Furfurol - Wikipedia
Furfurol C5H4O2 (2 –furankarbaldehid, furfural)-aldehiddir, furanın törəməsidir. Təzə çovdar çörəyi və badam iyi verən mayedir.
Furfurol | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₅H₄O₂[1] |
Molyar kütlə | 0 kq[1] |
Fiziki xassələri | |
Sıxlıq | 0,8930 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 161,7 °S |
Qaynama nöqtəsi | -36,5 °S |
Buxarın təzyiqi | 2 ± 1 mm Hg[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 98-01-1 |
PubChem | 7362 |
RTECS | LT7000000 |
ChEBI | 34768 |
ChemSpider | 13863629 |
Alınması
redaktəFurfurol, müxtəlif kənd təsərrüfatı tullantılarının(qarğıdalı özəyinin, kəpəyin , latınca furfur-kəpək, samanın) sulfat turşusu ilə qaynadılması zamanı alınan pentozanların turşusunun təsirindən hidrolizə uğrmasından alınır. Reaksiya zamanı furfurol su buxarı ilə birlikdə ayrılır.
Fiziki xassələri
redaktəFurfurol – yüksək dərəcədə qaynayan sarı mayedir. Əksər polyar orqanik həlledicilərdə yaxşı, suda və alkanlarda az həll olur.
Kimyəvi xassələri
redaktəFurfurolun kimyəvi xassələri aromatik aldehid olan benzaldehidlə oxşardır. Eynən benzaldehid kimi qələvi ilə təsir etməklə Kanisarro reaksiyasına girərək furankarbon turşusunun duzuna və furfurol spirtinə parçalanır.
2C5H4O2 →KOH C4H3COOK + C4H3OCH2OH
Havada furfurol öz-özünə oksidləşir, nəticədə qarışqa turşusu və 2-formilakril turşusu əmələ gəlir. Dils-Alder reaksiyasında dien kimi iştirak edir. Furfurol 2500C-də qızdırıldıqda(bəzən partlayışla) furana və karbon oksidə parçalanır.
Toksikliyi
redaktəFurfurol toksiki maddə olduğuna görə sinir sisteminə təsir etməklə qıcolmaya və iflicə, dəri ilə və qöz qişasıyla təmasda olduqda qıcıqlanmaya səbəb olur. Dəridə müxtəlif ekzemalar və dermatitlər yaradır.
Tətbiqi
redaktəFurfuroldan furan, tetrahidrofuran, tetrahidrofuril spirti, furan qatranları, funqisid dərman maddələrinin (məs., furasilin) alınmasında və neft sənayesində, sintetik rezinlərin istehsalında istifadə olunan dienləri karbohidrogen qarışıqlarından ekstraksiya etmək üçün həlledici kimi istifadə edilir.
Mənbə
redaktə- Azərbaycan Sovet Ensiklopediyası. 1987 il, X hissə. səh.12
- Краткая химическая энциклопедия, т 5, 1967, с.619
- ↑ 1 2 FURFURAL (ing.).
- ↑ http://www.cdc.gov/niosh/npg/npgd0297.html.