God Eater Anime - Wikipedia
God Eater (ゴッドイーター, Goddo Ītā?, azərb. Tanrı yeyən) — Shift şirkəti tərəfindən istehsal olunmuş "God Eater" videooyun seriyası əsasında Ufotable studiyası tərəfindən çəkilmiş anime serialı. 12 iyul 2015-ci ildən 26 mart 2016-cı ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir.
God Eater | |
Anime serialının posteri. | |
ゴッドイーター (Goddo Ītā) azərb. Tanrı yeyən | |
---|---|
Janr | döyüş, dram, elmi fantastika |
Anime | |
Gods Eater Burst Prologue | |
Rejissor | Takayuki Hirao |
Bəstəkar | Qo Şiina |
Studiya | Ufotable |
Vaxt | 12 dəq. |
Anime | |
Rejissor | Takayuki Hirao |
Ssenarist | Key Tsunematsu Takayuki Hirao |
Bəstəkar | Qo Şiina |
Studiya | Ufotable |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, SUN, KBS, BS11, KSS, EBC, OHK, JRT, Channel Neco |
Buraxılış tarixi | 12 iyul 2015 – 26 mart 2016 |
Seriyalar | 13 (seriya siyahısı) |
Məzmun
redaktəHadisələr 2071-ci ilin Yaponiyasında baş verir. Demək olar ki, bütün dünya Araqami adlandırılan müəmmalı bədheybətlər tərəfindən məhv edilmişdir. Ancaq bir neçə təşkilat güclü texnologiyalarının köməyi ilə Araqamilərə qarşı döyüşə bilir. Bu təşkilatlardan biri də Fenrirdir. Fenrir Araqamilərlə döyüşmək üçün Araqami hüceyrələrindən hazırlanmış Tanrı arkları adlı xüsusi silahlar istehsal edir. Bu silahlardan istifadə edib Araqamilərə qarşı döyüşən xüsusi şəxslər isə Tanrı yeyən adlandırılır. Tanrı arkları ancaq bir tipdə ola bilər: ya pulemyot, ya da bıçaq. Lakin tezliklə yeni tip Tanrı arkı kəşf edilir: bu tip həm pulemyot, həm də bıçaq ola bilir. Bu andan etibarən yeni tiplərə güvənərək Araqamiləri yox etmək üçün yeni plan başladılır.
Personajlar
redaktə- Lenka Utsuqi (空木 レンカ?)
- Səsləndirən: Ryuuyçi Kicima
- Lindou Amamiya (雨宮 リンドウ?)
- Səsləndirən: Hiroaki Hirata
- Sakuya Taçibana (橘 サクヤ?)
- Səsləndirən: Sayaka Ohara
- Soma Şikzal (ソーマ・シックザール?)
- Səsləndirən: Kazuya Nakay
- Kota Fuciki (藤木 コウタ?)
- Səsləndirən: Daysuke Sakaquçi
- Alisa İliniçna Amella (アリサ・イリーニチナ・アミエーラ?)
- Səsləndirən: Maaya Sakamoto
- İohann fon Şikzal (ヨハネス・フォン・シックザール?)
- Səsləndirən: Rikiya Koyama
- Tsubaki Amamiya (雨宮ツバキ?)
- Səsləndirən: Atsuka Tanaka
- Rikka Kusunoki (楠 リッカ?)
- Səsləndirən: Çiaki Omiqava
Yayım
redaktə28 sentyabr 2009-cu ildə Ufotable tərəfindən istehsal olunmuş prikvel OVA seriyası buraxılmışdır.[1] Daha sonra Takayuki Hiraonun rejissorluğu və Keyta Şimizunun dizaynerliyi ilə Ufotable studiyası tərəfindən franşizin 5 illiyi münasibətilə anime serialı çəkilmişdir.[2] Anime serialı 12 iyul 2015-ci ildə Tokyo MX, BS 11 və digər kanallar vasitəsilə yayımlanmağa başlamışdır. Anime Daisuke vasitəsilə bütün dünyada (Çin və Yaponiya istisna) yayımlamağa başlamışdır.[3] Əslində anime serialının 5 iyul 2015-ci ildən yayımlanması planlaşdırılmış, lakin istehsal prosesində yaranan bəzi problemlərə görə yayım 1 həftə gecikmişdir və əvəzində "God Eater Extra" adlı qısa anime yayımlanmışdır.[4] Doqquzuncu seriya yayımlandıqdan sonra böyük fasilə olmuş və qalan seriyalar 2016-cı ilin martında nümayiş etdirilmişdir.[5] Animenin açılış mahnısı Oldcodex rok qrupu tərəfindən ifa olunan "Feed A", bağlanış mahnısı isə Qo Şiina və Naomi tərəfindən ifa olunan "Ruined Land" mahnısı olmuşdur. Ufotable Tanrı arkı silahlarını animasiya etmək üçün əl ilə çəkilən animasiyadan istifadə etmişdir.
Seriya siyahısı
redaktə№ | Başlıq | Yayım tarixi |
---|---|---|
0 | "Gods Eater Burst Prologue" (ゴッドイーター) | 28 sentyabr 2009 |
1 | "Lenka Utsuqi" "Utsugi renka" (空木レンカ) | 12 iyul 2015 |
2 | "Lindou Amamiya" "Amamiya rindō" (雨宮リンドウ) | 19 iyul 2015 |
3 | "Alisa İliniçna Amella" "Arisa Irīnichina Amiēra" (アリサ・イリーニチナ・アミエーラ) | 26 iyul 2015 |
4 | "Eycis" "Eijisu" (エイジス) | 9 avqust 2015 |
5 | "Gözə göz (Hamısı boşuna)" "Adabana" (仇(徒)花) | 16 avqust 2015 |
6 | "Sadiq qalmaq" "Deichu no Hachisu" (泥中の蓮) | 30 avqust 2015 |
7 | "Yeni açmış çiçək" "Hokorobi" (綻び) | 6 sentyabr 2015 |
8 | "Sakuya Taçibana" "Tachibana Sakuya" (橘 サクヤ) | 20 sentyabr 2015 |
9 | "Soma Şikzal" "Sōma Shikkuzāru" (ソーマ・シックザール) | 27 sentyabr 2015 |
10 | "Görkəmli ölüm" "Sange" (散華) | 5 mart 2016[6] |
11 | "Meteorit əməliyyatı" "Meteoraito" (メテオライト) | 12 mart 2016 |
12 | "Birlikdə güclüdürlər" "Dai-Ichi Butai" (第一部隊) | 18 mart 2016 |
13 | "Lotus" "Renge" (蓮華) | 26 mart 2016 |
İstinadlar
redaktə- ↑ "Watch The Animated Gods Eater Burst Prequel (In English!)". Siliconera. February 22, 2011. February 26, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2016.
- ↑ "The Garden of Sinners' Hirao Directs God Eater Anime". Anime News Network. October 12, 2014. February 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2015.
- ↑ "Daisuki to Stream God Eater TV Anime Series". ANN (ingilis). 16 may 2015. 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2016.
- ↑ "God Eater Anime's 1st Episode Delayed, Replaced with Special". Anime News Network. July 1, 2015. June 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2015.
- ↑ "God Eater Broadcast resumes from March 5th 2016". Anime Corner. February 24, 2016. March 4, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 31, 2016.
- ↑ "Delayed God eater episodes 10-13 slated for tv starting march 5". Anime News Network. December 25, 2015. March 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 25, 2015.
Xarici keçidlər
redaktə- anime.godeater.jp — Rəsmi saytı (yap.)
- God Eater (anime) (anime) Anime News Network Ensiklopediyasında