Gunay Memmedzade - Wikipedia
Günay Vüqar qızı Məmmədzadə[3] (19 iyun 2000, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2014), kişilər arasında beynəlxalq usta (2018), qadınlar arasında ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya (10 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 14 yaşadək) çempionu. 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü. Yığmanın heyətində Olimpiada (2016, 2018, 2022), dünya (2017, 2021) və Avropa (2017, 2019, 2021, 2023) çempionatlarının iştirakçısı.[4] 2014-cü ildə, 14 yaşında olarkən qadınlar arasında beynəlxalq qrosmeyster adına yiyələnmiş və bununla da Azərbaycan qadın şahmatı tarixində belə gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçı olmuşdur.[5] 2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülmüşdür.[6]
Günay Məmmədzadə | |
---|---|
| |
Ölkə | |
Doğum tarixi | 19 iyun 2000 (24 yaş) |
Doğum yeri | |
Titulu | Beynəlxalq usta (2018) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.483 (oktyabr 2022) |
FİDE nömrəsi | 13403729 |
Vikianbarda əlaqəli mediafayllar |
Günay Məmmədzadə FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb. O, FİDE-nin reytinq siyahısında əmsalına (2483, oktyabr 2022) görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır.
2007, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutub. 2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi olub.[7] 2012-ci ildə "İlin ən yaxşı qız şahmatçısı" nominasiyası üzrə respublika müsabiqəsinin qalibi olub.[8]
Uşaqlığı və şahmata başlaması
redaktəGünay Məmmədzadə 19 iyun 2000-ci ildə Bakı şəhərində anadan olub.[9] Babası və nənəsi həvəskar şəkildə şahmat oynayırdı.[9] Bu sahəyə marağı onların sayəsində yaranıb. Şahmatda ilk addımları atmağı da ona babası ilə nənəsi öyrədib. 5 yaşında 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinə getməyə başlayıb.[3][9]
Şahmat karyerası
redaktəErkən illəri
redaktəRəsul İbrahimov, 2012.[10]
Günay Məmmədzadə 2005-ci ildən şahmatla məşğul olur. Şəxsi məşqçisi beynəlxalq qrosmeyster Rəsul İbrahimovdur.[9]
2007-ci ildə Azərbaycan çempionatında səkkizyaşlı qızlar arasında keçirilən yarışda 3–4-cü yerləri bölüşüb. Eyni ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş səkkizyaşlı qızlar arasında Avropa çempionatında üçüncü,[7] Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında isə ikinci yerə çıxıb.[7]
2008-ci ildə Batumidə keçirilən 8 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub.[11][12] Eyni ildə Vyetnamın Vunqtau şəhərində keçirilən səkkizyaşlı qızların dünya çempionatında üçüncü olub.
2009-cu ildə 10 yaşlı qızlar arasında Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 10,5 xal toplayaraq, turniri məğlubiyyətsiz başa vurmuş və dünya tacına sahib olmuşdur.[13][14]
2011-ci ildə qadınların Bakı çempionatında ikinci yeri tutub.[7]
2012-ci ildə Rumıniyanın İassi şəhərində 36 ölkənin iştirakı ilə keçirilən məktəblilər arası şahmat üzrə VIII dünya çempionatında birinci yerə çıxıb. Eyni ilin oktyabr ayında qadınlar arasında Bakı çempionu olub.[15]
2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilən 8–18 yaşlı yeniyetmələrin Avropa çempionatında 14 yaşlı qızlar arasında çempion adını qazanıb.[16][17] 2013-cü ildə həmçinin, 14 yaşadək qızlar arasında Azərbaycan birinciliyinin də qalibi olub.[18]
2014
redaktəFevralın 1-dən 9-dək Moskva şəhərində keçirilən ənənəvi "Moskva Open" turnirində və fevralın 10-dan 19-dək Minskdə keçirilmiş David Bronşteynin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurla çıxış edərək, beynəlxalq qrosmeyster normasının ilk balını və beynəlxalq usta normasının sonuncu balını toplayıb.[7]
Mart ayında qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 7 xal toplayaraq dördüncü olub.[19]
İyulun 6-dan 17-dək Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında otuz səkkizinci olmuşdur.[20]
Sentyabr ayında Azərbaycanın müstəqilliyinə həsr olunmuş "Baku Open 2014" beynəlxalq şahmat turnirində iştirak edib və qırx altıncı yeri tutub.[21]
7–10 noyabr tarixləri arasında[22] Rusiyanın Soçi şəhərində keçirilmiş FİDE-nin Prezident Şurasının iclasında 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrosmeyster adının verilməsi barədə qərar qəbul olunub. Günay Azərbaycanın şahmat tarixində belə gənc yaşında bu ada layiq görülmüş ilk şahmatçıdır.[5][Qeyd 1]
Noyabrın 26-dan dekabrın 4-dək Qətərin paytaxtı Doha şəhərində keçirilmiş "Qatar Masters Open" beynəlxalq şahmat turnirində 3 xal toplayaraq 150 şahmatçı arasında yüz otuzuncu yeri tutub.[24]
2015
redaktəYanvarın 31-dən fevralın 8-dək davam edən "Moskva Open" turnirində tələbə qızların qrupunda[25] mübarizə aparan Günay Məmmədzadə 9 oyundan 5 xal toplayaraq üçüncü yerin sahibi olub.[26]
Martın 27-dən aprelin 4-dək Moskva şəhərində keçirilən ənənəvi "Aeroflot Open" beynəlxalq şahmat festivalının B qrupunda (reytinqi 2550-dən az olanlar)[27] qırx ikinci olub.[28]
Aprel ayında Gürcüstanın Çakvi şəhərində keçirilmiş qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatında 98 şahmatçı arasında qırx səkkizinci yeri tutub.[29]
İyul ayında Vyanada şahmatın rapid növü üzrə keçirilmiş "Qızlar üçün şahmat" turnirinin qalibi olub.[30][31]
Sentyabrın 2-dən 15-dək Rusiyanın Xantı-Mansi şəhərində keçirilmiş 20 yaşadək şahmatçılar arasında dünya çempionatında 13 oyundan 8 xal toplayaraq yeddinci olmuşdur.[32]
2016
