Frans Ferdinand - Wikipedia
Frans Ferdinand Karl Lyüdviq İosif fon Habsburq — Estenin böyük hersoqu (ershersoq) (alm. Franz Ferdinand von Österreich-Este; 18 dekabr 1863-cü il, Avstriya imperiyası, Qrats-28 iyun 1914-cü il, Avstriya-Macarıstan, Sarayevo)- Avstriyanın böyük hersoqu, 1896-cı ildən Avstriya taxt-tacının vəliəhdi. Süvari generalı (1899). Danila İliç tərəfindən koordinatlandırılan 6 nəfərlik terror qrupunun üzvü (beşi serb, biri bosniyalı), serb millətçisi Qavrilo Prinsip tərəfindən öldürülmüşdür. Frans Ferdinandın ölümü formal olaraq Birinci Dünya müharibəsinin başlanmasına bəhanə olmuşdur.
Frans Ferdinand | |
---|---|
Franz Ferdinand | |
Ershersoq | |
18 may 1896 – 28 iyun 1914 | |
Əvvəlki | Karl Lüdviq |
Sonrakı | I Karl |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 dekabr 1863[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 iyun 1914[1][2][…] (50 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | siyasətçi |
Dini | Roma-Katolik kilsəsi |
Rütbəsi | tam süvari generalı[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[5] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBöyük hersoq Karl Lyudviqin (1833-1896) böyük oğlu—imperator İosifinin və hər iki Siciliyanın şahzadəsi Mariya Annunsiatin (1843-1871) qardaşı. O, 1875-ci ildə Modensk hersoqu, Habsburqlar sülaləsinin digər qolunun nümayəndəsi V Françeskodan Este adını və külli miqdarda miras əldə etdi. 1896-cı ildə, atasının ölümündən sonra Avstriya-Macarıstan taxt-tacının vəliəhdi oldu. Lakin faktiki olaraq onu taxt-taca 1889-cu ildən, dayısı Frans İosifin yeganə oğlu, tac şahzadəsi Rudolfun intiharindan sonra hazirlamağa başlamışdilar.
Frans Ferdinand 1893-cü ildə hərbi təhsil aldıqdan sonra böyük dünya səyahətinə çıxır, Avstraliyada “Kayzerin Yelizaveta” kreyserini ziyarət etdikdən sonra Yeni Zelandiya, Solomon adaları, Yeni Qvineya, Tailand və Yaponiyanı dolaşır. Kanadadan keçərək Avropaya qayıdır. 1895-1896-cı illərdə o,Vyanada özünün dünya səyahətini təsvir edən “Tagebuch meiner Reise um die Erde” adlı səyahətnaməsini nəşr etdirir. Frans Ferdinand 1896-cı ildə imperator ordusunun ali baş komandanının müavini təyin edilir. Zaman-zaman imperator onu diplomatik nümayəndə qismində müəyyən məsələlərlə bağlı xarici ölkələrə səfərə göndərir. Frans Ferdinand ətrafına qraf Çernin,feldmarşal Konrad fon Qetsendorf və başqa məsləhətçiləri toplayaraq Belveder sarayındakı iqamətgahında özünün xüsusi “dəftərxana”sını yaradır.
1900-cü ildə o, morqanatik nikahla Praqa qəsrində keçirilən balda tanış olduğu çex qrafinyası Sofiya Xoteklə (1868-1914) evlənir. Sofiya Xotek Hohenberq knyaginyası(knyaz arvadı) titulunu alır. Nigahdan öncə Frans Ferdinand imperatorun razılığıyla gələcək uşaqlarının xatirinə taxt-taca varislik hüququndan təntənəli surətdə imtina etməli idi. Buna uyğun qanun layihəsi Avstriya parlamentində kifayət qədər sakit bir şəkildə qəbul edilmişdir. Macar reyxstaqında müxalifət israr edirdi ki macar qanunlarında morqanatik nikah olmadığı üçün Frans Ferdinandın nikahı tamamilə qanuni sayılmalıdır. Baş nazir Kalman Sell qanun layihəsini müdafiə edirdi və beləliklə qızğın müzakirələrdən sonra qanun qəbul edildi.
Frans Ferdinandın ailəsi Avstriyadakı Hohenberq qəsrində və Çexiyadakı Konopişt qəsrində yaşayırdılar. Onların Sofiya adlı bir qızları, Maksimilyan və Ernest adlı iki oğlu vardı.Onlar Este soyadı və Hohenberq knyazları titullarını daşıyırdılar.1938-ci ildə Maksimilyan və Ernest Hohenberqlər Hitlerin əmri ilə Avstriya sarayının doğmaları və Avstriya anşlussunun əleyhdarları kimi həbs olunaraq Dahaudakı əsir düşərgəsinə göndərildilər. Maksimilyan 6 aydan sonra azad olundu, Ernest ise başqa düşərgəyə göndərildi. O, 1943-cü ildə azad olundu.
