Gedebey Yatagi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Gədəbəy yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır.
Gədəbəy yatağı azərb. Gədəbəy yatağı | |
40°34′46″ şm. e. 45°47′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy |
Yataq tipi | Epitermal |
Ehtiyatı | 22 000 t |
Hasilat üsulu: | Açıq və yeraltı mədən |
İllik hasilat: | ≈7,5 t |
Hasilatçı: | Azərbaycan Beynəxalq Mədən Əməliyyat Şirkəti |
Tarixi
redaktəYataqda mədənçiliyin tarixi 2000 il əvvələ gedib çıxır. Daha sonrakı 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simesn Qardaşları" tərəfindən başladılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır.
Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company — AIMC) tərəfindən bərpa olundu. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədilə "heap leach" tipli zavod quruldu. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında olmuşdur.[1]
Hasilatın Pay Bölgüsü
redaktəYatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur. Yatağın işlənilməsi üçün ilk dəfə 1997-ci ildə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə ABŞ-nin "R. V. İnvestment Group Services LLC" şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Şirkət layihə üçün zəruri olan bütün kapitalı təmin edir.[2]
Azərbaycan hökuməti tərəfindən təsdiq edilən və 2005–2009-cu illəri əhatə edən 4 illik İş Proqramı əsasında Gədəbəy, Qoşa və Ordubad kontrakt sahələrində geoloji-kəşfiyyat işlərinə başlanıb. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti 2006–2007-ci illərdə Gədəbəy Kontrakt Sahəsində yerləşən eyniadlı qızıl-mis yatağında almaz və əks-sirkulyasiya üsulları ilə ümumi dərinliyi 17700 metr olan 146 kəşfiyyat quyusu qazmaqla yatağın filiz ehtiyatlarını qiymətləndirib. Quyuların maksimum dərinliyi 270 metr olub. Əksər quyularda yer səthindən 120 metr dərinlikdə filizləşmə zonası kəsilməsinə baxmayaraq, dərinlik üzrə etibarlı məlumat əldə etmək məqsədilə qazma işləri davam etdirilib. Layihəyə mal-material, iş və xidmətlər ilə bağlı 50-yə yaxın subpodratçı təşkilat cəlb olunub. Kəşfiyyat, tikinti-quraşdırma işlərinə və avadanlığa ümumilikdə 60 milyon dollardan çox vəsait sərf edilib.
Geologiyası
redaktəBu yataq qalınlığı 300 m-ə qədər olan Üst Bayosunun vulkanogen çökmə süxurların kompleksindən təşkil olunub. Bunlar litoloji tərkibcə tuflardan, tuf brekçiyalardan və tuf konqlomeratlardan ibarətdir. Yataq daxilində filiz kütlələri porfiritlərin lokallaşdığı sahələrdə inkişaf tapmışdır. Porfiritlər intensiv hidrotermal metasomatik dəyişilmələrə məruz qalmış və ayrı-ayrı yerlərdə kvarslaşma, xloritləşmə, epidotlaşma və kaolinləşmə ilə təmsil olunurlar. Yataqda aşkar olunmuş damar süxurları dolerit porfiritlərdən ibarətdir. Onlar şimal-qərb istiqamətində uzanmış daykalar əmələ gətirirlər. Daykalar da yan süxurlar kimi hidrotermal metasomatik dəyişmələrə məruz qalmışdır. Yatağın strukturunda qırılma strukturları xüsusəndə submeridianal istiqamətli qırılmalar geniş inkişaf etmişdir.[3]
Mineralogiyası
redaktəGenezisi
redaktəGədəbəy yatağı keçmiş terminologiya "qızıl-mis-kolçedan" kimi təsvir edilmişdir. Lakin müasir dövrümüzdə həm yerli, həm də əcnəbi geoloqlar tərəfindən tamamilə fərqli terminalogiya istifadə olunur.[4][5] Aparılan elmi tədqiqatlarla yatağın epitermal tipə aid olduğu sübut olunmuşdur. Mineraloji tərkib, dəyişilmənin müxtəlifliyi və digər süxusiyyətlər yatağın epitermal tipin hansı alt tipinə aid olmasında müəyyən qədər çətinlik yaratmışdır. Müxtəlif tədqiqatlarda həm orta, həm də yüksək sulfidli olduğu göstərilir.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Gedabek contrak area Arxivləşdirilib 2022-05-31 at the Wayback Machine. angloasianmining.com
- ↑ Azərbaycan Respublikasının 17 mart 1998-ci il tarixli 456–1Q nömrəli qanunu [ölü keçid]
- ↑ Elnur İbiş oğlu Səfərov "Kiçik Qafqazın faydalı-qazınti yataqları" Bakı-2012
- ↑ Kula C. Misra, 2000. Understanding Mineral Deposits
- ↑ Noel C. White and Jeffrey W. Hedenquist. Epithermal gold deposits. Styles, characteristics and exploration. SEG Newsletter, 1995, No. 23, pp. 1, 9–13
- ↑ Hemon, 2013. The Gedabek quartz-adularia-pyrite altered, Cu-Au-Ag epithermal deposit, Western Azerbaijan; Lesser Caucasus: Geology, alteration, mineralisation, fluid evolution and genetic model. MSc Thesis
Xarici keçidlər
redaktə- Gədəbəy rayonu Arxivləşdirilib 2013-05-29 at the Wayback Machine (az.)
- yeni qızıl yatağı tapılıb Arxivləşdirilib 2017-07-02 at the Wayback Machine (az.)
- Milli.az Arxivləşdirilib 2013-03-17 at the Wayback Machine