Gunortadan Sonra Mehebbet Film 1957 - Wikipedia
"Günortadan sonra məhəbbət" (ing. Love in the Afternoon) — rejissor Billi Uaylderin filmi.
Günortadan sonra məhəbbət | |
---|---|
ing. Love in the Afternoon | |
Janr |
komediya melodram |
Rejissor | Billi Uaylder |
Prodüser | Billi Uaylder |
Əsərin müəllifi | Klod Ane |
Ssenari müəllifləri |
Billi Uaylder İ.A.L. Daymond |
Baş rollarda |
Qeri Kuper Odri Hepbern Moris Şevalye |
Operator | Uilyam Mellor |
Bəstəkar | Frans Vaksman |
Rəssam | Aleksandr Trauner |
İstehsalçı | Allied Artists Pictures Corporation |
Distribütor | Netflix |
İlk baxış tarixi | 30 iyun 1957 |
Filmin digər adı | Ariana |
Filmin növü | bədii film |
Müddət | 130 dəqiqə |
Büdcə | 2,1 milyon $[1] |
Gəlir | 2 milyon $[2] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1957 |
Rəng | ağ-qara |
IMDb | ID0050658 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəCazibədar gənc qız, Ariana Şavess gələcək violonçel ifaçısı kimi konservatoriyada təhsil alır. O, şəxsi xəfiyyə olan atası Klodla birlikdə yaşayır. Klod bir-birinə xəyanət edən ər-arvadları izləməklə özünə çörəkpulu qazanır. Bu dəfə onun köhnə marağının hədəfi Amerika pleyboyu Frenk Flenneqandır.
Müştərilərdən biri arvadı ilə Flenneqanın eşq macərasından xəbər tutur və ona atəş açmaq qərarına gəlir. O, Flenneqanın öz məşuqələrilə görüşdüyü "Ris" otelinə daxil olur. Lakin orada arvadının əvəzinə "milyonçu" Ariananı tapır. Evdə atasının söhbətlərinə qulaq asan Ariana Frenkə qabaqcadan xəbərdarlıq edir və onu ölümdən qurtarır.
Bir ildən sonra tale Frenklə Ariananı Parisdə yenidən qarşılaşdırır. Frenkdə qısqanclıq doğurmaq üçün Ariana üzünə bədbəxt qadın maskası taxır. O, Frenkə tanınmış və varlı kişilərlə olan çoxsaylı sevgi macəralarından danışır. Əslində isə, o, Ariananın aşiq olduğu ilk şəxsdir. Artıq Frenk ümidsizliyə düçar olub. Ariana ona adını belə demədən çıxıb gedir.
Onu son dərəcə maraqlandıran bu qız haqqında həqiqəti öyrənmək üçün Frenk qarşısına çıxan ilk şəxsi xəfiyyədən kömək istəyir. Bu qızın atası Klod Şavess olur...
Film haqqında
redaktə- Film Klod Anenin "Rus qızı Ariana" əsəri əsasında çəkilmişdir[3].
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi : Klod Ane
- Ssenari müəllifləri : Billi Uaylder, İ.A.L. Daymond
- Rejissor : Billi Uaylder
- Operator : Uilyam Mellor
- Rəssam : Aleksandr Trauner
- Bəstəkar : Frans Vaksman
- Prodüser : Billi Uaylder
- Rejissor assistenti : Pol Feyder
- Montaj : Leonid Azar
Rollarda
redaktə- Qeri Kuper – Frenk Flenneqan
- Odri Hepbern – Arianna Şavess
- Moris Şevalye – Klod Şavess
- Con Makqiver – cənab X
- Van Duad – Mişel
- Liza Burden – xanım X
- Olqa Valeri
İstinadlar
redaktə- ↑ Balio, Tino (1987). United Artists: the company that changed the film industry, page 164
- ↑ "Top Grosses of 1957", Variety, 8 January 1958: 30
- ↑ "Ariane: La sexualité davantage censurée en 1957 qu'en 1930". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-16.
Mənbə
redaktəXarici keçidlər
redaktə- Love in the Afternoon — Internet Movie Database saytında
- Love in the Afternoon TCM Movie Database saytında
- Love in the Afternoon AllMovie saytında