Gilemeyve Bitkiler - Wikipedia
Giləmeyvə bitkilər — yeməli meyvəsi məişətdə giləmeyvə adlanan çoxillik kol, yarımkol və ot bitkiləridir. Bir giləmeyvə kiçik, ətli meyvədir. Giləmeyvə ümumiyyətlə şirəli, yuvarlaq, parlaq rəngli, şirin, turş olur. Tipik nümunələr çiyələk, moruq, böyürtkən, böyürtkən, qırmızı qarağat, ağ və qara qarağatdır. Giləmeyvə bütün dünyada yeyilir.[1] Bəzi giləmeyvə ticari əhəmiyyətə malikdir.[2] Giləmeyvə sənayesi, ölkələrdə təbii şəraitdə becərilən və ya yetişdirilən giləmeyvə növləri kimi dəyişir. Moruq və çiyələk kimi bəzi giləmeyvələr yüz illərdir yetişdirilir və çöl meyvələrindən fərqlənir, digər giləmeyvələr , yalnız təbiətdə böyüyür.[3]
Ümumi məlumat
redaktəGiləmeyvə bitkilərindən ən çox çiyələk, moruq, qarağat, firəngüzümü, böyürtkən, cır mərsin, quşarmudu, aktinidiya və çaytikanı becərilir.[4] Yabanı giləmeyvə bitkilərnin ən əhəmiyyətlisi mərcanı, mərcangilə və qaragilədir. Azərbaycan respublikasının dağ, meşə və çöllərində çoxlu yabanı giləmeyvə bitkilər bitir. Giləmeyvədə şəkər, mineral maddələr, üzvi turşular, vitaminlər, aromatik maddələr var. Yeyilir, mürəbbə, cem, şirə, kompot və s. hazırlanır, bəziləri isə dərman kimi istifadə edilir.[5] Giləmeyvələrin tərkibi vitaminlər, üzvi turşular, bioloji fəal maddələr və digər elementlərlə zəngin olmaqla böyük qida və tibbi əhəmiyyətə malikdir. Belə ki, giləmeyvələr müntəzəm qəbul edilməklə bir çox xəstəliklərin profilaktikasında və müalicəsində geniş istifadə olunur. Giləmeyvələr güclü antiseptik və antibiotik xüsusiyyətli olmaqla orqanizmin immunluq qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Bu bitkilər eyni zamanda iqtisadi cəhətdən yüksək gəlirli bitkilərdir. Bu baxımdan giləmeyvə məhsulu istehsalının artırılması günün vacib məsələlərindən biridir. Giləmeyvə bitkiləri digər meyvə bitkiləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir.[6] Giləmeyvələr əkindən sonra tez məhsula düşür, meyvələri tez yetişir, hər il sabit və yüksək məhsul verir. Eyni zamanda bitkiləri həddindən artıq yığcam (kompakt) olduğundan hektarda bitki sayı daha çox olur ki, nəticədə sahə vahidindən daha yüksək məhsul əldə etmək olur. Giləmeyvə bitkiləri vegetativ hissələrlə daha asan artırıldığından qısa müddətdə kütləvi əkin materialı istehsal oluna bilir/[7]
Çiyələk
redaktəÇiyələyin meyvələri giləmeyvə qrupuna aiddir.Giləmeyvələrdə toxum yuvası olmur və toxumlar birbaşa şirəli lətin içərisində yerləşir. Çiyələk meyvəsi yalançı meyvədir. Meyvə çiçək yatağının şişməsindən əmələ gəlir. Çiyələkmeyvələri quruluşuna görə yığım meyvə tipinə daxildir. Yığım meyvə dedikdə bir çiçək yatağı üzərində bir-birinə sıx bitişmiş dişiciklərdən əmələ gəlmiş gilələr nəzərdə tutulur. Yəni burada hər gilə bir dişicikdən əmələ gəlmişdir və onlar bir əsasda bir-birinə bitişdiyindən yığım meyvə adlanır.