redaktəMoskva şəhərində 30 yanvar-7 fevral tarixləri arasında keçirilmiş "Moskva Open" turnirinin A qrupunda (kişilər arasında) altmış doqquzuncu,[33] 1–9 mart tarixləri arasında keçirilmiş "Aeroflot Open" turnirinin B qrupunda (reytinqi 2550-dən az olanlar) isə yetmiş üçüncü yeri tutmuşdur.[34]
15–23 mart tarixləri arasında keçirilmiş qadınlar arasında Azərbaycan çempionatında mümkün 9 xaldan 5 xal yarım toplayaraq altıncı olub.[35]
May ayında Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq "Naxçıvan Open" şahmat festivalının A qrupunda (reytinqi 2250-dən yuxarı olan şahmatçılar) on ikinci yeri tutub.[36]
27 may-7 iyun tarixləri arasında Rumıniyanın Mamaya şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında 112 şahmatçı arasında əlli üçüncü olmuşdur.[37]
Noyabr ayında Azərbaycanın "Odlar Yurdu" klubunun heyətində Serbiyanın Novi Sad şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kuboku yarışında iştirak edib. "Odlar Yurdu" yarışı beşinci yerdə bitirib,[38] klubun heyətində ikinci lövhədə çıxış edən Günay Məmmədzadə isə şəxsi göstəricidə doqquzuncu olub.[39]
2017
redaktəYanvarın 28-dən fevralın 5-dək Moskva şəhərində keçirilmiş "Moskva Open" turnirinin A qrupunda (kişilər arasında) 150 şahmatçı arasında doxsanıncı yeri tutub.[40]
Fevral ayında qadınlar arasında Azərbaycan çempionatında 9 mümkün xaldan 7 xal toplayaraq, Azərbaycan çempionu adını qazanıb.[41]
11–22 aprel tarixləri arasında Latviyanın paytaxtı Riqa şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında mümkün 11 xaldan 7 xal toplayaraq, 144 şahmatçı arasında iyirmi beşinci olmuşdur.[42]
May ayında Naxçıvan şəhərində keçirilən ənənəvi "Naxçıvan Open" şahmat festivalının A qrupunda (reytinqi 2250-dən yuxarı olan şahmatçılar) mümkün 9 xaldan 5 xal toplayaraq on doqquzuncu olub.[43]
13–25 noyabr tarixləri arasında İtaliyanın Tarvizio şəhərində keçirilmiş 20 yaşadək yeniyetmə qızlar arasında dünya çempionatında 89 şahmatçı arasında qırx ikinci olmuşdur.[44]
Dekabrın sonunda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində şahmatın rapid və blits növləri üzrə keçirilmiş şəxsi dünya çempionatında iştirak edib. Rapid üzrə yarışda mümkün 15 xaldan 6 xal yarım toplayaraq yetmiş yeddinci olan Günay,[45] blits üzrə yarışda daha uğurlu çıxış etmiş və mümkün 21 xaldan 13 xal toplayaraq onuncu olmuşdur.[46]
2018
redaktəYanvarın 27-dən fevralın 4-dək Moskva şəhərində keçirilmiş "Moskva Open" turnirinin A qrupunda (kişilər arasında) mümkün 9 xaldan 6 xal toplayaraq iyirmi dördüncü olub.[47]
Fevral ayında qadınlar arasında Azərbaycan çempionatında çempion Xanım Balacayeva ilə eyni xal toplasa da, əlavə göstəricilərə görə ikinci olub.[48][49]
Mart ayında kişilər arasında beynəlxalq usta adına layiq görülüb.[6] Bununla da o, Gülnar Məmmədovadan sonra bu ada layiq görülmüş ikinci azərbaycanlı qadın şahmatçı olub.[50]
8–19 aprel tarixləri arasında Slovakiyanın Vısoke-Tatri şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında mümkün 11 xaldan 7,5 xal toplayaraq 144 şahmatçı arasında onuncu olub.[51] Bu nəticə ona 2020-ci ildə baş tutacaq və 64 şahmatçının olimpiya sistemi üzrə mübarizə aparacağı dünya çempionatına lisenziya qazandırıb.[50]
İyunun 12-dən 21-dək Rusiyanın Voronej şəhərində keçirilmiş "Voronej-2018" beynəlxalq şahmat festivalında iştirak etmiş və mümkün 9 xaldan 4 xal yarım toplayaraq 131 şahmatçı arasında altmış beşinci olmuşdur.[52] Günayın bu turnirdə keçirdiyi doqquz görüşdən yeddisində rəqibi kişi şahmatçılar olmuşdur.[53]
İyulun 25-dən avqustun 5-dək Türkiyənın paytaxtı Ankara şəhərində təşkil olunmuş klublararası Türkiyə çempionatında "Karaman Bələdiyyə İdman Klubu"nun heyətində beşinci lövhədə mübarizə aparan Günay, 11 oyundan 7 xal yarım toplayaraq şəxsi göstəricidə bürünc medal qazanıb.[54] "Karaman Bələdiyyə İdman Klubu" isə çempionatı on üç komanda arasında altıncı yerdə başa vurub.[55]
7–15 avqust tarixləri arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş 25-ci Beynəlxalq Şahmat Festivalının baş turnirində 9 mümkün xaldan 5 xal yarım toplayaraq 158 şahmatçı arasında qırxıncı yeri tutub.[56] Günayın turnirdə qarşılaşdığı rəqiblərinin hamısı kişi şahmatçılar olub.[57]
12–18 oktyabr tarixləri arasında Yunanıstanın Halkidiki yarımadasında keçirilmiş klub komandaları arasında Avropa Kuboku yarışında Azərbaycanın "Odlar Yurdu" klubunun heyətində birinci lövhədə mübarizə aparıb. "Odlar Yurdu" klubu yarışı altıncı yerdə bitirib,[58] Günay isə öz lövhəsi üzrə şəxsi göstəricidə səkkizinci olub.[59]
26–30 dekabr tarixləri arasında Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid və blits növləri üzrə keçirilmiş şəxsi dünya çempionatında iştirak etmişdir. Rapid üzrə yarışda 12 oyundan 7 xal yığaraq 124 şahmatçı arasında otuz doqquzuncu,[60] blits üzrə yarışda isə 17 oyundan 10 xal yığaraq 125 şahmatçı arasında iyirmi beşinci olub.[61]
2019
redaktə4–12 fevral tarixləri arasında keçirilmiş qadınlar arasında Azərbaycan çempionatında 9 mümkün xaldan 8 xal yarım toplayaraq, ikinci dəfə Azərbaycan çempionu adını qazanıb.[62]
11–22 aprel tarixləri arasında Türkiyənin Antalya şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında mümkün 11 xaldan 7 xal toplayaraq 130 şahmatçı arasında iyirmi birinci olub.[63]
30 aprel-10 may tarixləri arasında Naxçıvan şəhərində keçirilmiş ənənəvi "Naxçıvan Open" şahmat festivalının A qrupunda mümkün 9 xaldan 4 xal toplayaraq 54 şahmatçı arasında iyirmi doqquzuncu olub.[64]
