Gunaydin Meleyim Film 2008 - Wikipedia
Günaydın, mələyim! | |
---|---|
Janr |
dram musiqili məhəbbət |
Rejissor | Oqtay Mirqasımov |
Ssenari müəllifi | Oqtay Mirqasımov |
Baş rollarda |
Ayan Mirqasımova Bəsti Cəfərova Həmidə Ömərova Gülşad Baxşıyeva Fuad Poladov |
Operator | Rafiq Quliyev |
Bəstəkar | Elmar Fel |
Rəssamlar |
Mayis Ağabəyov Nazim Bəykişiyev Rafiq Nəsirov İsmayıl Məmmədov Mirnadir Zeynalov |
İstehsalçılar |
"Azərbaycanfilm" Kinostudiyası DB Studio (İsrail)) |
İlk baxış tarixi |
3 oktyabr 2008, Bakı, "Azərbaycan" kinoteatrı (jurnalistlər üçün qapalı nümayiş) 4 oktyabr 2008, Bakı, "Azərbaycan" kinoteatrı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 100 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Texniki məlumatlar |
10 hissə Dolby Digital 35 mm |
Rəng | rəngli |
IMDb | ID1492863 |
Məzmun
redaktəFilmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır.
Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır.
Film haqqında
redaktə- Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir.
- Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.
- Filmdə melodrama elementləri, eyni zamanda mistik məhəbbət, ülvi məhəbbət də var.
- Rafiq Quliyevin bir neçə tələbəsi operator assistenti, Oqtay Mirqasımovun tələbələri isə rejissor assistentləri kimi film üzərində işləyiblər.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Oqtay Mirqasımov
- Quruluşçu rejissor: Oqtay Mirqasımov
- Quruluşçu operator: Rafiq Quliyev
- Quruluşçu rəssam: Mayis Ağabəyov, Nazim Bəykişiyev, Rafiq Nəsirov, İsmayıl Məmmədov, Mirnadir Zeynalov
- Bəstəkar: Elmar Fel
- Rejissor: Vaqif Azəryar
- İcraçı prodüser: Nadir Əliyev
- Prodüserlər: Xamis Muradov, Oqtay Mirqasımov
- Koordinatorlar: Rafiq Dadaşov, Əliqulu Səmədov, Elman Qasımov
- Operatorlar: Rəşad Nuriyev, Ceyhun Quliyev
- Montaj: Gülşən Səlimova
- Xoreoqrafiya: Ayan Mirqasımova
- Pantomim: Elman Rəfiyev
- Qrim: Firuzə İsmayılova
- Makiyaj və saç düzümü: Fazilə Rəcəbova
- Dialoqların redaktəsi: Vaqif Əlixanlı, Eldəniz Rəsulov, Dilsuz Mustafayev
- Musiqi redaktoru: Rauf Əliyev
- Solistlər: Elmar Fel, Teymur Fel, Leonid Barştak
- Fotoqraf: Natiq İbrahimov
- Rejissor qrupu: Əli İmanov, Ələkbər İmanov, Rövşən Ağayev, Raidə Quliyeva, Səidə Ömərova, Anar Nəsibov, Zülfiyyə Ələkbərova, Afiq Həsənov, Rauf Zeynalov
- Operator qrupu: Əhməd Baraşov, Rauf Qurbanəliyev, Cəfər Əliyev, Elçin Məmmədov
- Geyim üzrə assistentlər: Elvira Hüseynova, Xalidə Ağacanlı, Nigar Babayeva, Nailə İbrahimova, Leyla Əkbərova
- Rekvizit: Səfurə Manafova
- Məsləhətçilər: Mürvət Eyyubov (polkovnik-leytenant), Arif Həbibli (polis mayoru)
- İşıq ustası: Adil Dadaşov
- İşıqçılar: Əliağa İbrahimov, Anar Almazov, Akif Rəhimov
- İcraçı prodüser müavini: Akif Əliyev
- İnzibati qrup: Marqarita Buts, Ədalət Yunusov, Nadir Muqbilov, Yalçın Cəfərov, Məmməd Səmədov
- Sürücülər: Ələkbər Abdulov, Mansur Mustafazadə
- Vizual effektlər: Elrəng, Yuri Lebedev, Valeri Averin, Andrey Poleşşuk, Vladimir Vereşşako
- Səs rejissoru: Gil Toren
- Səsləndirmə qrupu : Rövşən Həşimov, Teymur Kərimov, Bəkir Bəkirzadə, Elmira Səmədova, Rafi Çen, Eyal Kuliş, Amit Pais, Nati Taub, Biton Keren-Or, Mikki Burenşteyn
- Mix: Erez Eyni, Gil Toren, İsrael David
- Laboratoriya işləmələri: M. Qorki adına kinostudiya (Rusiya)
Rollarda
redaktəQeyd: Obrazların adları titrlərdə göstərilməyib.
