Gumusu Furqon - Wikipedia
Gumusu Furqon - Wikipedia - Haqqında Məlumat
Gümüşü furqon | |
---|---|
Fayl:Gümüşü furqon (film, 1982).jpg | |
Janr |
dram məhəbbət |
Rejissor | Oqtay Mirqasımov |
Ssenari müəllifi | Elçin |
Baş rollarda |
Həmidə Ömərova- Mədinə Məmməd Məmmədov- Rəsul Ömür Nağıyev- Fərman Muxtar Maniyev- Səfər Eldar Əliyev-Ağadadaş Samir Qədirov-Fərid |
Operator | Ələsgər Ələkbərov |
Bəstəkar | Rafiq Babayev |
Rəssam | Firəngiz Qurbanova |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 11 sentyabr 1982 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 65 dəq. |
Ölkə | Azərbaycan SSR SSRİ |
Dil | Rus dili |
İl | 1982 |
Texniki məlumatlar |
7 hissə 1800 metr 35 mm "Svema" kinolenti(Şostka kimya kombinatı) |
Rəng | rəngli |
Çəkiliş yeri |
Bakı, İçərişəhərdəki xalçaçılıq sexində Bakı, Xəzər dəniz kənarı Bakı, kinostudiyanın pavilyonu Bakı, Pirşağı qəsəbəsi Bakı, Fatmayı kəndi Bakı, Şüvəlan kəndi Abşeron, Nardaran qəsəbəsi |
Məzmun
redaktəBurada kövrək hisslər və saf duyğularla zəngin olan gənc bir qadın-Mədinənin (Həmidə Ömərova) taleyindən söhbət açılır. Kəndlərinə gümüşü sirk furqonunda gələn mehriban oğlan (Məmməd Məmmədov) uğursuz taleli gənc qadına saf məhəbbət duyğusu bəxş edir.
Film haqqında
redaktə- Film yazıçı Elçinin "Bir Görüşün Tarixçəsi" povesti əsasında ekranlaşdırılmışdır.
- Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
- Film 1-ci kateqoriyaya layiq görülüb.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Elçin
- Quruluşçu rejissor: Oqtay Mirqasımov
- Quruluşçu operator: Ələsgər Ələkbərov (II)
- Quruluşçu rəssam: Firəngiz Qurbanova
- Bəstəkar: Rafiq Babayev
- Səs operatoru: Nataliya Nuriyeva
- Rejissor: Adil İsmayılov
- Operator: Rəşid Nağıyev
- Geyim rəssamı: Nailə Cəfərova
- Qrim rəssamı: L. Kuznetsova
- Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
- Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
- Montaj edən: Nelli Mahmudova
- İşıq ustası: V. Ağacanov
- Çalır: İnstrumantal Ansambl
- Ansamblın rəhbəri: Rafiq Babayev
- Redaktor: Çingiz Qaryağdı
- Filmin direktoru: Aydın Dadaşov
Rollarda
redaktə- Həmidə Ömərova — Mədinə
- Məmməd Məmmədov — Rəsul
- Ömür Nağıyev — Fərman
- Muxtar Maniyev — Səfər
- Eldar Əliyev-Ağadadaş
- Samir Qədirov — Fərid
- Əşrəf Mamayev — yaşlı milis işçisi
- Gümrah Rəhimov — qəssab
- Kamil Məhərrəmov — Fərmanın dostu
- Sədaqət Zülfüqarova — xalçaçı
- Fərqanə Quliyeva — qarayanız qız
- Naibə Şirinova — xalçaçı qız
- Mənsur Məmmədov — Fərmanın tanışı
- Hicran Nəsirova (Hicran Qəşəmova kimi) — xalçaçı
- F. Hüseynov
- Mayak Kərimov
- Şəmsi Şəmsizadə
- Sədayə Mustafayeva — Mədinənin anası
Sponsor
redaktə- Mərkəzi Televiziya (Moskva)
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 302; 311.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.