17–28 iyul tarixləri arasında Türkiyənın Konya şəhərində təşkil olunmuş klublararası Türkiyə çempionatında "Karaman Bələdiyyə İdman Klubu"nun heyətində mübarizə aparıb.[65] "Karaman Bələdiyyə İdman Klubu" çempionatı səkkizinci yerdə başa vurub.[66]
Avqustun 5-dən 11-dək Latviyanın paytaxtı Riqa şəhərində baş tutmuş "RTU Open 2019" yarışının A turnirində mümkün 9 xaldan 5 xal toplayaraq 150 şahmatçı arasında yetmiş səkkizinci olub.[67]
10–16 noyabr tarixləri arasında Monteneqronun Ultsin şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kuboku yarışında Azərbaycanın "Odlar Yurdu" klubunun heyətində birinci lövhədə mübarizə aparıb. "Odlar Yurdu" klubu yarışı dördüncü yerdə bitirib,[68] Günay isə öz lövhəsi üzrə şəxsi göstəricidə üçüncü olaraq bürünc medal qazanıb.[69]
26–30 dekabr tarixləri arasında Rusiyanın paytaxtı Moskva şəhərində şahmatın rapid və blits növləri üzrə keçirilmiş şəxsi dünya çempionatında iştirak etmişdir. Rapid üzrə yarışda 12 oyundan 6 xal yarım yığaraq 122 şahmatçı arasında qırx səkkizinci,[70] blits üzrə yarışda isə 17 oyundan 8 xal yarım yığaraq 122 şahmatçı arasında altmış beşinci olub.[71]
2020
redaktə21–30 yanvar tarixlərində Cəbəli-Tariqdəki Kaleta Hotelində baş tutmuş "Gibraltar International Chess Festival"ının "Masters" qrupunda yarışan Günay, mümkün 10 xaldan 5 xal toplayaraq 250 şahmatçı arasında yüz iyirmi doqquzuncu olub.[72]
Aprelin 16-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə baş tutmuş internet üzərindən superblits üzrə I Azərbaycan Kubokunda iştirak edib. Kubokun qalibi adını 17 oyundan 14 xal toplamış Eltac Səfərli qazanıb. Günay isə, 17 oyundan 9,5 xal toplayaraq qadınlar arasında ən yaxşı nəticə göstərən ikinci şahmatçı olub.[73]
26–28 may tarixləri arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə keçirilmiş blits üzrə onlayn beynəlxalq İpək Yolu Kubokunda mümkün 15 xaldan 7.5 xal toplayaraq 55 şahmatçı arasında iyirmi səkkizinci olub.[74]
19–22 dekabr tarixləri arasında onlayn şəkildə keçirilmiş klub komandaları arasında Avropa Kuboku yarışında Azərbaycanın "Odlar Yurdu" klubunun heyətində birinci lövhədə mübarizə aparıb. "Odlar Yurdu" klubu yarışı doqquzuncu yerdə bitirib,[75] Günay isə öz lövhəsi üzrə şəxsi göstəricidə üçüncü olaraq bürünc medal qazanıb.[76]
2021
redaktəYanvarın 9-da "Lichess.org" platforması vasitəsilə şahmatın rapid növü üzrə İsveçrə sistemi ilə keçirilmiş onlayn "Şarca" Kuboku yarışında 9 oyundan 6 xal toplayaraq üçüncü olub.[77]
27–31 mart tarixlərində baş tutmuş onlayn klublararası Avropa Kuboku yarışında Azərbaycanın "Təhsil İdman" komandasının heyətində dördüncü lövhədə çıxış edib. Yarışda 10 oyun keçirən Günay 4.5 xal toplayıb, "Təhsil İdman" komandası isə turnirin pley-off mərhələsində mübarizəni dayandırıb.[78][79]
8–11 aprel tarixlərində onlayn formatda keçirilmiş "Julius Baer Challengers Chess Tour" turnirinin birinci mərhələsində Yudit Polqarın kapitanı olduğu komandanın heyətində çıxış etmiş və mümkün 19 xaldan 5.5 xal toplayaraq yekunda 20 şahmatçı arasında on yeddinci olmuşdur.[80]
Mayın 22-dən iyunun 2-dək Cəbəli-Tariqdə baş tutmuş 2019–21 qadınlar arasında FİDE Qran Prisinin sonuncu mərhələsində mümkün 11 xaldan 6.5 xal toplayaraq 12 şahmatçı arasında üçüncü olub.[81]
10–13 iyun tarixlərində onlayn formatda keçirilmiş "Julius Baer Challengers Chess Tour" turnirinin "Gelfand Challenge" adlı ikinci mərhələsində 19 oyundan 8,5 xal toplayaraq 20 şahmatçı arasında on ikinci olub.[82]
9–20 avqust tarixləri arasında Rumıniyanın Yassa şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında mümkün 11 xaldan 7 xal toplayaraq, 117 şahmatçı arasında on beşinci olmuşdur.[83]
18–21 sentyabr tarixlərində onlayn formatda keçirilmiş "Julius Baer Challengers Chess Tour" turnirinin "Hou Yifan Challenge" adlı dördüncü mərhələsində Yudit Polqarın kapitanı olduğu komandanın heyətində çıxış etmiş və mümkün 17 xaldan 5 xal toplayaraq yekunda 17 şahmatçı arasında on dördüncü olmuşdur.[84]
2022
redaktəYanvarın 24-dən fevralın 3-dək Cəbəli-Tariqdə kişilər və qadınlar arasında keçirilmiş "Gibchess Battle of the sexes 2022" komanda turnirində iştirak edib və mümkün 10 xaldan 3 xal yarım toplayıb.[85]
İyunun 25-dən iyulun 4-dək Bıdqoş şəhərində Polşanın mərhum prezidenti Lex Kaçinskinin xatirəsinə həsr olunan VII Beynəlxalq Şahmat Festivalının qadınlar turnirində iştirak etmiş və mümkün 9 xaldan 6 xal toplayaraq festivalın qalibi olmuşdur.[86]
20–31 avqust tarixləri arasında Çexiyanın paytaxtı Praqa şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında mümkün 11 xaldan 8 xal toplayaraq, 123 şahmatçı arasında ikinci olub. Günay, çempionatın qalibi adını qazanan polşalı Monika Soçkodan yarım xal geri qalıb.[87]
21–24 sentyabr tarixləri arasında Şuşa şəhərində şahmatın rapid və blits növləri üzrə keçirilmiş "Şuşa 2022" şahmat turnirində mümkün 36 xaldan 14 xal yarım toplayaraq, 10 şahmatçı arasında səkkizinci olub.[88]
26–30 dekabr tarixləri arasında Qazaxıstanın Almatı şəhərində şahmatın rapid və blits növləri üzrə keçirilmiş şəxsi dünya çempionatında iştirak etmişdir. Rapid üzrə yarışda 11 oyundan 6 xal yarım yığaraq 98 şahmatçı arasında otuz ikinci,[89] blits üzrə yarışda isə 17 oyundan 11 xal yığaraq 99 şahmatçı arasında onuncu olmuşdur.[90]
2023
redaktə6–8 yanvar tarixləri arasında şahmatın rapid növü üzrə onlayn şəkildə keçirilmiş "The Belt and Road 2023 to World Chess Woman’s Summit" turnirində 11 oyundan 8,5 xal toplayaraq qızıl medala sahib çıxıb.[91]
