Frederik Duqlas - Wikipedia
Frederik Duqlas (ing. Frederick Douglass; 14 fevral 1818[4][5][…], Talbot bölgəsi[d], Merilend[6] – 20 fevral 1895[7][8][…], Vaşinqton[2][6][…]) – Amerikalı abolisionist.
Frederik Duqlas | |
---|---|
ing. Frederick Douglass | |
Doğum tarixi | |
Doğum yeri | Talbot, Merilend |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Vaşinqton |
Vəfat səbəbi | ürək tutması[3][2][…] |
Uşaqları | 5[1] |
Milliyyəti | Amerikalı |
Fəaliyyəti | jurnalist, diplomat, yazıçı, avtobioqraf[d], iş adamı, redaktor[d], sufrajist, orator, montajçı[d], siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktəFrederik Duqlas mülkədar ailəsində dünyaya gəlmişdi. Duqlasın anası zənci qul, atası isə ağdərili mülkədar idi. Duqlas nikahdan kənar dünyaya gəlmişdi, bu səbəbdən o, geniş hüquqlara malik deyildi. Duqlas 1838-ci ildə yaşadığı evi tərk edir və quldarlığa qarşı mübarizəyə başlayır. 1845-ci ildə həyatı haqqında kitab yazmışdır. Frederik Duqlas sonrakı fəaliyyətini Nyu-York ştatında davam etdirmişdir. O, burada Şimal ulduzu adlı qazetin çap edilməsinə rəhbərlik etmişdir. Qazet quldarlıq quruluşunu sərt şəkildə tənqid edirdi. Duqlas dəfələrlə xarici ölkələrə səfər etmiş və burada təşkil olunan tədbirlərdə çıxış etmişdir. Frederik Duqlasın mübarizəsində Ku Kluks Klana qarşı olan dövr mühüm yer tutur. Ku Kluks Klanın əsas fəaliyyəti zənciləri qorxutmaqdan ibarət idi.
Müxtəlif növ qeyimlərdən istifadə edərək geçə yarısı zəncilərin yaşadığı ərazilərdə görünən klan üzvlərinin hərəkətləri Duqlas tərəfindən sərt formada tənqid edilmişdir. ABŞ Vətəndaş müharibəsi zamanı Frederik Duqlas Şimal ordusuna qatılmışdır. Duqlas müharibə dövründə öz çıxışları zamanı daim zənciləri Amerika Konfederativ Ştatlarına qarşı mübarizə aparmağa səsləmişdir. 1865-ci ildən Frederik Duqlas müxtəlif dövlət idarələrində fəaliyyət göstərmişdir. 1889–1891-ci illərdə Duqlas Amerika Birləşmiş Ştatlarının Haitidə baş konsulu olmuşdur. Frederik Duqlas ABŞ tarixinə ilk zənci vitse prezident namizədi olaraq düşmüşdür. Müharibədən sonra keçirilən prezident seçkiləri zamanı ABŞ-də fəaliyyət göstərən Bərabər Hüquq Partiyası tərəfindən prezidentin köməkçisi (vitse prezident) olaraq namizdəliyi irəli sürülmüşdür.
İstinadlar
redaktə- ↑ https://ourbondageourfreedom.llc.ed.ac.uk/.
- ↑ 1 2 3 4 The Political Graveyard. 1996.
- ↑ African American Authors, 1745-1945 (ing.): A Bio-Bibliographical Critical Sourcebook. / E. S. Nelson Westport: Greenwood Press, 2000. P. 113. 525 p. ISBN 0-313-30910-8
- ↑ Almaniya Milli Kitabxanası. 1912.
- ↑ CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
- ↑ 1 2 Archives of Maryland Biographical Series (ing.).
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Frederick Douglass // Internet Philosophy Ontology project (ing.).