Govher Beydullayeva - Wikipedia
Gövhər Kamran qızı Beydullayeva (23 aprel 2003, Əl-Zülfi[d], Ər-Riyad regionu[d]) — azərbaycanlı şahmatçı, ikiqat dünya (20 və 18 yaş qrupunda) və Avropa çempionu (14 yaş qrupunda), qadınlar arasında qrosmeyster (2022).[2]
Gövhər Beydullayeva | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Doğum tarixi | 23 aprel 2003 (21 yaş) |
Doğum yeri |
|
Titulu | Qadınlar arasında beynəlxalq qrosmeyster (2022) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.417 (iyun 2024) |
FİDE nömrəsi | 13413015 |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
redaktəGövhər Beydullayeva 23 aprel 2003-cü ildə Səudiyyə Ərəbistanının Əl-Zülfi şəhərində, həkim-transplantoloq Kamran Beydullayevin ailəsində dünyaya göz açıb. Ailə əslən Azərbaycanın Ağsu şəhərindəndir. 5 yaşınadək Səudiyyə Ərəbistanında yaşayan Gövhər, şahmatın ilk sirlərinə elə bu ölkədə olduğu müddətdə, atasının sayəsində yiyələnib. Bakıya qayıtdıqdan qısa müddət sonra isə kiçik bacısı ilə birgə Həmkarlar İttifaqı Respublika Şahmat və Dama klubuna yazılaraq, əməkdar məşqçi Xanlar Allahverdiyevin qrupunda peşəkar dərslər almağa başlayıb.[3]
Karyerası
redaktəDünya və Avropa çempionatları
redaktəGövhər Beydullayeva müxtəlif yaş kateqoriyalarında Azərbaycanı şahmat üzrə Dünya və Avropa çempionatlarında təmsil etmişdir.
2013-cü ildə 10 yaşadək qızlar arasında sürətli şahmat üzrə Avropa çempionu olub.[4] Həmin ildə blitz üzrə keçirilən Avropa çempionatının gümüş medalını qazanıb.[5]
2014-cü ildə Gürcüstanın Batumi şəhərində keçirilən 12 yaşadək qızlar arasında Avropa çempionatında gümüş medal qazanıb[6].
2015-ci ildə 12 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci dəfə gümüş medal qazanıb.[7]
2017-ci ildə Rumuniyanın Mamaia şəhərində 14 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında bütün rəqiblərini üstələyərək müvafiq yaş qrupunda Avropa çempionu olub.[8]
2021-ci ildə 18 yaşadək qızlar arasında keçirilən Dünya şahmat Kubokunun qalibi olub.[9] Gövhər Beydullayeva bu nəticə ilə yaşıdları arasında Fide Dünya çempionatının onlayn Super Finalına vəsiqə qazanıb. Həmin ilin dekabr ayında keçirilən Super Finalda 10 oyundan 8 xal toplayaraq 1-ci yerə layiq görülüb.[10]
2022-ci ildə Sloveniyanın Çatej şəhərində keçirilən Avropa çempionatında 11 oyundan 7 xal toplayaraq qadınlar arasında ən yüksək nəticə göstərmiş, həmçinin qadınlar arasında qrosmeyster adını qazanmışdır.[11]
2022-ci ilin oktyabr ayında İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək qızlar arasında dünya çempionatında birinci olub və bununla da bu yaş kateqoriyasında qalib olan ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb.[12]
2023-cü ilin oktyabr ayında İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər gənclərin rapid dünya çempionatında 11 oyundan 9 xal yığaraq çempionatı birinci pillədə başa vurub.[13]
Komanda
redaktə2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət üçüncü komandasının heyətində mübarizə aparmışdır.[14][15]
2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.[16][17]
Gövhər Beydullayeva 2021-ci ildən etibarən Azərbaycanın qadınlardan ibarət milli yığma komandasının üzvüdür.
2021-ci ilin noyabr ayında Azərbaycanın qadınlardan ibarət şahmat üzrə milli yığmasının heyətində Sloveniyanın Çatej şəhərində keçirilmiş Komanda Avropa çempionatında bürünc medalın sahibi olub.[18]
2023-cü ildə isə Qadınlar ibarət milli komandanın tərkibində Montoneqronun Budva şəhərində keçirilən Komanda Avropa çempionatının gümüş mükafatçısı olmuşdur.