18–29 mart tarixləri arasında Monteneqronun Petrovaç şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında mümkün 11 xaldan 6 xal toplayaraq, 136 şahmatçı arasında qırx altıncı olub.[92]
Aprel ayında Beynəlxalq Şahmat Federasiyası tərəfindən dünya yığmasına dəvət olunub.[93] O, Aprelin 17-dən 19-dək Qazaxıstanın paytaxtı Astanada şahmatın blitz növü üzrə Qazaxıstan komandası ilə dünya yığması arasında baş tutmuş yoldaşlıq görüşünün iştirakçısı olub. Günay, keçirdiyi səkkiz görüşün beşində xalları yarı bölüb, üç görüşdə isə məğlub olub.[94]
8–14 may tarixləri arasında Berlində şahmatın armageddon növü üzrə keçirilmiş "Armageddon Women’s Chess Week" turnirində ardıcıl olaraq Elizabet Pets və Alina Kaşlinskayanı məğlub etsə də, Bibisara Assaubayeva və Hampi Koneruya məğlub olaraq finala vəsiqə qazana bilməyib.[95]
Mayın 15-dən 28-dək Nikosiyadə baş tutmuş 2022–23 qadınlar arasında FİDE Qran Prisinin sonuncu mərhələsində mümkün 11 xaldan 5.5 xal toplayaraq 12 şahmatçı arasında altıncı olub.[96]
3–12 iyun tarixləri arasında ABŞ-ın Sent-Luis şəhərində keçirilmiş "The Cairns Cup" turnirində mümkün 8 xaldan 3 xal toplayaraq, 9 şahmatçı arasında səkkizinci olub.[97]
İyunun 19-da Krakovda baş tutmuş üçüncü Avropa Oyunlarına dəstək məqsədilə keçirilmiş cütlüklərin blitz üzrə şahmat yarışında Şəhriyar Məmmədyarov ilə birlikdə Azərbaycanı təmsil edib. Dairəvi sistemlə keçirilmiş yarışın yekununda Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb. Yekun sıralamada Azərbaycan yığması turnir cədvəlində üçüncü yeri tutduğundan, onlar daha bir mükafata — bürünc medala layiq görülüblər.[98]
26–28 avqust tarixləri arasında Almaniyanın Düsseldorf şəhərində keçirilmiş komandalar arasında rapid üzrə dünya çempionatında Hindistanın "MGD1" komandasının heyətində çıxış edib. Günaydan başqa heyətinin tamamı Hindistan şahmatçılarından ibarət olan komanda çempionatda 18 xal toplayıb və yekunda dünya çempionatının bürünc medalını qazanıb. Məmmədzadə yarışda dörd oyun keçirib və komandasına 3 xal qazandırıb.[99][100]
26–30 dekabr tarixləri arasında Özbəkistanın Səmərqənd şəhərində şahmatın rapid və blits növləri üzrə keçirilmiş şəxsi dünya çempionatında iştirak etmişdir. Rapid üzrə yarışda 11 oyundan 6 xal yığaraq 117 şahmatçı arasında qırx üçüncü,[101] blits üzrə yarışda isə 17 oyundan 9 xal yarım yığaraq 118 şahmatçı arasında otuz ikinci olmuşdur.[102]
2024
redaktəMartın 15-dən 21-dək İslandiyanın paytaxtı Reykyavik şəhərində baş tutmuş "Reykjavik Open" turnirində mümkün 9 xaldan 5 xal toplayaraq 396 şahmatçı arasında yüzüncü olub.[103]
19–29 aprel tarixləri arasında Yunanıstanın paytaxtı Rodos adasında keçirilmiş qadınların şəxsi Avropa çempionatında mümkün 10 xaldan 7 xal yarım yığaraq 182 şahmatçı arasında altıncı olmuşdur.[104]
Oktyabrın 20-dən 26-dək Serbiyanın Vrnyaçka Banya şəhər tipli qəsəbəsində keçirilmiş klub komandaları arasında Avropa Kuboku yarışında Serbiyanın "Sirmium Sremska Mitrovitsa" klubunun heyətində birinci lövhədə mübarizə aparıb. "Sirmium Sremska Mitrovitsa" klubu yarışı dördüncü yerdə bitirib,[105] Günay isə öz lövhəsi üzrə şəxsi göstəricidə doqquzuncu olub.[106]
Yığma komandanın heyətində
redaktə2016-cı ilin iyul ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Slovakiyanın Poprad şəhərində keçirilmiş 15-ci Dünya Gənclər U16 Şahmat Olimpiadasında iştirak edib.[107]
2016-cı ilin sentyabrında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət əsas (birinci)[Qeyd 2] komandasının heyətində Azərbaycanın qadınlardan ibarət yığma komandasında debüt edib.[110]
2017-ci ilin iyun ayında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində Rusiyanın Xantı-Mansi şəhərində keçirilmiş dünya komanda çempionatında iştirak edib.[111] Eyni ilin oktyabr-noyabr aylarında Yunanıstanın Krit adasında keçirilmiş Avropa komanda çempionatında yenidən yığmanın şərəfini qoruyub.[112]
2018-ci ilin 23 sentyabr-6 oktyabr tarixləri arasında Gürcüstanın Batumi şəhərində keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində birinci lövhədə mübarizə aparıb.[113]
2019-cu ilin 24 oktyabr-2 noyabr tarixləri arasında Gürcüstanın Batumi şəhərində təşkil olunmuş Avropa komanda çempionatında Azərbaycan yığmasının heyətində bürünc medal qazanıb.[114] Komandasının heyətində birinci lövhədə mübarizə aparan Günay, şəxsi göstəricidə də bürünc medala sahib olub.[115]
2020 və 2021-ci il onlayn Ümumdünya Şahmat Olimpiadalarında Azərbaycan yığma komandasının heyətində üçüncü lövhədə mübarizə aparıb.[116][117]
2021-ci ilin sentyabr ayında İspaniyanın Sices şəhərində keçirilmiş dünya komanda çempionatında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində birinci lövhədə iştirak edib.[118] Eyni ilin noyabr ayında Sloveniyanın Çatej şəhərində keçirilmiş Avropa komanda çempionatında yığmanın heyətində ardıcıl ikinci dəfə bürünc medala sahib çıxıb.[119]
2022-ci ilin 28 iyul-9 avqust tarixləri arasında Hindistanın Çennai şəhərində keçirilmiş 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində birinci lövhədə mübarizə aparıb.[120]
2023-cü ilin noyabr ayında Monteneqronun Budva şəhərində təşkil olunmuş Avropa komanda çempionatında Azərbaycan yığmasının heyətində gümüş medala sahib olub.[121] Komandasının heyətində birinci lövhədə mübarizə aparan Günay, şəxsi göstəricidə də gümüş medal qazanıb.
