Geostasionar Orbit - Wikipedia
Geostasionar orbit — Yerin ekvator xətti üzərində yerləşən dairəvi orbit. Bu orbitdə yerləşən süni peyk Yerin öz oxu ətafında fırlanmasının bucaq sürətinə bərabər sürətlə fırlanır və daima yer səthindəki eyni nöqtənin üstündə yerləşir.
Geostasionar orbit geosinxron orbitin bir növüdür və rabitə, televiziya yayımı peyklərinin yerləşdirilməsi üçün istifadə edilir.
Peyk Yerin dövretmə istiqamətində, 35 786 km yüksəklikdə fırlanmalıdır. Məhz bu yüksəklik peykə Yerin öz oxu ətrafında dövretmə sürətinə bərabər sürətlə (23 saat, 56 dəqiqə, 4,091 saniyə) fırlanmağa imkan verir.
Geostasionar orbitin üstünlükləri yazıçı-fantast Artur Klarkın 1945-ci ildə "Wireless World" jurnalında dərc etdirdiyi elmi-populyar məqalədən sonra məşhurluq qazandı. Buna görə də qərbdə geostasionar və geosinxron orbitlər həmçinin "Klark orbiti", kosmik fəzanın Yerdən 36000 km hündürlükdə, ekvator xətti üzərində yerləşən hissəsi isə "Klark həlqəsi" adlandırılır.
Geostasionar orbitə çıxarılan ilk süni peyk 19 avqust 1964-cü ildə ABŞ tərəfindən buraxılan "Syncom-3" olmuşdur.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Graphical derivation of the geostationary orbit radius for the Earth Arxivləşdirilib 2008-11-20 at the Wayback Machine
- ORBITAL MECHANICS (Rocket and Space Technology)
- List of satellites in geostationary orbit
- Clarke Belt Snapshot Calculator Arxivləşdirilib 2006-06-26 at the Wayback Machine
- 3D Real Time Satellite Tracking