Gunay Ibrahimli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Günay Xəlil qızı İbrahimli (10 fevral 1991, Füzuli) — azərbaycanlı müğənni.
Günay İbrahimli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 10 fevral 1991 (33 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2007–h.h. |
Janr | pop |
Boyu | 1.63 sm[1][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Günay İbrahimli Füzuli şəhərində dünyaya gəlib. İki yaşında Qarabağ müharibəsi nəticəsində işğal altına düşmüş Füzulini tərk edib, ailəsi ilə birgə Bakıya məskunlaşıb və paytaxtda böyüyüb. Bakı şəhəri, 70 saylı orta pilot lisey məktəbinin məzunudur. İkinci sinifdə oxuyarkən yeddiillik musiqi məktəbində forte-piano üzrə təhsilini başa vurur. 2006-cı ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olur və 2010-cu ildə fotre-piano üzrə təhsilini başa vurur. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada müğənnisi fakültəsinə daxil olub, 2014-cü ildə təhsilini başa vurub. Azərbaycanlıdır. İfa üslubu pop janrıdır. Müğənni kimi 2007-ci ildən bəri fəaliyyət göstərir.
O, 1 fevral 2016-cı ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[3]
Yaradıcılığı
redaktəGünay İbrahimli 2007-ci ildə ilk dəfə "Yeni ulduz" mahnı müsabiqəsinə qatılıb və laureat adı alıb. Müsabiqə bitdikdən sonra solo karyerasına başlayıb. 2009-cu ildə tanınmış reper Elşad Xose ilə "Yadına sal" mahnısını ifa edib. Bununla da, sənətçinin ulduzu parlamağa başlayıb. Daha sonra sənətçi bu günə kimi musiqi sahəsində uğurlarına görə 30-a yaxın diplomun sahibəsidir. Günay İbrahimlinin ilk solo konserti 2013-cü ildə "Yaşıl teatr"da baş tutub. Sənətçinin "Mən də sənən inanırdım" mahnısı "V&V company" tərəindən 2011-ci ilin hiti elan edilib. İbrahimli 2011-ci ildə "Eurovision" milli seçim turlarına qatılıb və finala qədər irəliləyə bilib. Yaradıcılığının ilk illərində Aygün Kazımovanın bir çox yay konsertlərində səhnə almışdır.[4]
Müğənni Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan və xaricdə konsert proqramı ilə çıxış edib. Günay "Sirr", "Bacanaqlar" serialında rol alıb. 2015-ci ildə isə "Sadəcə sev" adlı melodramatik filmin baş rol ifaçısı olub.
Günay İbrahimli 2010-cu ildə Lider TV, 2011-ci ildə Space TV-də (Glamour star, Plyus minus) aparıcılıq edib. Həmçinin, "Miss Azerbaijan 2010"nun aparıcısı olub.
Klipləri
redaktə- 01) "Yadına Sal" ft. Elşad Xose (2009)
- 02) "Səndən öncə, səndən sonra" (2011)
- 03) "Mən də sənə inanırdım" (2012)
- 04) "Əmanət" ft. Ceyhun Qala (2012)
- 05) "Dalğalansın Bayrağımız Dünyada" (2012)
- 06) "Özüm də sənsən" (2013)
- 07) "Söz Olar" (2013)
- 08) "Ola bilərdin" (2014)
- 09) "Dəlisiyəm gecənin" (2014)
- 10) "Sənə bağlanıram" (2014)
- 11) "Hüzur" (2015)
- 12) "Qalib ol" ft. Zamiq Hüseynov (2015)
- 13) "Sən məndən gedən gündən" (2016)
- 14) "Biri var orda" (2016)
- 15) "Təşəkkürlər Bakı" (2016)
- 16) "O kimdir ki" (2017)
- 17) "Ürəyimin qatili" (2017)
- 18) "Əllərim Darıxmasın" (2018)
- 19) "Peşmanam" (2018)
- 20) "Kaderinle Barış" (2018)
- 21) "Can Atma" (2018)
- 22) "Sən Olmuşam" (2019)
- 23) "Qram-Qram" (2019)
- 24) "Mehriban" (2019)
- 25) "Ölümmü Gərək" (2019)
- 26) "Bu zamandan sonra" (2020)
- 27) "Zəfər nəğməsi" (2020)
- 28) "Darıxmışam" (2021)
- 29) "O bəsimdir" (2021)
- 30) "Qədrimi bilmədin" (2021)
- 31) "Cinayət" (2022)
- 32) "Kabus gecələr" (2022)
- 33) "Yana-yana qal" (2022)
- 34) "Kimə nə" (2023)
- 35) "Səni sevirəm" (2023)
- 36) "Fağır adam" (2023)
- 37) "Bəhanələr" ft. DJ Roshka (2023)
- 38) "Nədir Eşq?" (2024)
Tənqid
redaktə2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Günay İbrahimlinin "O kimdir ki?!" mahnısı da yer alıb.[5][6] Müğənni bu iddiaya etiraz edib.[7][8] Monitorinq Mərkəzinin mütəxəssisi Kəmalə Onur sözügedən monitorinqin təkcə narkotik asılılığı və cinayəti aşılayan mahnılarla bağlı olmadığını, Günay İbrahimlinin mahnısında dil normalarına aid səhvlər olduğu üçün siyahıya düşdüyünü bildirib.[9]
İstinadlar
redaktə- ↑ "Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50...+Fotolar". 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
- ↑ Azərbaycanlı məşhurların boyu neçə santimetrdir? - SİYAHI
- ↑ "Məşhurlar YAP-a üzv qəbul edildi". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
- ↑ "Arxivlənmiş surət". 2017-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.
- ↑ ""Sevənə söyüş qoymuşam", "Zor eləmişəm", "Nağaracuğa" – Zərərli mahnıların siyahısı". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ "Zorakılığı təbliğ edən mahnılar qadağan olunmalıdır". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ ""Bu, mənə qarşı çirkin böhtandır!" - Günaydan cavab". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ "Günaydan Dövlət Dil Komissiyasına etiraz: "Çirkin böhtandır"". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ "Günayın mahnısı niyə siyahıya düşüb? - Rəsmi açıqlama". 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.