2024-cü ilin 10-23 sentyabr tarixləri arasında Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş 45-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində birinci lövhədə mübarizə aparıb.[122]
Yığma komandada statistikası
redaktəMənbə:[123]
İl | Turnir | Şəhər | Yığma | Lövhə | Reytinqi | + | = | − | Nəticə | Yer (komanda) | Yer (şəxsi) |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
2016 | U16 Şahmat Olimpiadası | Poprad | Azərbaycan U16 | 2 | 2353 | 4 | 3 | 1 | 8-dən 5½ | 11 | bilinmir[Qeyd 3] |
2016 | Şahmat Olimpiadası | Bakı | Azərbaycan | 2 | 2361 | 4 | 3 | 3 | 10-dan 5½ | 8 | 10 |
2017 | Dünya çempionatı | Xantı-Mansi | Azərbaycan | 2 | 2368 | 3 | 5 | 1 | 9-dan 5½ | 9 | 4 |
2017 | Avropa çempionatı | Krit | Azərbaycan | 1 | 2393 | 2 | 4 | 2 | 8-dən 4 | 8 | 12 |
2018 | Şahmat Olimpiadası | Batumi | Azərbaycan | 1 | 2438 | 3 | 3 | 3 | 9-dan 4½ | 10 | bilinmir[Qeyd 4] |
2019 | Avropa çempionatı | Batumi | Azərbaycan | 1 | 2427 | 4 | 3 | 1 | 8-dən 5½ | ||
2020 | Onlayn Şahmat Olimpiadası | — | Azərbaycan | 3 | 2280 | 5 | 3 | 2 | 10-dan 6½ | 1/4 final | bilinmir |
2021 | Onlayn Şahmat Olimpiadası | — | Azərbaycan | 3 | 2280 | 4 | 0 | 3 | 7-dən 4 | Qrup mərhələsi | bilinmir |
2021 | Dünya çempionatı | Sices | Azərbaycan | 1 | 2459 | 1 | 2 | 4 | 7-dən 2 | 1/4 final | bilinmir |
2021 | Avropa çempionatı | Çatej | Azərbaycan | 1 | 2459 | 4 | 4 | 1 | 9-dan 6 | 4 | |
2022 | Şahmat Olimpiadası | Çennai | Azərbaycan | 1 | 2455 | 4 | 4 | 0 | 10-dan 6 | 7 | 5 |
2023 | Avropa çempionatı | Budva | Azərbaycan | 1 | 2441 | 4 | 3 | 1 | 8-dən 5½ | ||
2024 | Şahmat Olimpiadası | Budapeşt | Azərbaycan | 1 | 2433 | 3 | 4 | 3 | 10-dan 5 | 15 | bilinmir[Qeyd 5] |
Reytinqi
redaktəGünay Məmmədzadə 2014-cü ilin mart ayında ilk dəfə FİDE-nin "Ən yaxşı 100 qız şahmatçı" siyahısına daxil olmuşdur (55-ci yer, 2175). Onun bu siyahıda ən yüksək nəticəsi 3-cü yer olub (2442, may 2018).[127]
Günay Məmmədzadə FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb. O, FİDE-nin reytinq siyahısında əmsalına (2483, oktyabr 2022)[Qeyd 6] görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır.
Mükafatları
redaktə2007, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutub.[7]
2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi olub.[7]
2012-ci ildə "İlin ən yaxşı qız şahmatçısı" nominasiyası üzrə respublika müsabiqəsinin qalibi olub.[8]
Oyun stili
redaktəGünay Məmmədzadə qarşılaşmalara daha çox piyada e2-e4 gedişi ilə başlayır.[9] Oyun tərzini görüşün gedişinə uyğun seçir.[9] Günayın şahmat taxtasında ən çox sevdiyi fiqurlar at və vəzirdir.[23] O, bu fiqurları şahmat taxtasında özünün "əsas silahları" sayır. Şahmatçının kumiri isə norveçli dünya çempionu Maqnus Karlsendi.[23]
Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı olmuş Fikrət Sideifzadə 2017-ci ildə verdiyi müsahibədə bildirib ki, "Günay yaxşı debüt biliklərinə və möhkəm sinir sisteminə" malikdir.[129]
Şəxsi həyatı
redaktəGünay Məmmədzadə şahmatdan başqa digər idman növləri ilə də maraqlanır. O, vaxtilə voleybolla məşğul olub. Şahmat və voleyboldan başqa sevdiyi idman növləri isə atçılıq, üzgüçülük və atıcılıqdır.[23]
Günayın dillərə böyük marağı var. İngilis, rus və fransız dillərində sərbəst danışa bilir.[130]
Məmmədzadə Bakı şəhərində yerləşən 6 nömrəli "İntellekt" məktəb-liseyinin şagirdi olub.[10] O, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır.[131]
2021-ci ilin noyabr ayında hüquqşünas Aslan İsmayılovun oğlu Ziyəddin Aslanla ailə həyatı qurub.[132]
Diqqətəlayiq oyunları
redaktəa | b | c | d | e | f | g | h | ||
---|---|---|---|---|---|---|---|---|---|
8 | 8 | ||||||||
7 | 7 | ||||||||
6 | 6 | ||||||||
5 | 5 | ||||||||
4 | 4 | ||||||||
3 | 3 | ||||||||
2 | 2 | ||||||||
1 | 1 | ||||||||
a | b | c | d | e | f | g | h |
- 27 noyabr 2014-cü ildə "Qatar Masters Open" turnirində qaralarla İran təmsilçisi, kişilər arasında 12 qat İran çempionu, beynəlxalq qrosmeyster Ehsan Qaem Maqamini (rey: 2559) 31 gedişə məğlub etmişdir.[133][134]
- 14 aprel 2017-ci ildə qadınların şəxsi Avropa çempionatında ağlarla bolqarıstanlı beynəlxalq qrosmeyster, keçmiş dünya (2004) və Avropa (2002) çempionu Antoaneta Stefanovanı (rey: 2527) 35 gedişə məğlub etmişdir.[135]
- 19 iyun 2017-ci ildə dünya komanda çempionatında ağlarla rusiyalı beynəlxalq qrosmeyster, o zaman ikiqat[Qeyd 7] Avropa (2012, 2014) və üçqat Rusiya (2011, 2013, 2014) çempionu olan Valentina Quninanı (rey: 2499) 56 gedişə məğlub etmişdir.[137]
- 29 dekabr 2017-ci ildə şahmatın blits növü üzrə keçirilən şəxsi dünya çempionatında qaralarla çinli beynəlxalq qrosmeyster, gələcək dünya çempionu [Qeyd 8] Tszyuy Ventszyunu (rey: 2548) 80 gedişə məğlub etmişdir.[139]
- 30 dekabr 2017-ci ildə şahmatın blits növü üzrə keçirilən şəxsi dünya çempionatında ağlarla isveçli beynəlxalq qrosmeyster, ikiqat Avropa çempionu Pia Kramlinqi (rey: 2326) 32 gedişə məğlub etmişdir.[140]
- 30 dekabr 2017-ci ildə şahmatın blits növü üzrə keçirilən şəxsi dünya çempionatında ağlarla ukraynalı beynəlxalq qrosmeyster, keçmiş dünya (2012) və Avropa (2016) çempionu Anna Uşeninanı (rey: 2457) 46 gedişə məğlub etmişdir.[141]
- 8 avqust 2018-ci ildə Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Şahmat Festivalında ağlarla Hindistan təmsilçisi, beynəlxalq qrosmeyster Abhicit Quptanı (rey: 2614) 52 gedişə məğlub etmişdir.[142]
- 3 may 2019-cu ildə "Naxçıvan Open" şahmat festivalında ağlarla Latviya təmsilçisi, o zaman kişilər arasında sonuncu Latviya çempionu olan beynəlxalq qrosmeyster Nikita Meşkovu (rey: 2574) 39 gedişə məğlub etmişdir.[143]
Qeydlər
redaktə- ↑ Günaya qədər bu ada layiq görülmüş ən gənc azərbaycanlı şahmatçı, 2007-ci ildə, 18 yaşı olarkən bu adı almış Türkan Məmmədyarova olub.[23]
- ↑ Azərbaycan ev sahibi kimi Olimpiadada həm kişilərin, həm də qadınların yarışında üç komanda ilə təmsil olunurdu.[108][109]
- ↑ İlk üçlükdə olmadığı məlumdur.[124]
- ↑ İlk iyirmilikdə olmadığı məlumdur.[125]
- ↑ İlk onbeşlikdə olmadığı məlumdur.[126]
