Georgi Akropolit - Wikipedia
Georgi Akropolit (yun. Γεῶργιος Ἀκροπολίτης, lat. Georgios Akropolites; 1217[1][2], Konstantinopol[2] – avqust 1282[1], Konstantinopol[2]) — Bizans tarixşünası. XIII əsrin ən önəmli Bizans tarixçilərindən biri olan Akropolitin əsərləri Nikeya imperiyasının tarixi üçün istifadə edilən əsas mənbələrdəndir.
Georgi Akropolit | |
---|---|
Doğum tarixi | 1217[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | avqust 1282[1] |
Vəfat yeri | |
Elm sahəsi | tarix |
Həyatı
redaktəGeorgi Akropolit 1217-ci ildə, Bizans imperiyasının paytaxtı olan Konstantinopol şəhərində, bir zadəgan ailəsində anadan olmuşdur. O, 16 yaşında ikən təhsilini davam etdirmək üçün atası tərəfindən imperator III Duka İoann Vatasın sarayına göndərilmişdir. Nikeyada o, şagirdlərinə hesab, müstəvi və sferik cisimlərin həndəsəsi, optika, astronomiya, məntiq, sillogistika və tibb fənlərini öyrədən məşhur filosof Nikifor Blemmidin müəllimliyi altında təhsil almışdır. Akropolit təxminən 1239-cu ildə III Duka İoann Vatasın saray həkimi olmuş, bir neçə il sonra dostu və Nikeya taxtının varisi II Feodor Laskarisin müəllimi təyin edilmişdir. Feodor 1254-cü ildə taxta çıxmış və Akropoliti özünə məsləhətçi təyin etmişdir. O, 1257-ci ildə baş komandan təyin edilmiş, daha sonra diplomatik arenaya daxil olmuşdur. Akropolit 1282-ci ildə Trabzon imperiyasına səfir təyin edilmiş, lakin elə həmin il orada vəfat etmişdir.
Əsas əsəri olan "Tarix" Nikeya imperiyasının tarixi üçün istifadə edilən əsas mənbələrdəndir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 11. ISBN 978-2-221-06888-5
Mənbə
redaktə- Жаворонков, П. И. Личность и творчество Георгия Акрополита // Георгий Акрополит (rus). Sankt-Peterburq: История. 2005. səh. 14—44.
- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- Лавров, П. Л. Акрополита Георгій // Энциклопедический словарь, составленный русскими учеными и литераторами. II. Sankt-Peterburq: Тип. И. И. Глазунова и Комп. 1862. səh. 384.
- Lomouri, N. ენციკლოპედია საქართველო (gürcü). 2. Tbilisi. 2012. səh. 24.
- გამყრელიძე, ა. გიორგი აკროპოლიტესი და მისი ცნობები საქართველოს შესახებ (gürcü). Tbilisi: «მასალები საქართველოსა და კავკასიის ისტორიისათვის». 1954. səh. 31.
- Macrides, R. George Akropolites' Rhetoric // Jeffreys, E. (redaktor). Rhetoric in Byzantium. Papers from the Thirty-fifth Spring Symposium of Byzantine Studies, Exeter College (ingilis). University of Oxford. March 2001. səh. 201-211.