Govher Hesenzade - Wikipedia
Gövhər Sudef qızı Həsənzadə (6 mart 1969, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar artisti (2006).
Gövhər Həsənzadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 6 mart 1969 (55 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Mükafatları |
Həyatı
redaktəGövhər Sudef qızı Həsənzadə 6 mart 1969-cu ildə Bakıda, ziyalı ailəsində anadan olmuşdur. Atası – S. D. Həsənov (05.11.1939–11.10.2016) Azərbaycan Elmlər Akademiyası Respublika Təcili Məlumat Xidmətinin rəisi vəzifəsində çalışmışdır, anası A. S. Həsənova (22.12.1937) isə filoloqdur.
1976-cı ildə Bakı şəhər M. Rahim adına 7 saylı orta məktəbin birinci sinfinə, 1977-ci ildə isə Səbail rayonundakı 2 saylı yeddiillik musiqi məktəbinin fortepiano sinfinə müsabiqəsiz daxil olmuşdur. 1984-cü ildə orta məktəbin 8-ci sinfini, musiqi məktəbinin 7-ci sinfini fərqlənmə ilə bitirərək elə həmin ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin musiqi nəzəriyyəsi və tarix fakültəsinə müsabiqəsiz daxil olmuşdur. İlk bəstəkarlıq dərslərini Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteyndən almışdır. 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olmuşdur. Ali və peşəkar təhsilini Xalq artisti, professor Cövdət Hacıyevin sinfində almış və 1993-cü ildə həmin təhsil ocağını bitirmişdir.
Gövhər Həsənzadə 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Heydər Əliyev Sarayında bədii rəhbər və rejissor vəzifəsinə təyin edilmiş və 3 aprel 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə M. Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir.
Gövhər Həsənzadə təşkilatçılıq fəaliyyəti ilə bərabər peşəkar yaradıcılıq ilə də məşğul olmuşdur. 1993-cü ildən fəaliyyət göstərən ümumrespublika gənc estrada musiqisi ifaçılarının "Zirvəyə doğru" müsabiqəsinin yaradıcısı və bədii rəhbəridir. O, böyük simfonik orkestr üçün poema, simfoniya, fortepiano və orkestr üçün konsert, skripka və orkestr üçün konsert, simli kvartet və kvintet, fortepiano və skripka alətləri üçün prelüd, sonata və bir çox klassik janrda yazılmış 50-yə yaxın əsərin və 300-ə yaxın mahnının, eləcə də Azərbaycan Respublikası Gənclərinin Himni (1996), "Olimpiada yolları" himni (1996), "Biz varıq"(BMT Azərbaycan nümayəndəliyi) himni, "Sən qalib gələcəksən" (2008), "Sən azərbaycanlısan"(2013) kimi layihələrin müəllifidir.
2008-ci ildə Azərbaycanı ilk dəfə təmil olunduğu Avroviziya Mahnı Müsabiqəsində "Day After Day" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəridir. 2013-cü ildə isə Türkviziya Mahnı Müsabiqəsinda yenə də Azərbaycanı ilk dəfə təmsil edərək "Yaşa" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi 24 türkdilli ölkələr arasında birinciliyi ölkəsinə qazandırmışdır.
Bu günə qədər Azərbaycan musiqiçiləri ilə bərabər Türkiyə, ABŞ və Avropada fəaliyyət göstərən Zərrin Özər, Mustafa Ceceli, Nilufer, "In-Grid", MİŞA, Pınar Aylin, Bengü, "Studio-A", Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, Ayla İşıl, Senem və bir çox peşəkar müsiqiçilər və yaradıcı kollektivlərlə çalışmışdır. Hal-hazırda "Azərbaycan professional mahnı janrının yaranmasının tarixi aspekti" mövzusunda elmi iş və iki cildlik kitab üzərində çalışır. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dissertantıdır.
Gövhər Həsənzadə Azərbaycan Respublikası Prezidentinin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.[1] 1999-cu ildən Yeni Azərbaycan Partiyasının, 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1998-ci ildən MESAM (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliyi)-nin, 2013-cü ildən ARAF-ın (Azərbaycan Respublikası Atçılıq Federasiyası), 2019-cu ildən "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvüdür. 2021-ci ildən "Müəllif Hüquqları Uğrunda" İctimai Birliyin sədridir. Gövhər Həsənzadə 2023-cü il tarixdə keçirilmiş Avrasiya Hüquq sahibləri Təşkilatları Konfederasiyasının (AHTK) Baş Assambleyasının növbəti iclasında yetkilliklə Konfederasiyasının (AHTK) Baş Direktoru vəzifəsinə seçilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Mədəniyyət Mərkəzi rəisinin müavini və mədəniyyət-təminat şöbəsinin rəisi vəzifəsində çalışır.