- ↑ Günaya qədər ən yüksək əmsallı azərbaycanlı qadın şahmatçı, 2420 xal (yanvar, 1997) toplamış İlahə Qədimova olub.[50][128]
- ↑ Valentina Qunina 2018-ci ildə üçqat Avropa çempionu olub.[136]
- ↑ Tszyuy Ventszyun 2018-ci ildə digər Çin təmsilçisi Tan Çjunyini məğlub edərək, dünya çempionu olmuşdur.[138]
İstinadlar
redaktə- ↑ 1 2 FIDE Ratings and Statistics (ing.).
- ↑ FİDE FIDE Standard Ratings as of 30 jun 2024. 2024.
- ↑ 1 2 "Şahmat üzrə dünya və Avropa birincisi". Muallim.edu.az. 13 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Mammadzada, Gunay ALL-TIME PLAYER HISTORY". Olimpbase.org. 17 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Azərbaycan şahmat tarixində rekord". Sportpress.az. 24 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Новые звания ФИДЕ - представителям Азербайджана!". Azerichess.az. 17 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 "14 yaşlı ilk qadın qrosmeyster". Dsport.az. 10 Yanvar 2016 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri". Edu.gov.az. 13 May 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 "Qadın qrosmeysterimiz: "Kişilərdən ibarət yığmada oynamaq istəyirəm"". Sportpress.az. 10 Yanvar 2016 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Dünya və Avropa çempionatlarının mükafatçısı". Anl.az. 17 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Шахматистка из Азербайджана стала чемпионкой Европы". Day.az. 26 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "European Youth U8 Championship 2008". Fide.com. 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
- ↑ "ON YAŞLI AZƏRBAYCAN ŞAHMATÇISI GÜNAY MƏMMƏDZADƏ DÜNYA ÇEMPİONU OLMUŞDUR". Azertag.az. 26 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "10-летняя азербайджанская шахматистка стала чемпионкой мира!". Apa.az. 27 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Qadınlar arasında Bakı çempionatı". Chess-results.com. 17 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "3 şahmatçımız medalla dönür". Azerisport.com. 27 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Yeniyetmələrimiz qalib gəldi". Lent.az. 27 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "14 yaşadək qızlar arasında Azərbaycan birinciliyi". Chess-results.com. 17 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Azerbaijan Women's Championship 05 – 15 March 2014, Baku". Chess-results.com. 17 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "15th European Individual Women's Chess Championship". Chess-results.com. 17 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Baku Open 2014, group A, 21 September – 01 October 2014, Baku". Chess-results.com. 17 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "4th quarter Presidential Board Meeting, 7-10 November 2014, Sochi, RUS". Fide.com. 10 May 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 "Kişilərə meydan oxuyan 16 yaşlı xanım – Portret". Kaspi.az. 9 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Qatar Masters Open 2014 26 November – 4 December 2014". Chess-results.com. 15 May 2018 tarixində arxivləşdirilib.
- ↑ ""Moskva Open 2015" beynəlxalq şahmat festivalına yekun vuruldu". Dsport.az. 22 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Moscow-Open 2015 G". Chess-results.com. 21 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan şahmatçıları "Aeroflot Open 2015" beynəlxalq turnirində uğurla çıxış edirlər". Azertag.az. 23 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Aeroflot Open 2015 B". Chess-results.com. 23 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "16th European Individual Women's Chess Championship". Chess-results.com. 23 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Top global talents compete at "Chess for Girls" tournament on campus". Webster.ac.at. 8 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "WOM Chess for Girls in Vienna Rapid-Chess". Chess-results.com. 24 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "FIDE World Junior U20 Championship (Girls)". Chess-results.com. 24 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Moscow-Open 2016 A". Chess-results.com. 26 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Aeroflot Open 2016 B". Chess-results.com. 26 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "2016-cı il qadınlar arasında Azərbaycan Çempionatı 15-23 mart 2016, Bakı". Chess-results.com. 27 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Nakhchivan Open 2016, group A, 09-18 May 2016, Nakhchivan". Chess-results.com. 28 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "European Individual Women's Chess Championship". Chess-results.com. 29 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "European Club Cup 2016 Women Section". Chess-results.com. 29 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Mammadzada, Gunay – EUROPEAN WOMEN'S CHESS CLUB CUP". Chess-results.com. 29 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Moscow-Open 2017 A". Chess-results.com. 3 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Первенство Азербайджана по шахматам (среди женщин), 2017!". Azerichess.az. 3 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "European Individual Women Chess Championship 2017". Chess-results.com. 4 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Nakhchivan Open 2017, group A, 02-12 May 2017, Nakhchivan". Chess-results.com. 6 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "World Girls under 20 Championship 2017 (150310)". Chess-results.com. 6 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "King Salman World Rapid Championship 2017 Women". Chess-results.com. 7 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "King Salman World Blitz Championship 2017 Women". Chess-results.com. 7 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Moscow-Open 2018 A". Chess-results.com. 9 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Чемпионат Азербайджана среди женщин, 2018!". Azerichess.az. 17 Aprel 2018 tarixində arxivləşdirilib.
