Francesko Melzi - Wikipedia
Françesko Melzi (it. Francesco de Melzi; ən tezi 1491 və ən geci 1492[1], Milan[1] – təq. 1570[1]) — italyan rəssam və Leonardo da Vinçinin şagirdləri arasında yaxınlığı ilə seçilən, köməkçisi və varisi kimi tanınan incəsənət xadimidir.[2] Melzi zəngin Milan ailəsindən gəldiyi üçün usta rəssam Leonardo ilə birlikdə İtaliyanın tanınmış dairələrində hərəkət edirdi.[3]
Françesko Melzi | |
---|---|
Doğum tarixi | ən tezi 1491 və ən geci 1492[1] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 1570[1] |
Fəaliyyəti | rəssam |
Janr | portret |
Stil | Yüksək İntibah |
Vikianbarda əlaqəli mediafayllar |
Françesko Melzi, Leonardonun fikirlərini, tədqiqatlarını və sənət yaradıcılığını yaymaqla onun irsini qorumağa çalışmışdır və Leonardo da Vinçi kimi bir dahinin ölməzliyinə xidmət etmişdir.[4]
Həyatı
redaktəFrançeskonun atası mühəndis və XII Lüdovikin ordusunda kapitan idi. Melzi gənc yaşlarında Leonardo da Vinçinin yanında işləməyə başlamış və onun sadiq tələbəsi olmuşdur. Leonardo, Melzini yalnız şagird olaraq deyil, həm də şəxsi katib və köməkçi kimi görürdü.[5] Melzi rəssamın yaradıcılıq proseslərini yaxından izləyib öyrənmiş və onun ən mühüm əsərlərinin hazırlanmasında, o cümlədən texniki təcrübələrində iştirak etmişdir.
Yaradıcılığı
redaktəMelzinin yaradıcılığı, demək olar ki, tamamilə Leonardoya olan bağlılığı ilə məhdudlaşır. O, Leonardonun tərzini və texnikasını mənimsəsə də, öz əsərləri ilə böyük şöhrət qazana bilməmişdir.[6] Səbəbi isə onun öz yaradıcılığına fokuslanmaqdan daha çox Leonardonun əsərlərinə diqqət yetirməsi ilə əlaqədardır. Bu miras onun ölümündən sonra Leonardonun işlərinin qorunmasına və yayılmasına böyük təsir göstərdi.
Leonardonun varisi məşhur olaraq İtaliyaya qayıtdıqdan sonra və hersoq Alfonso d'Este sarayına dəvət aldı. Zəngin bir insan olan Melzi çox rəsm çəkmirdi. Leonardonun işi ilə çox az əlaqəsi olan və daha çox Rafaelin Roma məktəbini xatırladan "Tutuquşu ilə gəncin portreti" adlı əsərin müəllifliyi mübahisəli hesab olunur.
Leonardonun varisi və onun əsərlərinin qoruyucusu
redaktəLeonardo 1519-cu ildə vəfat etdikdə öz əlyazmalarını, elmi araşdırmalarını və qeydlərini Melziyə miras qoymuşdur. Melzi, Leonardonun "Codex Atlanticus" kimi əlyazmalarını qorumuş və onları sonradan bərpa üçün təşkil etmişdir.[7] Onun bu səyləri Leonardonun elmi və bədii irsinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadı.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
- ↑ Calder, Ritchie. Leonardo and the Age of the Eye. New York: Simon and Schuster. 1970. səh. 275.
- ↑ Nardini, Bruno. Vita di Leonardo [Life of Leonardo] → [Leonardo: Portrait of a master] (e‑book) (italyan). Giunti Editore. 2010-07-20. ISBN 9788809753112 – Google Books vasitəsilə.
- ↑ Wilcox, Marrion. "Francesco Melzi, disciple of Leonardo". Art & Life. 11 (6). 1919: 294–299. doi:10.2307/20543107. JSTOR 20543107.
- ↑ McCurdy, Edward. The Mind of Leonardo da Vinci. New York, NY: Dodd, Mead & Company. 1928. 105 – Internet Archive vasitəsilə.
- ↑ "search: Francesco Melzi". Oxford Art Online (oxfordartonline.com).
- ↑ Vasari, Giorgio. Lives of the Artists. Oxford World's Classics. səh. 292.
Xarici keçidlər
redaktə- "Flora by Francesco Melzi". Saint Petersburg, Russia: Hermitage Museum. 2005-04-04 tarixində orijinalından arxivləşdirilib.
- "Pomona and Vertumnus" (description). 2005-04-08 tarixində orijinalından arxivləşdirilib.
- Painters of reality: the legacy of Leonardo and Caravaggio in Lombardy (exhibition catalog). New York: Metropolitan Museum of Art. contains material on Melzi (see index) (fully available online as PDF).