Goyem Zaqatala - Wikipedia
Göyəm — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Göyəm | |
---|---|
41°36′58″ şm. e. 46°35′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 407 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 4.157 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6222[1] |
Mədəniyyəti
redaktəƏrazidə 3 orta məktəb, 1 həkim məntəqəsi, 2 feldşer-mama məntəqəsi, 1 klub, 4 kitabxana, 2 mədəniyyət evi, 1 körpələr evi-uşaq baxçası, 4 məscid, 1 futbol meydançası vardır.
Tarixi abidələr: 4 məscid, qədim qəbristanlıq.
Coğrafiyası və iqlimi
redaktəGöyəm ərazi nümayəndəliyi, rayon mərkəzindən cənubda, Tala çayın sağ sahilində yerləşir və dörd kəndi (Göyəm, Çökək, Sumaylı, Dardoqqaz) özündə birləşdirir.
Nümayəndəliyin ərazisi 3368,6 hektardir.
Əhalisi
redaktəƏhalisi 4157 (Göyəm - 1914, Çökək - 935, Sumaylı - 656, Dardoqqaz - 652) nəfər, əsasən azərbaycanlılar, avarlar, saxurlardır. Dini mənsubiyyəti müsəlman.
Ərazi nümayəndəliyi, RİHB-nin ərazi İcra nümayəndəsi və Göyəm Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Din
redaktəKənddə Göyəm kənd məscidi dini icması fəaliyyət göstərir[2].
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2014-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |