Fridrix Fon Hayek - Wikipedia
Fridrix fon Hayek (ing. Friedrich August von Hayek; 8 may 1899[2][3][…], Vyana, Avstriya-Macarıstan[6] – 23 mart 1992[2][4][…], Frayburq-im-Braysqau[7][8]) — Avstriya iqtisad məktəbinin yetirməsi olan iqtisadçı və siyasətçi. Bazar iqtisadiyyatını XX əsrin ortalarından etibarən yüksələn sosialist hərəkatına qarşı müdafiə etməklə məşhurlaşmışdır. Eyni zamanda hüquq və epistemologiyaya da önəmli xidmətləri olmuşdur. 1974-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını zidd düşüncəyə sahib olduğu Qunnar Myurdalla bölüşdü.
Fridrix fon Hayek | |
---|---|
alm. Friedrich August Hayek | |
Doğum tarixi | 8 may 1899[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart 1992[2][4][…] (92 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | iqtisadiyyat[1], fəlsəfə, siyasi fəlsəfə, liberalizm[1], Sosial fəlsəfə[1], koqnitiv elm[1] |
Elmi dərəcələri |
|
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbərləri | Lüdviq fon Mizes, Fridrix fon Vizer |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTəbiət üzrə elm xadimlərinin çoxluq təşkil etdiyi bir ailədə böyüməsinə baxmayaraq topçu zabiti olaraq iştirak etdiyi Birinci Dünya Müharibəsindən sonra sosial elmlərə istiqamətlənmişdir. Vyana Universitetində 1921-ci ildə hüquq, 1923-cü ildə isə siyasi elm üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. 1924-cü ildə ABŞ-dən geri döndükdən sonra sosializmə meyllənərkən Ludviq fon Misesin kitabından təsirlənmiş və düşüncəsini dəyişdirmişdir. Bundan sonra liberal fəlsəfəni iqtisadiyyat, siyasət və başqa sahələrdə uğurla müdafiə etmişdir.
Hayek bazar iqtisadiyyatının fəlsəfi müdafiəçilərindəndi. Avstriya iqtisadiyyat məktəbinin XX əsrdəki ən önəmli yetirmələrindəndir. Mərkəzləşdirilmiş planlamanın insanların azadlıqlarını və tələblərini məhdudlaşdıracağı düşüncəsini vurğulamış, plüralizm və iqtisadi subyektivizmi müdafiə etmişdir.
Hayekin fikrincə iqtisadi qərar vermə haqqı şəxsiyyətlərdən, onların dəyərlərindən, məqsədlərindən azad deyildir və qərar vermə haqları informasiyaya sahib olan şəxsiyyətlərdə olmalıdır. Rəqabətli bir bazarda qiymətlər, insanların fərqli əmtəə və xidmətlərə qoyduqları nisbi dəyərləri müəyyənləşdirməkdə, şəxsiyyətlər də bunlara baxıb istək və ehtiyaclarını ən yaxşı şəkildə necə qarşılayacaqlarına və hətta o istək və ehtiyacların nələr olduğuna qərar verməkdədirlər.
Hayek iqtisadiyyatdan başqa informasiya, hüquq, siyasət nəzəriyyəsi, elm fəlsəfəsi və idrak psixologiyası kimi sahələrdə də tədqiqatlar aparmışdır.
Əsərləri
redaktə- 1944 — Köləlik yolu.
- 1945 — Bilginin toplumda istifadəsi.
- 1952 — Hissiyat nizamı.
- 1960 — Azadlığın konstitusiyası.
- 1979 — Qanun, qanunvericilik və azadlıq.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 https://link.springer.com/chapter/10.1007/978-1-349-06912-5_8.
- ↑ 1 2 https://fee.org/articles/friedrich-a-hayek-1899-1992/.
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
- ↑ 1 2 Lord and Lady of the media. ABC News, 2012.
- ↑ 1 2 https://link.springer.com/content/pdf/10.1007/s11138-013-0221-0.pdf.
- ↑ 1 2 Friedrich von Hayek Dies at 92; An Early Free-Market Economist (ing.). // The New York Times / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 1992. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X