Azərbaycan çempionatları
redaktə2012, 2013, 2015, 2016-cı illərdə yaşıdları arasında Azərbaycan çempionatının qalibi olub.
2019-cu ildə qadınlar arasında Azərbaycan çempionatının bürünc,[19] 2020 və 2021-ci illərdə gümüş[20][21], 2022 və 2023-cü illərdə isə qadınlar arasında Azərbaycan çempionatında qızıl medalın sahibi olub.[22]
Digər uğurları
redaktəAvropa və Dünya çempionluqlarından başqa Gövhər Beydullayeva müxtəlif beynəlxalq və milli turnirlərdə yüksək nəticələr göstərib.
2011, 2012, 2013-cü illərdə Baku open festivalının C qrupunda iştirak edərək 8 və 10 yaşadək qızlar arasında qızıl medalın sahibi olub. 2014-cü ildə "Baku open 2014" festivalının B qrupunda uğurla çıxış edərək 5-ci yerə layiq görülüb və elo əmsalını 180 vahid artırıb.[23]
2017-ci ildə Rusiyanın Moskva şəhərində keçirilən Dünya çempionu Mixail Botvinnikin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 10 oyundan 10 xal yığaraq turnirin qalibi olub.[24][25] Eyni ildə "Baku open" beynəlxalq festivalında Qadınlar arasında 1-ci yerə layiq görülüb.[26]
2021-ci ildə "Serbia Open" beynəlxalq yarışının "Masters" qrupunda qadınlar arasında yüksək nəticə göstərərək 2-ci yerə layiq görülüb.[27]
İstinadlar
redaktə- ↑ FİDE FIDE Standard Ratings as of 30 jun 2024. 2024.
- ↑ Beydullayeva, Govhar Arxivləşdirilib 2022-06-09 at the Wayback Machine. ratings.fide.com
- ↑ "Qadın şahmatının Gövhərli sabahı – Portret // Kaspi.az". 2020-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
- ↑ "13th European Youth Rapid Chess Championship 2013 - Girls U10". chess-results.com. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
- ↑ "13th European Youth Blitz Chess Championship 2013 - Girls U10". chess-results.com. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
- ↑ "Chess-Results Server Chess-results.com - 24th EUROPEAN YOUTH CHESS CHAMPIONSHIP 2014". chess-results.com. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
- ↑ "Chess-Results Server Chess-results.com - 25th European Youth Chess Championship 2015 U12 - Girls". chess-results.com. 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
- ↑ "Chess-Results Server Chess-results.com - European Youth Chess Championship 2017". chess-results.com. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
- ↑ "G18 FIDE Online Rapid World Cup 2021". chess-results.com. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
- ↑ "Fide Youth Rapid Super Final G18". 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-19.
- ↑ "European İndividual Chess Championship". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ "Dünya çempionluğunu şəhidlərimizə və əsgərlərimizə həsr edirəm". Qol.az. 2022-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-26. (#apostrophe_markup)
- ↑ "Şahmatçımız Gövhər Beydullayeva dünya çempionu oldu". metbuat.az. İstifadə tarixi: 2023-10-12.
- ↑ "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11. (#apostrophe_markup)
- ↑ "Chess-Results Server Chess-results.com - 42nd Olympiad Baku 2016 Women". chess-results.com. 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
- ↑ "Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu". Trend.az. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ "World Youth Chess Olympiad 2019". chess-results.com. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
- ↑ "14th European team chess championship 2021 - Women". chess-results.com. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-30.
- ↑ "Azerbaijan women's chess championship 2019". chess-results.com. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
- ↑ "Azerbaijan women's chess championship 2020". chess-results.com. 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
- ↑ "Azerbaijan women's chess championship 2021". chess-results.com. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
- ↑ "Azerbaijan Chess Championship women 2022". asf.org.az. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
- ↑ "Baku open 2014". chess-results.com. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
- ↑ "ACF Botvinnik cup 2017". chess-results.com. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
- ↑ "Young Azerbaijani player wins Mikhail Botvinnik cup". azernews.az. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
- ↑ "Baku Open 2017, group Open, 12-22 November 2017, Baku". chess-results.com. 25 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2021.
- ↑ "Serbia Open Masters". chess-results.com. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
Xarici keçidlər
redaktə- FIDE Chess profili
- Govhar Beydullayeva. Chess-DB.com[ölü keçid] (ing.)
- Govhar Beydullayeva. Chessgames.com (ing.)
- Govhar Beydullayeva. 365Chess.com (ing.)