Gumbezli Hamam Quba - Wikipedia
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə.[2]
Gümbəzli hamam | |
---|---|
41°21′43″ şm. e. 48°30′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Quba |
Tikilmə tarixi |
İnşası: XVIII-XIX əsrlər Bərpası: 1986-1987, 2015-2018 |
Üslubu | Şərq |
Material | qırmızı kərpic |
Vəziyyəti | bərpa edilib |
Rəsmi adı: Hündür gümbəzli hamam | |
Tipi | Mədəni |
Təyin edilib | 2 avqust 2001[1] |
İstinad nöm. | 4606[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəXVIII-XIX əsrlərə aid bir abidədir.[3] El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır.[4][5] Abidə Şərq memarlığınını incilərindən sayılır.
Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər.[6]
Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub.[2] Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər.[5]
1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır.[2]
2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.[7] 26 mart 2018-ci ildə yenidən bərpa olunmuş hamamın açılışı baş tutub.[8] Hamamın bərpası ABŞ Səfirlərinin Mədəni irsin Qorunması Fondunun maliyyə dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəklində gerçəkləşib.[7] Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-nin Azərbaycandakı səfiri Robert Sekuta və xanımı, həmçinin, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.[9]
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Ətrafına vaxtilə UNESCO tərəfindən məhəccərlər inşa edilib.[5]
Memarlıq
redaktəHamam Quba şəhərinin mərkəzində Musəbəyov küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində yerləşir.[5]
Şərq memarlığının ən orijinal nümunəsi olan gümbəzli hamam ümumi bir zaldan, bəylər üçün nəzərdə tutulan 4 otaqdan, istirahət və çay içmək üçün planlaşdırılan daha 3 otaqdan ibarətdir. Hamam 1 qapılı, 6 pəncərəli, 1 mərtəbəlidir və qırmızı kərpicdən inşa edilib.[4] Bu səbəbdən bəzən bu hamama qubalılar Qırmızı hamam da deyirlər. Hamamın içərisində milli ornamentlərdən xüsusi ustalıqla istifadə edilib. Böyük və kiçik olmaqla iki tağdan ibarətdir.[6]
Hamamın istilik sistemi ancaq odunla işləyib.[10] Gümbəzlərinin hündürlüyü 9 metrdir.[4] Hamamın qızdırılmasında istifadə edilən soba həm də döşəmənin isidilməsində istifadə olunub. Belə ki, sobadan hamamın döşəməsi boyu istiliyə davamlı kərpicdən kanallar çəkilib və sobadan çıxan istilik həm də döşəməni isidib.[8]
Qalereya
redaktə-
Hamamın interyeri.
-
Hamamın maketi.
İstinadlar
redaktə- ↑ 1 2 "Quba tarixi abidələrinin mühafizəsi ilə bağlı aidiyyəti təşkilatlarla birlikdə tədbirlər həyata keçirilir". Azadinform (az.). 12 sentyabr 2013. İstifadə tarixi: 5 iyun 2018.[ölü keçid]
- ↑ 1 2 3 "Qubada tarixi abidənin əsaslı təmirə ehtiyacı var - FOTOSESSİYA. Milli.az internet portalı". 2017-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-11.
- ↑ Zeynalova, Ülkər. Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu / Qubanın tarixi yerləri və abidələri (az.). Bakı. 2019. səh. 256. Archived from the original on 2022-06-17. İstifadə tarixi: 2022-06-17.
- ↑ 1 2 3 Hamam mədəniyyəti: keçmiş məişətə səyahət (az.). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2022. 18. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-25.
- ↑ 1 2 3 4 "Ramin Mahmudov, "Biganəlikdən məhv olan hamam", azerlife.org saytı". 2013-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-11.
- ↑ 1 2 "Qubada Aleksandr Dümanın çimdiyi "Çuxur hamam"ı bərpa edilir". İsti Press (az.). 27 may 2017. 19 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
- ↑ 1 2 "Qubada tarixi Gümbəzli hamamın açılış mərasimi keçirilib". Apa.az (az.). 26 mart 2018. İstifadə tarixi: 5 iyun 2018.[ölü keçid]
- ↑ 1 2 "Qubada Gümbəzli hamam bərpa edilib". Amerikanın səsi (az.). 26 mart 2018. 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
- ↑ "Qubadakı tarixi Gümbəzli hamam bərpa edilib". 1news (az.). 26 mart 2018. İstifadə tarixi: 5 iyun 2018.
- ↑ "Bu abidə məhv ola bilər - Ancaq 2001-ci ildən tarixi abidələr siyahısındadır". 2015-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-23.
Ədəbiyyat
redaktə- Qubada “Günbəzli hamam” abidəsi bərpa olunur //Mədəniyyət.- 2015.- 18 dekabr.- S.11.