- Ayan Mirqasımova — Mədinə
- Bəsti Cəfərova — Primadonna
- Həmidə Ömərova — Mədinənin qonşusu
- Gülşad Baxşıyeva — Raya
- Fuad Poladov — Fuad
- Abbas Qəhrəmanov — bağban
- Telman Adıgözəlov — teatr rejissoru
- Qurban İsmayılov — Sabir
- Elşən Rüstəmov — Mədinənin əri
- Elnur Kərimov — Rəhman
- Məmməd Səfa
- Ramiz Məlikov
- Şamil Süleymanov — Şamil müəllim
- Cəfər Namiq Kamal
- Bəxtiyar Xanızadə - Qonaq
- Şövqi Hüseynov
- Məsumə Babayeva
- Fərman Abdullayev
- Ayşad Məmmədov
- Yaqut Paşayeva
- Nazir Rüstəmov — Sultan
- İlahə Həsənova
- Elxan Qurbanov
- Məhərrəm Musayev
- Elman Rəfiyev
- Fərhad Oruclu
- Tural Qurbanov
- Elnur Abbasquliyev
- Elnur İsmayılov
- Bəhruz Əhmədli
- Əli Əlizadə
- Əflatun Abdullayev
- Səbinə Hacıyeva
- Elmirə Süleymanova
- Firuz Xudaverdiyev — təlxək
Filmi səsləndirənlər
redaktə- Rasim Balayev — Fuad (Fuad Poladov) (titrlərdə yoxdur)
- Səidə Quliyeva — Raya (Gülşad Baxşıyeva) (titrlərdə yoxdur)
- Vüsal Murtuzəliyev — Rəhman (Elnur Kərimov) (titrlərdə yoxdur)
- Ruslan Nəsirov — teatr rejissoru (Telman Adıgözəlov) (titrlərdə yoxdur)
- Nəcibə Hüseynova — Mədinə (Ayan Mirqasımova) (titrlərdə yoxdur)
- Rövşən Məmmədli - Qonaq (Bəxtiyar Xanızadə)(titrlərdə yoxdur)
Sponsorlar
redaktəÇəkilişə köməklik edən qurumlar
redaktə- Azercell Telekom
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İdarəsinə
- Bakı şəhər Baş Polis İdarəsi
- Bakı şəhər Dövlət Yol Polisi İdarəsi
- Azərbaycan Respublikası Milli Bankı (Xəzinə Departamenti)
- Bakı Metropoliteni idarəsi
- "İmam Hüseyn" məscidi
- "Kermur Plaza" şirkəti
- "Master Tibot" şirkəti
- "La Skala" firma-mağazası
- "Xəzlər" firma-mağazası
- "London-Pioneer" firma-mağazası
- "Mirvari" restoranı
- "Karamel" restoranı
Çəkilişə kömək edənlər
redaktə- Hacı Əbdül Almazoğlu (İmam Hüseyn məscidi)
- Eldor Urazbayev (Rusiya)
- Rafiq Əliyev
- Fuad Kərimov
- Yusif Axundzadə (polkovnik)
- Rövşən Məhərrəmov (polkovnik)
- Elçin Muradov ("Kermur Plaza" şirkəti)
Mənbə
redaktə- "Günaydın, mələyim" filmi haqqında //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 8.