Geray Esedov - Wikipedia
Əsədov Gəray Lətif oğlu (1923, Şahsevən[d], Qaryagin qəzası – 12 oktyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı.
Əsədov Gəray | |
---|---|
Əsədov Gəray Lətif oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şahsevən, Qaryagin (Cəbrayıl) qəzası, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Marqrit adası, Rumıniya |
Milliyyəti | azərbaycanlı |
Atası | Əsədov Lətif |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | piyada |
Xidmət illəri | 1942-1944 |
Rütbəsi | çavuş |
Döyüşlər | |
Təltifləri |
|
Həyatı
redaktəGəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olmuşdur. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışmışdır.
1942-ci ildə hərbi xidmətə getmişdir. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşmüş: Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak etmişdir.
1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb. Əlbəyaxa döyüşlər zamanı göstərdiyi şücaət onun şan-şöhrətini daha da artırıb.Xüsusilə Xuedin şəhəri uğrunda döyüşlərdə düşmən minomyotunun heyətini məhv edərək şəxsən özü minomyotun arxasına keçib və onun üzünü düşmən istiqamətinə çevirərək xeyli canlı düşmən qüvvəsini məhv edib.Həmin döyüşlərdə göstərdiyi igidliyə görə Gəray Əsədov "Qırmızı Bayraq ordeni"nə layiq görülüb.1944-cü il oktyabr ayının 19-da isə Gəray Əsədov uzaq Rumıniyada qumbara ilə düşmənin bir neçə atəş nöqtəsini susdurub, qumbarası, gülləsi tükənəndə isə öz köksünü düşmənin dəzgah pulemyotunun qarşısına verərək əməliyyatın uğurla başa çatmasına zəmin yaradıb. Aleksandr Matrosovun qəhrəmanlığını təkrar edən həmyerlimizin adı əbədi olaraq Böyük Vətən müharibəsi tarixinə qızıl hərflərlə yazılıb. Ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 24 martında verilmişdir[1].Məzarı Vətənimizdən uzaqlarda olsa da xalqımız igid oğlunun adını həmişə əziz tutur.
Xatirəsi
redaktəTəhsil aldığı kənd məktəbinə və rayonun bir küçəsinə onun adı verilmişdir.
İstinadlar
redaktə- ↑ "Асадов Герай Лятиф огл". 2010-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.
Xarici keçidlər
redaktə- Mayıl Alıcanov. Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov. Bakı, "Gənclik", 1975 (az.)
- Gəray Əsədovun ev muzeyi. Kəpəz TV, 17.03.2014 Məmmədov Əhməd