Siyasi fəaliyyəti
redaktəFrans Ferdinand, onu dövlət işləri ilə bağlı məsələlərin həllində yaxına buraxmayan imperatora tərəfdar deyildi. O, öz ətrafına müxtəlif millətlərdən olan gənc siyasətçiləri toplayaraq həmfikirləri ilə birlikdə imperiyanın islahatlar planını hazirlamaqla məşğul idi.
Frans Ferdinand katolik kilsəsinin və klerikalizmin dominantlığının tərəfdarı idi, bununla bərabər imperiyanın milli vilayətlərə münasibətində liberal mövqedə dayanırdı.
1901-ci ildə o “katolik məktəbləri birliyi”nı öz himayəsi altına götürdü. 1902-ci ildə imperatorun təmsilçisi kimi Londona,VII Eduardın tacqoyma mərasiminə getdi. 1902-ci ilin fevralında ona Rus imperatorunun süvari qoşununun generalı rütbəsini verən II Nikolaya təşəkkür etmək üçün Sankt-Peterburqa rəsmi səfər etdi. 1913-cü ildə Frans Ferdinand imperiyanın silahlı qüvvələrinin baş müfəttişi təyin edildi.[6]
Trializm ideyası
redaktəFrans Ferdinand siyasətdə qəti realist idi. 1906-cı ildə o, Avstriya-Macarıstanın yenidən qurulması planını tərtib etmişdi. Bu planın həyata keçməsi Habsburqlar imperiyasının ömrünü uzatmaqla yanaşı milli münaqişələrin də azalmasına səbəb ola bilərdi. Plan böyük hersoqun özü tərıfindən və bu ideyaları öz kitabinda şərh edən avstro-rumınya siyasətçisi və hüquqşünası Aurel Popoviç tərəfindən tərtib edilmişdir. Həmin plana əsasən imperiya Böyük Avstriya Birləşmiş Ştatlarına —üçlü dövlətə (və ya Avstriya-Macarıstan-Slaviya) çevrilməli, imperiya daxilində yaşayan 12 iri xalqa (Transilvaniya, Banata və Praqa, Budapeşt, Lvov kimi iri şəhərlərdəki alman etnik anklavlarına üstünlük verməklə)—çex Bohaması, Slovakiya torpaqları, Qərbi Qalitsiya, Şərqi Qalitsiya, Macarıstan, Sekel torpaqları, Transilvaniya, İtaliya Trentosu, İtaliya Triyesti, Sloveniya Kraynası, Xorvatiya və serb Voevodinasına muxtariyyət verilməli idi. İkili imperiyadan” üçlü” imperiyaya çevrilməklə həm Habsburqlar, həm də slavyan xalqları qazanacaqdı. Çexlər arzuladıqları muxtariyyəti əldə edəcək, beləliklə Habsburqlar hakimiyyətini devirmək ideyalarından əl çəkəcəkdilər.
Trializmin başlıca və qəddar əleyhdarları macar elitası idi. 1867-ci ildə Macarıstan Habsburqlarla olan razılığa əsasən imperiya ərazisinin ½ hissəsində hakimiyyət əldə etmişdi, lakin Popoviçin planına görə Xorvatiya, Slovakiya, Karpatyanı Rusiya, Transilvaniya və Voevodina üzərində nəzarəti itirə bilərdi. Frans Ferdinandın əsas siyasi rəqibi olan Macarıstanın baş naziri qraf İştvan Tisa açıqdan-açığa ona qarşı çıxırdı:"Əgər varis öz planını həyata keçirtmək fikrinə düşsə, mən macarları ona qarşı qaldıraram və onu yer üzündən silərəm".
Frans Ferdinand rusları, daha çox da serbləri sevmirdi, lakin o, şiddətlə müharibə tərəfdarı olan Avstriya-Macarıstan ordusunun Baş qərargah rəisi Frans Konrad fon Hötsendorfun əksinə olaraq Serbiya ilə müharibənin qəti əleyhinə idi. Bu müharibə Rusiya ilə toqquşmaya gətirib çıxara bilərdi.
Ölümü
redaktə28 iyun 1914-cü ildə Frans Ferdinand general Oskar Potiorekin dəvəti ilə Sarayevoya gəldi. Böyük hersoq Sarayevoya serblərin Kosova çölündəki məğlubiyyətinin ildönümü münasibətilə gəlmişdi. “Gənc Bosniya” təşkilatı Ferdinandı öldürməyi qərarlaşdırmışdı. Qətlin təşkili 6 nəfərdən ibarət sui-qəsdçi dəstəyə tapşırılmışdı. Onların hamısı Bosniyada doğulmuş, əslən Avstriya-Macarıstandan olan, pravoslav dininə mənsub gənc serblər idi.
