Goredil - Wikipedia
Görədil — Azərbaycan Respublikasının Abşeron rayonunun Görədil kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Abşeron rayonunun Goradil kəndi Fatmayı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Goradil kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Görədil | |
---|---|
40°32′55″ şm. e. 49°49′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 39 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəOykonim ərazidəki eyniadlı dağın adındandır.[3] Əsl adı Horadildir. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, "qala təpəsi" mənasındadır. Bir müşahidəyə görə Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə "goran" sözü monqol-türk dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" edən tərəf deməkdir.
Tarixi
redaktəGörədil kəndi Azərbaycanın ən qədim və Abşeron yarımadasının ən dilbər yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. Qədimdə bu kənd yuxarı, mərkəz və aşağı məhəllədən ibarət olub. Kəndin mərkəzi iqamətgahları (bura kənddə o zaman üçün inşa edilmiş ilk və yeganə ikimərtəbəli ev və o zamankı baqqal dükanları daxildir) yuxarı məhəllə, aşağı məhəllə səhərbəylilər, kəndin orta hissəsi isə şanazarlı adlanırdı.
Coğrafiyası və iqlimi
redaktəKənd Abşeron yarımadasında, Novxanı və Fatmayı bağlarının yaxınlığında, Bakı şəhərindən 25 kilometr aralıda yerləşir. Xəzər dənizi sahilində yerləşən bu kənd bəzən gücü 12 bala çatan xəzri küləkləri ilə üzləşməli olur. Sahil zonasında şaha qalxan dəniz dalğalarının dağıdıcı təsiri və küləyin yaratdığı eol prosesləri ekoloji gərginlik yaradan hallardandır.
Əhalisi
redaktə420 hektar ərazisi olan bu kəndin əhalisi 760 nəfərdir. Onun da 190 nəfərinə yaxını qaçqın və köçkünlər təşkil edirlər.
Lakin 2000-ci illərin əvvəlindən başlayaraq Görədil kəndinə məxsus torpaqlarda sürətlə yeni bağ evləri tikilməyə başlanmışdır ki, bu da öz növbəsində ərazidə olan demoqrafik vəziyyəti dəyişmişdir. Belə ki, xüsusən yay aylarında böyük əksəriyyəti Bakı şəhərindən olmaqla mövsümü olaraq insanların gəlişi müşahidə olunur. Bir çox hallarda isə ərazidə daimi yaşayış məqsədilə evlərin tikintisi ərazidə olan daimi əhalinin artmasına səbəb olur. Başqa sözlə desək Görədil ərazisinin Bakı şəhərinə yaxın yerləşməsi, ekoloji durumun nisbətən yaxşı olması və digər səbəblərdən ərazi sürətlə suburbanizasiya (insanların şəhərlərdən şəhərətrafı yerlərə axını)prosesinə məruz qalır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1631 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini əkinçilik, xalçaçılıq, maldarlıq və balıqçılıq təşkil edir.
Görədil kəndində Quşçuluq ferması, Su idarəsi, Ayaqqabı fabriki fəaliyyət göstərir. Kənddə Dəmir yolu xətti, poçt, telefon rabitə xətti istifadəyə verilib. Bununla yanaşı məktəb, Mədəniyyət evi də əhalinin istifadəsindədir. Regional ərazidə "Sərhədçi" sanatoriyası yerləşir. Yollara asfalt çəkilmişdir. Kənddə müasir tələblərə cavab verən tibb, səhiyyə ocağı, aptek hələ də yoxdur. Kəndin sosial-iqtisadi inkişafını yaxşılaşdırmaq və əhalini işlə təmin etmək üçün Kənd Bələdiyyəsi tərəfindən proqram işlənilir. Ən başlıcası son zamanlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə yanaşı Bakı kəndləri və ətraf qəsəbələrin inkişaf proqramı da hazırlanmışdır. Bu proqrama Görədil kəndi də daxil olmaqla Bakı kəndləri və qəsəbələrinin yeni inkişafı mərhələsinin başlanğıcı olacağına əminlik yaradır. Elə bu baxımdan Abşeron kəndlərinin sosial vəziyyəti yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı proqramı Görədil kəndinin əhalisinin də həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq.
Samur-Dəvəçi kanalının Abşeron yarımadasına qədər çəkilməsi buranın şirin su ilə təmin olunmasına və kanal boyu torpaqların suvarılmasına əlverişli şərait yaratmışdır. 1954-cü ildə Görədildə kanal suyu istifadəyə verilmişdi. Əkinçilik üçün isə bu sudan istifadə edilir. Bəzən bu suya bağlardan çirkab suları da axıdılır. Bu yolla kanalın suyu ciddi infeksiya mənbəyinə çevrilir.
Mədəniyyəti
redaktəGörədil kəndi özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Ərazidəki ən qədim qəbiristanlıq , Əbdülrəhman Məscidi (1320) və "Qardaşlıq abidəsi" müasir dövrümüzə qədər qorunub saxlanılmışdır. Amma Qədim obdan (su quyusu), "Ağa Murad" hamamı, "Cannat" Pir ocağı və bir tarixi bilinməyən Kərbəlayi Həşim Məscidi Sovet hakimiyyəti illərində dağıdılıb.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Görədil // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
redaktə- Youtube:Goradil çimərliyi, 21.09.2008
- Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti
- http://www.belediyye.com/goradil/
Abşeron rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |