Gulluk Dagi Milli Parki - Wikipedia
Güllük Dağı Milli Parkı və ya Termessos Milli Parkı — Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunda yerləşən milli park. 1970-ci ildə açılmışdır və sahəsi 6.702 ha-dır.
Güllük Dağı Milli Parkı | |
---|---|
türk. Güllük Dağı Millî Parkı | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 6.702 ha |
Yaradılma tarixi | 1970 |
Dağ | Tavr dağları |
Yerləşməsi | |
37°00′59″ şm. e. 30°30′48″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | Antalya |
Rayon | Qorqudeli |
bolge6.ormansu.gov.tr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəMilli park arxeoloji, botanik, geoloji və geormorfoloji quruluşa malikdir. Güllük dağının (Solimos dağı) yamaclarında Anadolunun yerli xalqı olan solimlər tərəfindən qurulmuş Termessos antik şəhərinin qalıqları yerləşir. Şəhərin yaxınlığında dərin vadilər və təpələr vardır.[1] Termessos antik şəhərinin qalıqları yaxşı mühafizə edilmişdir. Güllük dağının cənub-qərbində 1150 m yüksəklikdə salınmışdır. Ən yaxşı qorunmuş qalıqlar ellinist dövrünə aid məzarlardır. Digər əsərlər Roma dövrünə aiddir. Qüllələr, səddlər, aqora, kral yolu, teatr, su anbarları, məzarlar ən əhəmiyyətli əsərlərdir.
Antalyada Güllük Dağı Milli Parkından başqa üç milli park daha vardır:[2] Olimpos Bəydağları Milli Parkı, Körpülü Kanyon Milli Parkı və Altınbeşik Mağarası Milli Parkı.
Canlılar
redaktəMilli parkda nəsli kəsilmək üzrə olan lan yaşayır. Dağ keçisi, məzar qartalı, qaraqulaq və vaşaq kimi məməli heyvanlar var. Milli parkın əsas bitkiləri Aralıq dənizi iqliminə uyğunlaşmış Eldar şamı və makvisdir. 68 növ bitki tapılmışdır. Bu bitkilərdən 39 növü endemik, 2 növü isə sadəcə Güllük dağında bitir.
İstifadə
redaktəParkda düşərgə qurmaq imkanı mövcuddur. Milli parka hər il 35.000 ziyarətçi gəlir. Yaxınlıqdakı kazino ziyarətçilərin ehtiyacını qarşılayır. Milli park universitetlər, milli parklar və Türkiyə Ov-Vəhşi Həyatı İdarəsi ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən "Təbiət məktəbi" kimi istifadə olunur.
Nəqliyyat
redaktəAntalya-Qorqudeli yolu ilə çata bilinən milli parkın Antalyadan uzaqlığı 34 km-dir.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "Güllük Dağı (Termessos) Milli Parkı" (türkcə). bolge6.ormansu.gov.tr. 2014-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2014.
- ↑ SARI, Dr.Cemali. "ALTERNATİF TURİZM KAYNAKLARINI PLANLAMA YAKLAŞIMLARI VE ÖNERİLER" (PDF) (türkcə). efd.mehmetakif.edu.tr. 2012-12-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2014.