Moruq və böyürtkən
redaktəMoruq və böyürtkən bitkilərinin meyvələri giləmeyvə qrupuna aiddir. Meyvənin quruluşuna görə yığım meyvə tipinə aiddirlər. Moruq və böyürtkən bitkiləri zoğ üzərində məhsul verir. Əgər yuxarı yerləşən tumurcuqlar müəyyən səbəblərdən məhv olarsa onda aşağıda yerləşən tumurcuqlardan məhsul zoğları yaranır. Lakin bu zoğlar az məhsul verir. Daha məhsuldar zoğlar gövdənin orta və yuxarı hissəsində yerləşir. Onlar üzərində məhsulun 86 %-i formalaşır. Moruq və böyürtkənin toxumları bir qədər sərt qabığa malikdir. Çiyələk bitkisinin toxumları ilə müqayisədə bir qədər iridir.
Firəng üzümü
redaktəFirəng üzümünün meyvəsi yalançı giləmeyvədir. Giləsi müxtəlif irilikdə (3–20 qram), yumru və ya uzunsov oval formalı, ağ, yaşıl, sarı, çəhrayı, qırmızı, bənövşəyi, qara rəngli, tüklü və tüksüz olur. Firəng üzümünün toxumları qəhvəyi rəngli olub bir qədər sərtdir. Çiçək tumurcuqları birillik (qarışıq və ya mürəkkəb meyvə budaqcıqları), ikiillik və çoxillik hissələr (həlqəli və dəstə meyvə budaqcıqları) üzərində formalaşır. Məhsulun əsas hissəsi (70–80 %) bir və ikiillik budaqcıqlarda yaranır.
Qarağat
redaktəQarağat meyvələri salxımda yerləşir. Gilələr əsasən yumru, sortlardan asılı olaraq bəzənuzunsov-oval formalı olur. Qarağat meyələri sortlardan asılı olaraq qara, qırmızı, qızılı, ağımtıl, tünd bənövşəyi rəngli olur. Qarağat toxumları sərt qabığa malik olur. Bir qədər iridir. Qabığı qonur rənglidir. Qarağat bitkisi əsasən ikiillik hissələrdə məhsul verir. Qara, ağ və qızılı qarağat sortlarında birinci il güclü vegetativ böyümə gedir. İkinci ildən başlayaraq vegetativ böyümə ləngiyir. Bütün qarağat sortları birillik kök pöhrələrində demək olar ki, məhsul vermir. İkiillik hissələrdə isə az miqdarda məhsul formalaşır.
Kivi
redaktəMeyvələri oval formalı və nazik qabıqlı olub üzəri xırda qəhvəyi rəngli tükcüklərlə sıx örtülüdür. Meyvə ləti parlaq yaşıl rəngli, ətirli, şirəli və xoş tamlıdır. . Bir meyvədə toxumun sayı 90 ədədə qədər olur. Toxumları çox xırda olmaqla qəhvəyi və yaxud sarımtıl rənglidir. 1000 toxumun kütləsi 0,82–1 qramdır. Kivi bitkisinin çiçəkləri ağ rəngli olub ləçəkləri arxa tərəfdən bir qədər çəhrayırəngə çalır. Gözəl ətirə malikdir. Bitki ikievli olub, çiçəkləri bircinsiyyətlidir (Şəkil 1.33). Ona görə də plantasiya salınarkən hər 5–6 cərgə dişi çiçəkli bitkiyə bir cərgə erkək çiçəkli bitki əkilməlidir. Çiçəkləri ikicinsiyyətli də ola bilər. Çiçək yanlığı ikiqatdır. Kasa yarpaqlarının və ləçəklərinin sayı 5-dir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Berry". The Free Dictionary. 1 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2015.
- ↑ Thiem B. "Rubus chamaemorus L. – a boreal plant rich in biologically active metabolites: a review" (PDF). Biological Letters. 40 (1). 2003: 3–13. 2017-08-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
- ↑ "Soft Fruit List: 2014–15". Royal Horticultural Society. 11 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2015.
- ↑ Chittaranjan Kole, redaktorWild Crop Relatives: Genomic and Breeding Resources: Temperate Fruits. Springer. 2011. 22–23. ISBN 9783642160578. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
- ↑ Kiger, Robert W.; Porter, Duncan M. "Find term 'berry'". Categorical Glossary for the Flora of North America Project. 2001. 20 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2015.
- ↑ (PDF) (az.). 30.04.2021 http://www.trims.edu.az/noduploads/book/quot-gilameyva-bitkilari-quot-modulu-uzra-dars-vasaiti.pdf (#bare_url_missing_title). 2021-10-27 tarixində arxivləşdirilib (PDF).