- ↑ "Azerbaijan Women's Championship". Chess-results.com. 9 May 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 "Məşqçisi Günay Məmmədzadənin uğurundan danışdı". Futbol+. 18 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "European Individual Women Chess Championship 2018 Slovakia". Chess-results.com. 9 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Master Open Alekhine Memorial 2018". Chess-results.com. 22 İyun 2018 tarixində arxivləşdirilib.
- ↑ "Oyunçunun məlumatı". Chess-results.com. 22 İyun 2018 tarixində arxivləşdirilib.
- ↑ "2018 TÜRKİYE İŞ BANKASI SATRANÇ SÜPER LİGİ / Bireysel Masa Dereceleri". Superlig.tsf.org.tr. 8 avqust 2018 tarixində arxivləşdirilib.
- ↑ "2018 TÜRKİYE İŞ BANKASI SATRANÇ SÜPER LİGİ / Final Sıralama". Superlig.tsf.org.tr. 8 avqust 2018 tarixində arxivləşdirilib.
- ↑ "25th Abu Dhabi International Chess Festival – Masters". Chess-results.com. 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-16.
- ↑ "Oyunçunun məlumatı". Chess-results.com. 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-16.
- ↑ "23rd European Women Club Cup". Chess-results.com. 24 Oktyabr 2018 tarixində arxivləşdirilib.
- ↑ "23rd European Women Club Cup". Chess-results.com. 24 Oktyabr 2018 tarixində arxivləşdirilib.
- ↑ "King Salman World Rapid Championship 2018 Women". Chess-results.com. 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-01.
- ↑ "King Salman World Blitz Championship 2018 Women". Chess-results.com. 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-01.
- ↑ "Azerbaijan Chess Championship 2019-Women". Chess-results.com. 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-12.
- ↑ "EUROPEAN WOMEN'S INDIVIDUAL CHESS CHAMPIONSHIP". Chess-results.com. 2019-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
- ↑ "Nakhchivan Open 2019, group A, 30 April-10 May 2019, Nakhchivan". Chess-results.com. 24 May 2019 tarixində arxivləşdirilib.
- ↑ "2018–2019 Türkiye İş Bankası Satranç Süper Ligi – Takım Ana Listeleri – (Kura Sırasına Göre)". Superlig.tsf.org.tr. 15 avqust 2019 tarixində arxivləşdirilib.
- ↑ "2018–2019 Türkiye İş Bankası Satranç Süper Ligi – Tur 13'den sonra Final Sıralama". Superlig.tsf.org.tr. 15 avqust 2019 tarixində arxivləşdirilib.
- ↑ "Riga Technical University Open 2019 – Tournament A". Chess-results.com. 16 avqust 2019 tarixində arxivləşdirilib.
- ↑ "24th European Women Club Cup". Chess-results.com. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ "24th European Women Club Cup – Board list (7 turdan sonra yekun sıralama)". Chess-results.com. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ "2019 King Salman World Rapid & Blitz Championship Rapid Women". Chess-results.com. 2019-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-31.
- ↑ "2019 King Salman World Rapid & Blitz Championship Blitz Women". Chess-results.com. 2019-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-31.
- ↑ "Gibraltar International Chess Festival 2020 – Masters". Chess-results.com. 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
- ↑ "Eltac Səfərli Azərbaycanda internet üzərindən keçirilən ilk yarışın qalibi oldu". Oxu.az. 31 May 2020 tarixində arxivləşdirilib.
- ↑ "SilkwayCup online blitz chess tournament top AZERBAIJANI & GEORGIAN players". Chess-results.com. 31 May 2020 tarixində arxivləşdirilib.
- ↑ "Şahmat üzrə klublararası Avropa kuboku yarışında "Odlar yurdu" komandası 9-cu olub". Azertag.az. 2021-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-06.
- ↑ "Гюнай Мамедзаде стала третьей в финале еврокубка". Azerisport.com. 2021-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-06.
- ↑ "11th Sharjah International Cup for Women Online (Final)". Chess-results.com. 3 Aprel 2021 tarixində arxivləşdirilib.
- ↑ "European Online Chess Club Cup 2021 – Group I". Chess-results.com. 4 Aprel 2021 tarixində arxivləşdirilib.
- ↑ "European Online Chess Club Cup 2021 – Playoff B". Chess-results.com. 2021-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
- ↑ "Julius Baer Challengers Chess Tour 2021 – Challenge #1". Chess-results.com. 8 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2021.
- ↑ "Gibraltar FIDE Womens Grand Prix". Chess-results.com. 7 İyun 2021 tarixində arxivləşdirilib.
- ↑ "Julius Baer Challengers Chess Tour 2021 – Challenge #2". Chess-results.com. 2021-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
- ↑ "European Individual Women's Chess Championship 2021". Chess-results.com. 22 Avqust 2021 tarixində arxivləşdirilib.
- ↑ "Julius Baer Challengers Chess Tour 2021 – Challenge #4". Chess-results.com. 21 Sentyabr 2021 tarixində arxivləşdirilib.
- ↑ "GIBCHESS BATTLE OF THE SEXES 2022". Chess-results.com. 3 May 2022 tarixində arxivləşdirilib.
- ↑ "Гюнай Мамедзаде победила на турнире в Польше и значительно прибавила в рейтинге". Haqqin.az. 5 İyul 2022 tarixində arxivləşdirilib.
- ↑ "European Women Chess Championship 2022". Chess-results.com. 27 Sentyabr tarixində arxivləşdirilib.
- ↑ "Мамедъяров и Арабидзе выиграли турнир в Шуше". Azerisport.com. 27 Sentyabr tarixində arxivləşdirilib.
- ↑ "2022 FIDE World Rapid & Blitz Championship Rapid Women". Chess-results.com. 2022-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-31.
- ↑ "2022 FIDE World Rapid & Blitz Championship Blitz Women". Chess-results.com. 2022-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-31.