Bəstələdiyi mahnılar
redaktəYerli müğənnilər tərəfindən ifa olunanlar
redaktəİfaçının adı | Mahnının adı | Söz müəllifi | Daxil olduğu albom | Çıxış tarixi |
---|---|---|---|---|
Almaz Ələsgərli | Oyuncağınam Sənin | Gövhər Həsənzadə | İlk Məhəbbətim | 1996 |
Almaz Ələsgərli | Yazığım Gəlir Sənə | Gövhər Həsənzadə | İlk Məhəbbətim | 1996 |
Faiq Ağayev | Dönmə Geri | Gövhər Həsənzadə | Vəfasızım | 1998 |
İradə İbrahimova | Get | Ayşe Birgül Yılmaz | Ürəyinin Götürdüyü Yerə Get | 2003 |
İradə İbrahimova | Nəydi | Gövhər Həsənzadə | Ürəyinin Götürdüyü Yerə Get | 2003 |
İradə İbrahimova | Müjgan | Gövhər Həsənzadə | Ürəyinin Götürdüyü Yerə Get | 2003 |
Zülfiyyə Xanbabayeva | Anladım Sonunda | Gövhər Həsənzadə | Qəlbinə Yol | 2003 |
Ella Rubençik | Mən səni deyə-deyə | Gövhər Həsənzadə | 2003–2004 | |
Faiq Ağayev | Ti / Ты (Dönmə Geri rusca versiyası) | S. Yeşmekova | Tam Məxfi…/ Сов. Секретно… | 2004 |
Aygün Kazımova | Olanlar Oldu | Gövhər Həsənzadə, Namiq Qaraçuxurlu | Sevərsənmi | 2005 |
İradə İbrahimova | Bahar Çiçəyi | Vüqar Vahidoğlu | Bahar Çiçəyi | 2005 |
Xatirə İslam | Ürək Bir Dəfə Sevir | Gövhər Həsənzadə | Ürək Bir Dəfə Sevir | 2005 |
Xatirə İslam | Zülmətlərin Övladıyam | Gövhər Həsənzadə | Ürək Bir Dəfə Sevir | 2005 |
Xatirə İslam | Deyirlər ki | Gövhər Həsənzadə | Ürək Bir Dəfə Sevir | 2005 |
Rəcəb Musayev | Bir də Sevməyim | Gövhər Həsənzadə | 2005 | |
Ziyafət Yaqubova | Əlimi Burax | Gövhər Həsənzadə | 2005 | |
Elnarə Xəlilova | Pəncərəndə | Gövhər Həsənzadə | 2006 | |
Ramin Əhmədov | Gözəlim | Gövhər Həsənzadə | 2006 | |
Faiq Ağayev | Ömür Bumu | Gövhər Həsənzadə | 2006 | |
İzzət Bağırov | Yar Aman Yar | Gövhər Həsənzadə | 2006 | |
Elnur | Belə Olarmı | Gövhər Həsənzadə | Belə Olarmı | 2006 |
Lalə Məmmədova | Kölgən Olaram | Gövhər Həsənzadə | Səni Sevirəm | 2006 |
Lalə Məmmədova | Səni Sevirəm | Gövhər Həsənzadə | Səni Sevirəm | 2006 |
İradə İbrahimova | Yaşananlar | Gövhər Həsənzadə | Yaşananlar | 2007 |
İradə İbrahimova | Gəl | Gövhər Həsənzadə | Yaşananlar | 2007 |
İradə İbrahimova | Gəl | Gövhər Həsənzadə | Yaşananlar | 2007 |
Xatirə İslam | Əlvida | Gövhər Həsənzadə | Ağlar Yenə də | 2007 |
Xatirə İslam | Ulduz Payımsan | Məhəbbət İbrahimova | Ağlar Yenə də | 2007 |
Elnur Hüseynov & Samir Cavadzadə | Day After Day | Zəhra Bədəlbəyli | Avroviziya Mahnı Müsabiqəsi Belqrad 2008 | 2008 |
İradə İbrahimova | De Hardasan | Fəxrəddin Teymuroğlu | 2008 | |
İradə İbrahimova | Neylərəm | Gövhər Həsənzadə | 2008 | |
İradə İbrahimova | Son Qərar | Ayşe Birgül Yılmaz | 2008 | |
Xəyyam Nisanov | Mümkün Deyil | Gövhər Həsənzadə | Ləpələr | 2008 |
Ayaz Qasımov | Sevgi Yolu | Gövhər Həsənzadə | A! | 2009 |
Zülfiyyə Xanbabayeva | Tənhalıq Səni Sıxanda | Gülağa Tənha | Dəniz | 2009 |
Aygün Kazımova | Nankor | Cəlal Qurbanov | 2012 |
Xarici müğənnilər tərəfindən ifa olunanlar
redaktəİfaçının adı | Mahnının adı | Daxil olduğu albom | Çıxış tarixi | Original versiyası |
---|---|---|---|---|
Bengü | Git | Bağlasan Durman | 2005 | İradə İbrahimova Get |
Meyra | Tek Senin Uğrunda | Başka Bir Kadın | 2005 | Zülfiyyə Xanbabayeva Anladım Sonunda |
Mişa | Yar aman yar | Aşk | 2009 | İzzət Bağırov Yar aman yar |
Pınar Aylin | Masal Bu Ya | Masal Bu Ya | 2010 | Ayaz Qasımov Sevgi Yolu |
Filmoqrafiya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında". 16 may 2006. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2024.