Geostrategiya Jurnal - Wikipedia
Geostrategiya — Azərbaycanda nəşr olunan aylıq ictimai-siyasi, elmi-publisistik jurnal.[1]
Geostrategiya | |
---|---|
Baş redaktor | Əli Həsənov |
Növ | ictimai-siyasi, elmi-publisistik |
Dövrilik | aylıq |
Nəşriyyat | Azərbaycan nəşriyyatı |
Təsisçi | "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi |
İlk buraxılışı | 1 yanvar 2011 | )
Ölkə | Azərbaycan |
strategiya.az |
Haqqında
redaktəGeostrategiya jurnalının təsisçisi "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi, baş redaktoru isə tarix elmləri doktoru, professor Əli Həsənovdur.
Jurnal Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyi, ölkənin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırır.[2] Nəşrin hər nömrəsində Azərbaycanın strateji maraqlarının, tarixinin, mədəniyyətinin, incəsənətinin, iqtisadiyyatının, karbohidrogen ehtiyatlarının təhlilinə yer verilir.[2] Jurnalda neft və təhlükəsizlik strategiyasının hazırlanması və həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması kimi aktual məsələlərə də diqqət ayrılır.
Jurnal, əsasən, Azərbaycan dilində fəaliyyət göstərsə də, rusdilli auditoriyanın istəyi nəzərə alınaraq rus dilində də yazılar dərc edilir.[3]
Geostrategiya jurnalı Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərdəndir.[4]
İstinadlar
redaktə- ↑ "Yeni "Geostrategiya" jurnalı nəşrə başlamışdır" (az.). azertag.az. 2011-05-25. 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
- ↑ 1 2 ""Geostrategiya" jurnalının növbəti nömrəsi çapdan çıxıb" (az.). trend.az. 2014-01-25. 2017-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
- ↑ ""Geostrategiya" jurnalının növbəti nömrəsi çapdan çıxdı" (az.). azadinform.az. 2013-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
- ↑ "Dövri elmi nəşrlərin siyahısı" (PDF) (az.). aak.gov.az. 2013-10-05. 2019-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-27.