Giorgi Qaxariya - Wikipedia
Giorgi Qaxariya[1] (bəzi Azərbaycandilli mənbələrdə Giorgi Qaxaria;[2][3] gürc. გიორგი გახარია; 19 mart 1975, Tbilisi) — gürcü siyasətçisidir. 13 noyabr 2017-ci ildən — Gürcüstan Baş Nazirinin müavini, Gürcüstan Daxili İşlər Naziri, 2019-cu ilin may ayında Milli Təhlükəsizlik Şurasının katibi təyin edildi. 3 sentyabr 2019-cu ildən 18 fevral 2021-ci ilədək Gürcüstanın Baş naziri vəzifəsini yerinə yetirib.[4]
Giorgi Qaxariya | |
---|---|
gürc. გიორგი გახარია | |
8 sentyabr 2019 – 18 fevral 2021 | |
Prezident | Salome Zurabişvili |
Əvvəlki | Mamuka Baxtadze |
Sonrakı | İrakli Qaribaşvili |
13 noyabr 2017 – 8 sentyabr 2019 | |
Əvvəlki | Giorgi Mqebrişvili |
Sonrakı | Vaxtanq Qomelauri |
17 iyul 2018 – 8 sentyabr 2019 | |
Əvvəlki | Dimitri Kumşişvili |
Sonrakı | Thea Sulukyani |
Milli Təhlüksizlik Şurasının katibi | |
1 may 2019 – 3 sentyabr 2019 | |
Əvvəlki | David Rakviaşvili |
Sonrakı | Levan İzorya |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 mart 1975 (49 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təhsil
redaktə1992–1994-cü illərdə Qaxariya Tiflis İvane Cavaxişvili Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1994–1999-cu illərdə Lomonosov adına Moskva Dövlət Universitetində oxuyub. Siyasi Elm Magistrıdır.[5] 2002–2004-cü illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Ali Biznes Məktəbində (Biznes Menecmenti Magistri) təhsil almışdır. 2006–2009-cu illərdə Moskva Dövlət Universitetində Tətbiqi Biotexnologiya kafedrasının dəvət olunmuş müəllimi olmuşdur.[5]
İş həyatı
redaktəQaxariya 2004-cü ilin mayından 2008-ci ilin noyabrınadək SFK Qrupunun baş direktoru vəzifəsini tutdu. 2008-ci ilin noyabrından 2013-cü ilin fevral ayına qədər Şərqi Avropa, MDB ölkələri və Rusiya Federasiyasındakı Lufthansa Service Holding AG-də (LSG, Frankfurt am Main) Almaniyanın GR və Biznesin İnkişafı üzrə Direktor vəzifəsini tutdu.[5]
Siyasi karyerası
redaktəGiorgi Qaxariya siyasi karyerasına 2013-cü ilin martından, Gürcüstanın İş Ombudsmanı olduqdan sonra başlamışdır. O, vəzifəsini 2016-cı ilin iyul ayına qədər icra etdi. 2014-cü ilin dekabrından 2016-cı ilin sentyabrına qədər G. Qaxariya İqtisadi Şuranın katibi oldu. 27 noyabr 2016-cı il tarixdən 13 noyabr 2017-ci ilədək — Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri idi. 13 noyabr 2017 tarixində Giorgi Qaxariya Gürcüstanın Daxili İşlər Naziri vəzifəsinə təyin edildi. Baş nazirin müavini vəzifəsini tutdu. Baş nazir vəzifəsinə namizəd olandan sonra, 8 sentyabr 2019-cu ildə Qaxariyanın da tərkibində olduğu kabineti parlamentdə qalib gəldi.[5] 18 fevral 2021-ci ildə baş nazir vəzifəsindən istefa verib.[6]
Daxili İşlər naziri
redaktə2017-ci ilin noyabr ayında Gürcüstan hökuməti, o cümlədən Daxili İşlər Nazirliyinin rəhbərliyi dəyişdirild. Nəticədə, 13 noyabr 2017-ci ildə Giorgi Qaxariya Daxili İşlər naziri vəzifəsinə təyin olunaraq Giorgi Mqebrişvilini əvəz etdi.[5]
Piyada Patrulu
redaktəTəyinatdan bir neçə ay sonra turistlərin və turizm ərazilərinin təhlükəsizliyini təmin etmək üçün nazirliyin Patrul Polis İdarəsi nəzdində Piyada Patrol yan şöbəsi yaradıldı. Bir neçə dil bilən piyada patrul zabitləri Daxili İşlər Nazirliyinin Akademiyasında 3 həftəlik xüsusi ixtisasartırma kursları keçirlər. Onlar ən son nəsil çiyin kameraları da daxil olmaqla, müasir polis avadanlığı ilə təmin olunurlar.[7]
İnsan Hüquqları Müdafiə İdarəsi
redaktəİnsan Hüquqları Müdafiə İdarəsi 1 yanvar 2018-ci ildə Giorgi Qaxariyanın daxili işlər naziri vəzifəsinə təyin olunmasından bir ay sonra yaradıldı. İdarənin səlahiyyətləri məişət qanun pozuntuları, qadınlara qarşı zorakılıq, ayrı-seçkilik, insan alveri, yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş cinayətlər kimi işlərə vaxtında cavab verilməsi və effektiv istintaqı əhatə edir.
Etirazlar
redaktəQaxariyanın daxili işlər naziri vəzifəsindən istefası 2019-cu ildə Gürcüstandakı etirazların fəallarına qarşı göstərdiyi təzyiqdən sonra istənildi.[8][9]
Bir gün əvvəl istefa verən Mamuka Baxtadzenin yerinə 3 sentyabr 2019-cu ildə Baş nazir vəzifəsinə namizəd oldu. Qaxariyanın namizədliyi mübahisəli idi, bəzi müxalifət partiyaları onun namizədliyi ilə bağlı parlament müzakirələrini tərk etdi. Ancaq hakim "Gürcü Arzusu" partiyasının parlamentdə çoxluq olmağı Qaxariyanı baş nazir vəzifəsinə yüksəltdi.[10]
İstinadlar
redaktə- ↑ Əzizov, Xətayi. "Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariya Tbilisi şəhər meri vəzifəsinə namizəd oldu". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 2 sentyabr 2021. 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
- ↑ Mamedov, Kamran. "Uğursuz demokratiya və sonsuz siyasi böhran". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 27 fevral 2021. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
- ↑ "Giorgi Qaxaria: "Gürcüstan Sergey Qavrilovun bir daha ölkəyə gəlməsinə icazə verməyəcək"". Azəri Press Agentliyi (az.). 28 iyun 2019. 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
- ↑ "Georgia's interior minister nominated for PM post: RIA". Reuters. 3 September 2019. 25 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2019.
- ↑ 1 2 3 4 5 "Giorgi Gakharia". Ministry of Internal Affairs of Georgia. 2017. 21 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2019.
- ↑ "Gürcüstanın baş naziri istefa verdi". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.
- ↑ "The Ministry of Internal Affairs of Georgia continues Patrol Police reform". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
- ↑ "Georgians are taking a stand against Vladimir Putin. Where is the West?". The Washington Post. İstifadə tarixi: 12 July 2019.
- ↑ "Russia suspends Georgia flights after violent clashes". 2019-06-22. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2019.
- ↑ Lomsadze, Giorgi. "Controversial minister slated to be Georgia's next PM". Eurasianet. 3 September 2019. 18 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2019.