Gissen Universiteti - Wikipedia
Gissen Universiteti - Wikipedia - Haqqında Məlumat
Yustus Libex adına Gissen Universiteti (alm. Justus-Liebig-Universität Gießen) — Gissen şəhərinin ən qədim universiteti.
Gissen Universiteti | |
---|---|
50°34′51″ şm. e. 8°40′35″ ş. u.HGYO | |
Əsası qoyulub | 1607 |
Tələbə sayı | 27.184[1] |
Ölkə | |
Sayt | uni-giessen.de |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəGissen Universiteti 1607-ci ildə Hessen-Darmtştadt landqrafı olan V Lüdviq tərəfindən Gissen Akademiyası olaraq quruldu.
1945-ci ilə qədər Lüdviq Universiteti adlandırılırdı [2] (alm. Ludwigsuniversität).
Universitetin II Dünya Müharibəsinin sonuna qədər dağılmamış hissəsi, 1957-ci ildə (qurulduğundan 350 il sonra) yenidən universitet statusu almış Yustus Libex Kənd Təsərrüfatı və Baytarlıq İnstitutuna çevrildi.
Strukturu
redaktəFakültələr
redaktə1999-cu ildən bu günə qədər Gissen Universitetində on bir ixtisas tədris olunur[3]
- Hüquqşünaslıq
- İqtisadiyyat
- Sosial Araşdırmalar və Mədəniyyət
- Tarix və mədəniyyət
- Dilçilik, ədəbiyyat və mədəniyyət
- Psixologiya və idman
- Riyaziyyat və kompüter elmləri, fizika, coğrafiya
- Biologiya və kimya
- Aqronomiya, trofologiya və mühit
- Baytarlıq
- Tibb
Görkəmli müəllim və məzunlarları
redaktə- Teodor Vilhelm Braune (1850—1926)
- Reynxard Brauns (1861—1937)
- Fridrix Avqust Karthoyzer (1734—1796) — professor.
- Huqo fon Ritqen (1811—1889) — memarlıq professoru.
- Karl Fridrix Ferdinand Sintenis (1804—1868) — alman hüquqşunas.
- Bernqard Ştade (1848—1906) — protestant ilahiyyatçısı.
- Filipp Feb (1804—1880) — alman həkim və farmakoloq.
- Lüdviq Yunqerman (1572—1653) — alman botaniki və həkimi.
İstinadlar
redaktə- ↑ Statistisches Bundesamt Deutschland - GENESIS-Online (alm.).
- ↑ "Krieg, Krise, Konsolidierung — JLU". 2010-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.
- ↑ "Fachbereiche, Zentren, Einrichtungen — JLU". 2015-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-24.