Gunesli Neft Yatagi - Wikipedia
Günəşli Neft Yatağı — Xəzər dənizində sahildən uzaq, Bakının 120 km şərqində, Neft daşlarının 12 km cənubunda, Azəri-Çıraq-Günəşli (AÇG) platformasında yerləşən neft yatağı. Bu yataq 1958–1963 illər arasında tapılmışdır. Birinci platforma 1976-cı ildə sahildən uzaq quruldu. 4 polad dirək ilə yerə bərkidilib. 10 quyunu əhatə edir. 1980-ci il məlumatlarına görə , platformada gündə 320 ton neft çıxarılırdı. Deyilənə görə Günəşli yatağında 100 milyon tondan çox neft yatağı vardır.[1]
2015 Yanğını
redaktə2015-ci il dekabr ayının 4-də, Günəşli neft yatağı platformasının cənub bölməsində bir dəhşətli yanğın baş verdi. SOCAR neft şirkətinin verdiyi məlumata görə, yanğın su altındakı 10 saylı platformanın qaz kəmərinin qasırğalar və uca dalğalardan aldığı xəsarətə görə başlamışdır. Yanğın zamanı platformanın bir tərəfi çökmüşdür. Platformadan 28 quyunun neft istixracı dayandırılmış və platformaya bağlanan qaz kəmərləri də kəsilmişdir. Qəzadan əvvəl, SOCAR-ın istehsal etdiyi petrolun yüzdə 60 faizi bu platformdan qaynaqlanırmış.
Yanğın zamanı 32 işçi həyatını itirmişdir və 42 işçi də yanğından xilas edilib, 9 işçi yaralı olaraq xəstəxanaya yerləşdirilmişdir. Bu Hadisənin baş vermə səbəbi araşdırılmağa başlanmışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Sparks, Mark. "Gunashli for a Sunnier Future". Azerbaijan International. 3 (4). Winter 1995: 46. 20 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2009.