- ↑ "The Belt and Road 2022 World Chess Woman's Summit". Chess-results.com. 8 Yanvar 2023 tarixində arxivləşdirilib.
- ↑ "23rd European Women Chess Championship". Chess-results.com. 5 Aprel 2023 tarixində arxivləşdirilib.
- ↑ "Şahmatçımız Günay Məmmədzadə dünya yığmasına dəvət olunub". Azertag.az. 2 İyun 2023 tarixində arxivləşdirilib.
- ↑ "Kazakhstan vs. the World". Chess24.com. 2 İyun 2023 tarixində arxivləşdirilib.
- ↑ "Мамедзаде проиграла Конеру в шаге от финала" (rus). Azerisport.com. 18 Iyun 2023 tarixində arxivləşdirilib.
- ↑ "FIDE Women GP Series 2022–23 – Cyprus" (ingilis). Chess-results.com. 18 İyun 2023 tarixində arxivləşdirilib.
- ↑ "2023 Cairns Cup" (ingilis). Chess-results.com. 24 İyun 2023 tarixində arxivləşdirilib.
- ↑ "Мамедзаде завоевала серебро ЕВРО, Шахрияр выиграл бронзу" (rus). Azerisport.com. 24 İyun 2023 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan şahmatçısı dünya çempionatında bürünc medal qazanıb". Azertag.az. 2 Sentyabr 2023 tarixində arxivləşdirilib.
- ↑ "Günay Dünya çempionatının bürünc mükafatçısı oldu!". Chess.az. 2 Sentyabr 2023 tarixində arxivləşdirilib.
- ↑ "2023 FIDE World Rapid & Blitz Championship Rapid Women". Chess-results.com. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
- ↑ "2023 FIDE World Rapid & Blitz Championship Blitz Women". Chess-results.com. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
- ↑ "Reykjavik Open 2024". Chess-results.com. 2 May 2024 tarixində arxivləşdirilib.
- ↑ "24th European Women's Chess Championship 2024". Chess-results.com. 2 May 2024 tarixində arxivləşdirilib.
- ↑ "28th European Chess Club Cup for Women". Chess-results.com. 27 Noyabr 2024 tarixində arxivləşdirilib.
- ↑ "28th European Chess Club Cup for Women". Chess-results.com. 27 Noyabr 2024 tarixində arxivləşdirilib.
- ↑ "15th World Youth U16 Chess Olympiad: Poprad 2016". Olimpbase.org. 10 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Bakı-2016: Şahmat Olimpiadasına söz ardı". Sportline.az. 16 Aprel 2017 tarixində arxivləşdirilib.
- ↑ "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
- ↑ ""Gücümüz çatan qədər mübarizə aparacağıq" - Günay Məmmədzadə". Apasport.az. 10 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Mammadzada, Gunay WORLD WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org. 10 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Mammadzada, Gunay EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org. 10 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "43rd Olympiad Batumi 2018 Women". Chess-results.com. 2018-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.
- ↑ "22nd European Team Chess Championship 2019 Women Section". Chess-results.com. 2019-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-04.
- ↑ "22nd European Team Chess Championship 2019 Women Section". Chess-results.com. 2019-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-04.
- ↑ "Team Azerbaijan". Olymp-results.fide.com. 23 Oktyabr 2020 tarixində arxivləşdirilib.
- ↑ "2021 FIDE Online Olympiad Top Division Pool B". Chess-results.com/. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
- ↑ "https://chess-results.com/tnr581526.aspx?lan=11&art=20&turdet=YES&flag=30&snr=5". Chess-results.com. 2 May 2022 tarixində arxivləşdirilib.
- ↑ "14th European Team Chess Championship 2021 – Women". Chess-results.com. 2 May 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 May 2022.
- ↑ "44th Olympiad Chennai 2022 Women". Chess-results.com. 14 Avqust 2022 tarixində arxivləşdirilib.
- ↑ "Chess-Results Server Chess-results.com - European Team Chess Championship 2023 - Women". chess-results.com. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
- ↑ "45th Chess Olympiad Budapest 2024 Women". Chess-results.com. 26 Noyabr 2024 tarixində arxivləşdirilib.
- ↑ "Mammadzada, Gunay ALL-TIME PLAYER HISTORY". Olimpbase.org. 10 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "15th World Youth U16 Chess Olympiad: Poprad 2016, Statistics, Individual statistics". Olimpbase.org. 2018-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-14.
- ↑ "43rd Olympiad Batumi 2018 Women, Lövhə-mükafatlar (11 turdan sonra yekun sıralama) – Women". Chess-results.com. 2018-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-14.
- ↑ "Masa ödülleri (11. Turdan Sonra Sıralama) - Women". Chess-results.com. 2024-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-26.
- ↑ "Top Lists Records". Fide.com. 2021-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
- ↑ "FIDE rating history – Kadimova, Ilaha". Olimpbase.org. 18 May 2018 tarixində arxivləşdirilib.
- ↑ Round 5. Press conference with Fikret Sideifzade, head coach and captain of Azerbaijan women team Arxivləşdirilib 2022-08-11 at the Wayback Machine (4:26) (rus.) (ing.)
- ↑ "Təhsil TV: Əslində mən – Günay Məmmədzadə". Muallim.edu.az. 2019-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-04.
- ↑ "Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən tədbir keçirilib". Azertag.az. 5 Noyabr 2018 tarixində arxivləşdirilib.
- ↑ "Millimizin lideri tanınmış vəkilin oğlu ilə evləndi". fanat.az. fanat.az. 20 Yanvar 2022 tarixində arxivləşdirilib.
- ↑ "Ehsan Ghaem Maghami vs Gunay Mammadzada". Chessgames.com. 15 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Qatar Masters Open 2014 26 November – 4 December 2014". Chess-results.com. 15 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Mammadzada, Gunay – Stefanova, Antoaneta". 2700chess.com. 17 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Гунина третий раз в карьере стала чемпионкой Европы по шахматам". İTAR-TASS. 18 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Mammadzada, Gunay – Gunina, Valentina". 2700chess.com. 18 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Ju Wenjun is the 17th Women's World Champion". Chess24.com. 21 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Ju, Wenjun – Mammadzada, Gunay". 2700chess.com. 21 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Mammadzada, Gunay – Cramling, Pia". 2700chess.com. 23 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Mammadzada, Gunay – Ushenina, Anna". 2700chess.com. 23 May 2018 tarixində arxivləşdirilib.
- ↑ "Mammadzada, Gunay – Gupta, Abhijeet". 2700chess.com. 2018-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.
- ↑ "Mammadzada, Gunay – Meshkovs, Nikita". 2700chess.com. 24 may 2019 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- FIDE Chess profili
- Gunay Mammadzada. Chessgames.com (ing.)
- Gunay Mammadzada. 365Chess.com (ing.)