Gurculer - Wikipedia
Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət.
Ümumi sayı | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
5 - 7 milyon | ||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||
Dili | ||||||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||||||||||||
Formalaşması
redaktəKartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi. Bu üç dil Kartuli dilindən gəlməkdədir. Kartveli tayfalarından tək bir Kartveli xalqının meydana gəlməsi uzun bir müddətdə reallaşmışdır. Bu formalaşmada başqa xalqlar və tayfalar da iştirak etmişdir. Onlar müxtəlif səbəblərdən Kartveli tayfalarının yaşadığı torpaqlarda yaşayırdılar və zamanla gürcüləşirdilər.[7]
Məskunlaşma və say
redaktə2002-ci ildə aparılmış siyahıyaalmanın nəticələrinə görə Gürcüstanda gürcülərin sayı 3661,2 min nəfər, 1999-cu ildə Azərbaycanda isə 14,9 min nəfər təşkil etmişdir. Bunların 12 000 nəfəri gürcülərin bir subetnik qrupu olan ingiloylardır.
Türkiyədə yaşayan gürcülərin sayı haqqında 70 mindən 1 milyonadək müxtəlif rəqəmlər söylənilir. Ancaq 120–150 min rəqəmi daha inandırıcı sayılır. Türkiyədə yaşayan gürcülər 19-cu yüzildə indiki Gürcüstan ərazilərində müsəlman gürcülərin yaşadıqları torpaqlar Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra Türkiyəyə köçmüşlərin törəmələridir. Rusiyada yaşayan gürcülərin sayının isə 1 mln. olduğu ehtimal edilir. Rusiyaya ilk gürcü köçləri hələ orta əsrlərdə baş vermişdi. Daha sonra gürcü hakimlərinin Osmanlıya və Qacarlıya qarşı Rusiyaya sığınma siyasətlərindən dolayı köçlər daha da artmışdı. Hazırda Rusiyada yaşayan gürcülərin çoxusu başlıca olaraq 1990-cı illərdə işsizlikdən dolayı köç edənlərdir.
İstinadlar
redaktə- ↑ "Ethnic Groups of Georgia: Censuses 1926 – 2002" (PDF) (ingilis). European Centre for Minority Issues Caucasus. Archived from the original on 2015-11-22. İstifadə tarixi: 2015-11-22..
- ↑ "Всероссийская перепись населения 2002 года". 2008-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-24.
- ↑ "Всеукраїнський перепис населення 2001. Русская версия. Результаты. Национальность и родной язык". 2010-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-07.
- ↑ "Этнический состав Азербайджана (по переписи 1999 года).Демоскоп". 2010-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-07.
- ↑ "Ethnologue: Georgian". 2012-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.
- ↑ "Ethnic groups in Turkey: Georgians". 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.
- ↑ "Kartvellərin əsli". 2015-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-30.