Səhər saat 10 radələrində cütlük qatarla Sarayevoya çatdı. Saat 10:10-da altı maşından ibarət kortej (böyük hersoq və qrafinya Xotek ikinci maşında Patioreklə birlikdə gedirdilər) camaatı salamlayaraq mərkəzi polis şöbəsinin yanından keçdilər. Böyük hersoqun olduğu maşın Milyaçka çayı sahilinə yaxınlaşan zaman sui-qəsdçilərdən Nedelko Çabrinoviç kortejə qumbara tulladı, lakin hədəf yan keçdi. Çıxan qəlpələrdən üçüncü maşının sürücüsü həlak oldu, onun sərnişinləri, həmçinin polis və kücədən keçən adamlar yaralandı. Çabrinoviç özü ilə götürdüyü zəhəri içdi, lakin ürəyi bulanaraq qusdu. O, çaya tullandı, lakin ələ keçirildi və vəhşicəsinə döyülərək avstriyalılara təhvil verildi. Digər sui-qəsdçilər maşının qabağını kəsən adamlara görə heç bir şey ede bilmədilər. Sanki sui-qəsd planı alt-üst olmuşdu.
Frans Ferdinand şəhər bələdiyyəsinə gəldi. Avtomobillər Prinsipin yanından ötüb kecirdilər. Ancaq o, ya partlayış səsindən, ya da maşınların sürətlə ötüb keçməsindən işin bitmiş olduğunu düşündü, nə bombadan, nə də tapançadan istifadə etmədi. Bələdiyyədə heç kim sui-qəsd haqqında heç nə bilmirdi. Müsəlman bələdiyyə başçısı salamlama nitqi söyləyən zaman birdən böyük hersoq onun sözünü kəsdi: “Bəsdir səfehlədiniz! Biz bura qonaq kimi gəlmişik, amma bizi bomba ilə qarşılayırlar! “ Baron Morse Potiorekə təklif etdi ki camaatı küçədən qovsun, böyük hersoqun xəstəxanaya gedməsi üçün yolun təhlükəsizliyi təmin edilsin. Potiorek cavabında dedi: “Siz düşünürsüz Sarayevo qatillərlə doludur? “ Frans Ferdinand sui-qəsd zamanı yaralananları ziyarət etmək üçün xəstəxanaya getmək istəyirdi. Sofiya təkidlə onunla getmək istədi. Potiorek sürücüyə istiqaməti dəyişmək üçün xəbərdarlıq etməyi unutdu. Yalnız sürücü tini dönən anda Potiorek səhvini anladı və sürücünün çiynindən tutaraq qışqırdı: “ Dayan! Hara gedirsen? Sahilə doğru!”… Sürücü dərhal əyləcə basdı və səkiyə dırmaşaraq dayandı, asta-asta maşını geriyə döndərməyə başladı. Qəribə təsadüfdən Qavrilo Prinsip orada idi. O dərhal silahını çıxararaq Sofiyanın qarnına atəş açdı, Frans Ferdinand çevrildikdə onun boynuna da atəş açdı. Çabrinoviç kimi Prinsip də özünü zəhərləmək istədi, lakin bacarmadı. Onu da tutub o qədər vəhşicəsinə döydülər ki həbsxanada onun qolunu amputasiya etmək məcburiyyətində qaldılar. Başqa bir versiyaya görə istiqamət dəyişilməmişdi, birinci maşının sürücüsü isə sui-qəsdçilərə kömək etmişdi.[7]
Sofiya bir neçə saniyədən sonra keçindi, Frans Ferdinand isə yaralandıqdan sonra 10 dəqiqə yaşadı.
Frans Ferdinandın serb millətçiləri tərəfindən öldürülməsi Avstriya-Macarıstana Serbiyaya ultimatum verməsi üçün bəhanə oldu. Rusiya Serbiyanı müdafiə edirdi, bu isə Birinci Dünya müharibəsinin başlanğıcı oldu.[8]
Frans Ferdinandın uşaqları morqanatik nikahdan olduğu üçün yeni vəliəhd Frans Ferdinandın qardaşı oğlu 27 yaşlı böyük hersoq Karl oldu. 1916-cı ildə o, Avstriya-Macarıstanın axırıncı imperatoru oldu.
Xatirəsi
redaktə- 1917-ci ildə Avstriya-Macarıstanda böyük hersoq Frans Ferdinand və knyaginya Sofiyanın xatirəsinə poçt markası buraxıldı. Oradan gələn gəlir Sarayevoda “ qan üzərində məbəd” tikintisi üçün sərf olundu.
- 2001-ci ildə Marşal adaları poçt xidməti üzərində böyük hersoq Frans Ferdinandın və knyaginya Sofiyanın rəsmi olan 60 sentlik poçt markası buraxdı.
- 2001-ci ildə Franz Ferdinand adlı rok musiqi qrupu yaradıldı.
- 2014-cü ildə dünyanın bir çox ölkələri Birinci Dünya müharibəsinə həsr olunmuş, bəzilərinin üzərində Böyük hersoq və Knyaginyanın səkli olan poçt markaları buraxdılar.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 others F. B. a. Franz Ferdinand, archduke of Austria-Este // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Lundy D. R. Maximilian Prinz von Baden // The Peerage (ing.).
- ↑ 1 2 Франц Фердинанд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Regional Database of the Central Bohemian Research Library in Kladno.
- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Вулманс С. Первая мировая. Убийство, развязавшее войну. — М., 2014. — С.136-137.
- ↑ Это был полуавтоматический пистолет «Browning-M-1910», калибра 7,65×17 mm.
- ↑ Правда, по одной из сербских версий, Принцип метил не в Софию, а в Потиорека.