Foqarti Kateteri - Wikipedia
Foqarti kateteri (ing. Fogrty-Katheter) Amerika cərrahı Tomas J. Foqartinin adı ilə adlandırılmış, 75 sm uzunluğunda, uc hissəsində daxilinə maye (Heparinli 0,9%-li NaCl məhlulu) yeritmək üçün qovucuq olan, arteriya damarlarından tromb kütləsini xaric etmək üçün tətbiq edilən elastik və plastik boru ya kateterdir. Kateter damar və ürək cərrahiyyəsində, xüsusən də magistral damarların trombozunda geniş tətbiqini tapmışdır. Tromb kütləsi ilə tutulmuş damar proksimal hissədən yarılaraq daxilinə Foqarti kateteri yeridilir. Kateterin ucu tromb kütləsini dələrək distal istiqamətdə yeridildikdən sonra , onun ucundakı qovucuğa müvafiq miqdarda Heparinli 0,9%-li NaCl məhlulu yeridilərək şişirdilir. Bundan sonra kateter geri çəkilərək yarılmış damar mənfəzindən kənar edilir. Nəticədə qovucuq tromb kütləsini önünə alıb kürəyərək damar kəsiyindən xaric etmiş olur.
Həmçinin bax
redaktəMənbələr
redaktə- Ellis H. The Fogarty catheter. J Perioper Pract. 2006 Jun;16(6):303. PMID 16821704