W. Halsey. Seeing Europe with Famous Authors: Volume III - France & the Netherlands - page 19. New York, London: Funk & Wagnalls. 1914.
- ↑ 1 2 "Les Tuileries: Rétablir deux grandes perspectives". Pourquoi Reconstruire? (fransız). Comité National pour la reconstruction des Tuileries. 2008-01-11 tarixində orijinalından arxivləşdirilib.
Ədəbiyyat
redaktə- Aulanier, Christiane (1971). Histoire du Palais et du Musée du Louvre: Le Pavillon de Flore. Paris: Éditions des Musées nationaux.
- Ballon, Hilary (1991). The Paris of Henri IV: Architecture and Urbanism. Cambridge, Massachusetts: The MIT Press. ISBN 9780262023092.
- Bautier, Genevieve Bresc (1995). The Louvre: An Architectural History. New York: The Vendome Press. ISBN 9780865659636.
- Christ, Yvan (1949). Le Louvre et les Tuileries : histoire architecturale d'un double palais. Paris: Éditions Tel.