Gunesi Gordum - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Günəşi Gördüm — Mahsun Kırmızıgülün rejissor kimi ikinci işi olan bu filmdə çoxüzvlü bir ailənin dramından bəhs olunur. Bu film Oskar mükafatı kimi tanınan "Akademiya mükafatları"da 2009-cu il Türkiyə namizədi kimi göstərilmişdi. Film Türkiyənin cənub-şərqində yerləşən kürd ailənin İstanbula (bir hissəsinin Norveçə) məcburi köçü və başlarına gələnlərdən bəhs edir.
Günəşi gördüm | |
---|---|
türk. Güneşi Gördüm | |
Janr | Dram |
Əsas mövzu | Aqrar böhran, Cəhalət[d], xəstəlik, Əlillik, LGBT, Türkiyə tərəfindən boşaldılmış kürd kəndləri, PKK-Türkiyə qarşıdurması[d] |
Rejissor | Mahsun Kırmızıgül |
Ssenari müəllifi | Mahsun Kırmızıgül |
Baş rollarda |
Mahsun Kırmızıgül, Cemal Toktaş, Yıldız Kültür,Sarp Apak, Buğra Gülsoy, Ali Sürmeli, Altan Erkekli, Erol Günaydın, Demet Evgar, Cezmi Baskın, Şerif Sezer, İtır Esen, Zafer Ergin, Emre Kınay |
Bəstəkar | |
İstehsalçı | Boyut Film |
Distribütor | Netflix |
İlk baxış tarixi | 16 aprel 2009[1] |
Müddət | 120 dəq. |
Ölkə | |
Dil | türk dili |
İl | 2009 |
Bölüm sayı | 1 |
Rəng | rəngli |
IMDb | ID1347521 |
Məzmun
redaktəŞərq sərhədində yerləşən bir kürd kəndi. 25 ildir iki tərəf arasında qalan çarəsiz insanlar. Məcburi köçürtmə səbəbi ilə böyüyüb boya-başa çatdıqları torpaqlardan, kəndlərindən çıxarılan Altun ailələri bilinməz bir yola çıxırlar. Davud Altun qaçaq yolla olsa da, tez bir zamanda ailəsi ilə birgə Norveçə getmək niyyətindədir. Heydər Altun və ailəsi üçün isə köç yolu İstanbula istiqamətlənib. Səfər başlamışdır. Bitmək bilməyən fırtınalardan keçib gəlmiş, yollarını azmış, çarəsizcə bir çıxış yolu axtaran insanların öz günəşlərindən qoparılıb gələcəyin bilinməzliyində itən uşaqların, bir köçün hekayəsi.
İstehsalçı şirkət
redaktəBoyut Film İstehsalçı – Murat Tokat
Rollarda
redaktə- Mahsun Kırmızıgül: Ramo
- Murat Ünalmış: Mamo
- Yıldız Kültür: Pakize
- Sarp Apak: Ahmet
- Buğra Gülsoy: Berat
- Ali Sürmeli: Nedim
- Altan Erkekli: Davut
- Cemal Toktaş: Kadri
- Erol Demiröz: Haydar
- Erol Günaydın: Vater von Cansu
- Demet Evgar: Havar
- Cezmi Baskın:
- Şerif Sezer: Gülistan
- Cem Aksakal: Cansu
- Nurseli İdiz
Çəkiliş heyəti
redaktə- Rejissor və ssenari müəllifi — Mahsun Kırmızıgül
- Baş koordinator — Ceren Aslan
- Çəkiliş rejissoru — Soykut Turan
- İcraedici direktor — Menderes Demir
- Musiqi — Mahsun Kırmızıgül və Yıdıray Gürgen
- Qurğu – Hamdi Deniz
- Səs — Onur Yavuz
- İşıq — Durmuş Dəmirəzən
Festival nümayişləri
redaktə- 22-ci Tokya Beynəlxalq Film Festivalı (17-25 oktyabr 2009)
- 33-cü Cairo Beynəlxalq Film Festivalı (10-20 noyabr 2009)
- Hindistanda baş tutmuş 40-cı Beynəlxalq Film Festivalı (28 noyabr - 3 dekabr 2009)
Mükafatlar
redaktə- 22-ci Tokio Beynəlxaql Film Festivalı (25 oktyabr 2009) - Asiya Film Mükafatı
- 3-cü Yeşilçam Mükafatları (23 mart 2010) - Ən Yaxşı Köməkçi Aktyor (Cəmal Tokdaş)[2]
Mənbə
redaktə- gunesigordum.com/gunes_tr.html — Rəsmi saytı
İstinadlar
redaktə- ↑ Lexicon of international films (alm.). Zweitausendeins.
- ↑ "3. Yeşilçam ödüllerini buldu. Hürriyet gündelik haberleri. İstifadə tarixi: 16.06.2023". 2011-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-15.