Fransisko Rodriges - Wikipedia
Fransisko Rodriges (15 iyun 1984, Quadalaxara – 22 noyabr 2009) — Meksikalı yarıyüngül çəkili boksçu.
Fransisko Rodriges | |
---|---|
(ing. Francisco Rodriguez) | |
Ümumi məlumatlar | |
Ləqəbi | Pako (Paco) |
Çəkisi | yarıyüngül çəki |
Boyu | 170 |
Qol açılışı | 174 |
Doğum tarixi | 15 iyun 1984 |
Doğum yeri | |
Vəfat tarixi | 22 noyabr 2009 (25 yaşında) |
Dəfn yeri | |
Stili | ortodoks |
Duruşu | solaxay |
Nəticələri | |
Döyüş | 17 |
• İlk | yanvar 2005 |
• Son | noyabr 2009 |
Qələbə | 14 |
Nokautla | 8 |
Məğlubiyyət | 3 |
Heç-heçə | 0 |
Natamam | 0 |
Həvəskar karyera
redaktəPako ləqəbli idmançı 1984-cü ildə Meksikada dünyaya gəlmişdi, həvəskar karyerası müddətində 5 dəfə Çikaqoda keçirilmiş Qızıl Əlcək yaşının və həmçinin 2001-ci ildə keçirilmiş Beynəlxalq Qızıl Əlcək çempionatının qalibi olmuşdur.
Peşəkar karyera
redaktəPeşəkar karyerasında ilk döyüşün 2005-ci ilin yanvarında keçirtmişdir. Ümumilikdə keçirdiyi 17 döyüşün cəmi 3-də rinqi məğlub tərk etmişdir.
Ölümü
redaktəRodriges 2009-cu ilin noyabr ayının 20-də məğlubedilməz kimi tanınan amerikalı boksçu Teon Kennedi ilə keçirdiyi döyüşün 10-cu raundunda özünü piss hiss edərək yerə yıxılmış və təcili yardım ilə xəstəxanaya çatdırılan boksçunu həyatda cəmi iki gün saxlamaq ümümkün olmuşdur, həkimlərin səyinə baxmayaraq noyabırın 22-də Fransisko Rodriges gözlərinin əbədi olaraq yumdu.
Miras, Yeni Həyat
redaktəRodrigesin ölümündən sonra onun daxili orqanları ailəsinin razılığı ilə tranplantasiya edilərək (hər iki böyrəkləri, mədəaltı vəzisi, ağciyəri və ürəyi) orqan çatışmazlığından əziyyət çəkən xəstələrə köçürüldü. Onun ailəsi hər ad günündə orqanları köçürülmüş insanları bir yerə toplayaraq Rodrigesin qəbri üzərinə gedib onun məzarda olmasına baxmayaraq orqanları yaşadığına görə təsəlli tapırlar. Həqiqətəndə Pako onlar üçün fədarak qəhrəmandır.